Nida Təhlil
İrəvan Bakıya dəstək verən Putinə “hücuma” hazırlaşır: Sarkisyanın İran səfərinin SİRLƏRİ
Ermənistan prezidenti Serj Sarkisyan yenidən İran
prezidenti seçilən Həsən Ruhaninin avqustun 5-də keçiriləcək
inauqurasiya mərasimində iştirak etmək üçün Tehrana səfər edəcək.
Ermənistan mediasının məlumatına görə, Sarkisyan İrana səfəri
işgüzar xarakter daşıyır və o, məzuniyyətini yarımçıq kəsərək
Tehrana gedəcək.
Bu səfər andiçmə mərasimində iştirak məqsədi daşısa da, Azərbaycan
Prezidenti İlham Əliyevlə Rusiya prezidenti Vladimir Putinin Soçi
görüşü fonunda diqqət çəkir.
Ermənistan-Rusiya münasibətlərində ciddi böhran müşahidə edilir.
Xüsusilə Azərbaycanın Rusiyadan aldığı ağır hərbi texnikanın iki
partiyasının bu yaxınlarda Bakıya gətirilməsi İrəvanda narazılığa
səbəb oldu. Lakin İrəvan rəsmi şəkildə narazılıq bildirməkdən
çəkinir, əvəzində, erməni mediası məsələnin üzərinə ciddi şəkildə
gedir.
İyulun 21-də keçirilən Soçi görüşü isə Bakı-Moskva münasibətlərinə
yeni stimul verdi. Bu, həm də İrəvanın “Azərbaycan və Rusiya
arasından “qara pişik” keçib” arqumentlərinin alt-üst olmasıdır.
Hesab etmək olar ki, Sarkisyan İrana səfər etməklə Moskva
qarşısında manevr edir.
Rusiya və İran bir çox məsələdə, xüsusilə Suriya münaqişəsində
müttəfiq kimi davranır. Lakin Tehran və Moskvanın Cənubi Qafqaz
bölgəsində maraqlarının daim toqquşduğu faktı unudulmamalıdır. Bu
baxımdan, İran Ermənistan üçün yumşaq manevr etmək imkanı
baxımından yaxşı alternativdir. Çünki Qərbə doğru üz çevirmək sərt
gediş olar, bunu cəzası da ağır olardı.
Səfərin hansı nəticələri ola bilər?
Prinsip etibarilə, səfərdən ciddi nələrsə gözləmək mümkün
deyil.
Birincisi, səfər andiçmə mərasimində iştirak
məqsədi daşıyır. Sarkisyan bununla həm İrana yaxınlığını göstərir,
Ruhani ilə qarşıdakı dövrdə də yaxşı işləməyi planlaşdırır, həm də
Rusiyaya yumşaq mesaj göndərir.
İkincisi, hər şey adi mesajdan o tərəfə
keçməyəcək. Çünki İranın istəklərinə baxmayaraq, Ermənistan
Tehranın bir çox təklifindən imtina edib. Misal üçün, İran Fars
körfəzindən Ermənistana dəhlizin açılmasını təklif etmişdi, İrəvan
bu nəzakətlə təklifi geri çevirdi, hərçənd, bunu Ermənistanın
blokadadan çıxması üçün əla fürsət hesab etmək olardı. Təbii ki,
əsas səbəb Rusiya qorxusudur.
Qarabağ qorxusu
Lakin ortada başqa detal da var. Bu ilin payızında Azərbaycan və
Ermənistan prezidentlərinin Rusiyadan görüşü gözlənilir. Rusiyanın
təşəbbüsü ilə keçiriləcək görüşdə Dağlıq Qarabağ münaqişəsi üzrə
substantiv (ərazilərin qaytarılmasını nəzərdə tutan real
danışıqlar) müzakirələr aparılacaq. Əslində bu, Ermənistan üçün son
şans ola bilər, əks təqdirdə, bölgədə ciddi toqquşmalar başlanacaq.
Toqquşmaların olmasını istəməyən Rusiya Ermənistanı “geri
çəkilməyə” məcbur edə bilər. Son günlər Ermənistan mediası da
İrəvanda görüşlə bağlı ciddi narahatlıqların olduğunu yazır.
Rusiyada gözlənilən görüşə erməni ekspertlərin
“Rusiya-Azərbaycan-Ermənistan formatında keçirilən istənilən görüş
Ermənistanın ziyanınadır” açıqlamaları fonunda da baxa bilərik.
Hesab etmək olar ki, İrəvan bu görüşə Rusiyanın qarşısında “əli
güclü” getmək istəyir. Ötən həftə Ermənistanda ABŞ-a simpatiya
nümayişi və NATO ilə münasibətlərə dair çağırışların fəallaşması da
təsadüfi deyildi. Görünür, İran səfəri Sarkisyanın Putinin
qarşısına qoymaq istədiyi ikinci “kozır” olacaq.
Asif
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR