Nida Təhlil
Trampın 7 bəndlik Qarabağ PLANINA qarşı Putin müharibə ƏMRİ
Ermənistanda Dağlıq Qarabağda müharibənin yenilənəcəyi
və Rusiyanın Azərbaycana kömək edəcəyi haqda müzakirələr başlayıb.
Həmçinin, ABŞ-ın da öz planlarının olduğu deyilir.
Publika.az xəbər verir ki, Ermənistan mediası açıq şəkildə
anti-Rusiya yönümlü yazılarla çıxış edir və bütün məqalələrin əsas
ana xətti Moskvanın ərazilərin Azərbaycana qaytarılması haqda
İrəvana əmr verdiyi haqdadır.
Erməni Jurnalist Sarqis Artsruni yazır ki, Moskva Qarabağ
məsələsində Azərbaycanla sövdələşir: “Moskva İrəvanı təhdid edir.
Əgər o, Avropanı seçəcəksə, o zaman, ciddi zərbələr alacaq və bu
zərbələr ilk növbədə Qarabağ məsələsində olacaq. Bədbəxtlik ondadır
ki, Ermənistan rəhbərliyi Moskvanın əmirlərinə könüllü şəkildə tabe
olur. Görünür, məsələ təkcə təhdidlərdə deyil, erməni rəhbərliyinin
bu əmirlərə tabe olmaq istəyinin güclü olmasındadır”.
“Armenianreport” saytı yazır ki, Ermənistan de-fakto itirib: “Bizim
hökmdarlarımız Putinin əmirlərini yerinə yetirir. Qarabağ
məsələsində də Putinin əmirləri icra olunur”.
Erməni politoloq İqor Muradyan isə “Qarabağda hərbi hərəkətlərin
yenilənməsi mümkündürmü?” adlı məqaləsində ABŞ-ın Cənubi Qafqazda
münaqişələri həll etmək istəyindən bəhs olunur.
“Amerikaya görə, Cənubi Qafqazda iki əsas münaqişə mövcuddur:
türk-erməni, rus-gürcü. Türk-erməni qarşıdurması Qarabağdan
qaynaqlanır və Vaşinqtonda hesab edirlər ki, İrəvanla Ankaranın
münasibətlərinin düzəlməsi üçün Qarabağ münaqişəsi həll
olunmalıdır”, - deyə erməni politoloq bildirib.
İ.Muradyan iddia edir ki, ABŞ Qarabağ münaqişəsinin həlli üçün
layihənin hazırlanmasını analitik mərkəzlərə tapşırıb: “ABŞ-ın
Ermənistandakı keçmiş səfiri Harri Qilmoromun layihəsi diqqət
çəkir”.
H.Qilmoromun layihəsi müxtəlif punktlardan ibarətdir. Keçmiş səfir
hesab edir ki, türk-erməni qarşıdurması mütləq başa çatmalıdır.
Bununla Cənubi Qafqazdan Rusiyanı çıxarmaq şansı yarana bilər.
Layihədə təklif olunur:
1. Laçın dəhlizi Ermənistanda qalır, digər ərazilər Azərbaycana
qaytarılır.
2. Dağlıq Qarabağın statusu sonra həll olunmaq üçün saxlanılır.
3. Münaqişənin indiyə qədər təklif olunan həll variantları kənara
qoyulur.
4. Əsas baza kimi Türkiyə-Azərbaycan-Ermənistan arasında
münasibətlərin yaradılması qəbul edilir və bu əlaqələri qurmaq üçün
rabitə dəhlizləri yaradılır.
5. Rabitə dəhlizlərinə ABŞ-ın rəhbərliyi altında hərbi
kontingentlər nəzarət edir.
6. Bir neçə rabitə dəhlizinin yaradılması güman edilir: Qars-Gürmü;
Qars-Qazax-Yerasx-Naxçıvan-Mehri-Ələt-Bakı;
Naxçıvan-Laçın-xankəndi-Yevlax.
7. ABŞ-ın iştirakı ilə iqtisadi əlaqələr qurulur və münaqişə həll
olunur.
Lakin İ.Muradyan hesab edir ki, Donald Tramp bu layihədə Qarabağın
ilkin mərhələdə Azərbaycana qaytarılmasını israr edə bilər.
“Lakin Rusiyanın buna icazə verəcəyi şübhəlidir. Rusiya ilə yanaşı,
İran da bu layihələrə qarşıdır. Bu baxımdan, Qarabağda yeni
müharibənin ola biləcəyi gözlənilir və bu müharibə Azərbaycan və
Ermənistanın iradəsindən kənar ola bilər”, - deyə o bildirib.
Asif
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO