Nida Təhlil
FETÖ Azərbaycanın dostunu niyə devirdi? - Kraliçaya and içdi və hərəkətə keçdi
Pakistanın baş naziri Məhəmməd Nəvaz Şərif iyulun 28-də
Konstitusiya Məhkəməsinin qərarı ilə vəzifəsindən uzaqlaşdırıldı.
N.Şərifin postundan uzaqlaşdırılması haqda qərarın verilməsinə
səbəb onun ailə üzvlərinin adlarının “Panama sənədləri”nə
qarışması, həmçinin, rüşvət iddiaları oldu. Lakin Pakistan tarixinə
“məhkəmə çevrilişi” olaraq düşən bu siyasi hadisənin arxasında
gizli prosesin dayandığı deyilir.
Publika.az xəbər verir ki, Türkiyənin “haber7” saytının
yazarı Taha Dağlı Pakistandakı çevrilişin bu ölkənin FETÖ-sü rolunu
oynayan Tahir Kadri qrupu tərəfindən həyata keçirildiyini
yazıb.
Pakistan FETÖ-nünü güclü olduğu ölkələrdəndir. Məhkəmə yolu ilə
postundan uzaqlaşdırılan baş nazir Nəvaz Şərif Türkiyə və
Azərbaycanla çox yaxın münasibətlərə malik idi. Şərif həmçinin,
FETÖ ilə mübarizədə sərt addımlar atırdı.
Pakistanda siyasi çevrilişlər zaman-zaman olub. İndiyə qədər həm
hərbi çevriliş, həm də məhkəmə çevrilişi kimi hadisələr müşahidə
olunub. Bütün bu proseslərdə daim ön planda olan bir qrup var:
Pakistanın FETÖ-sü olaraq tanınan Tahir Kadri qrupu. N.Şərifə qarşı
həyata keçirilən çevrilişin arxasında da bu qrup dayanır.
Tahir Kadri özünü şeyxülislam olaraq təqdim edir. Onun da
məktəbləri və camaatı var, eyni zamanda, siyasi fiqurdur. İllərlə
məscidlərdə müəllimlik edib. Daha sonra Kanadaya köçərək, orada
Pakistandakı camaatı idarə edib.
Şərifə hücum nə vaxt başlandı?
2012-ci ildə Kadri Kanadadan Pakistana qayıdanda, hədəfində
ölkəsinin iqtidarı var idi. Kadri qrupunun təsir dairəsində olan
Konstitusiya Məhkəməsi vasitəsilə həmin vaxt baş nazir olan Yusuf
Rıza Gilani postundan uzaqlaşdırıldı. 2013-cü ildə baş nazir
postuna gələn Nəvaz Şərif yeni hədəf olaraq seçildi.
Tahir Kadri həmin vaxt deyirdi ki, “mən sadəcə demokratiya
istəyirəm, hərbçilərlə əməkdaşlıq etmirəm, istəyirəm ki, demokratik
konstitusiyamız olsun”.
Tahir Kadrinin arxasında hansı ölkə
var?
Bu şəxs 2006-cı ildən bəri Kanadada yaşayır və Kanada vətəndaşlığı
var.
Kadri Kanada vətəndaşlığı alan kimi İngiltərə kraliçası Yelizaveta
adına and içdi. Kanada ingilis millətlər birliyinin üzvü olaraq,
kraliça Yelizavetaya bağlı olan ölkədir. II Yelizaveta Kanadanın da
kraliçası sayılır, eyni zamanda, dövlət naziri statusuna sahibdir.
Kadri də vətəndaşlığı alanda kraliçaya bağlı olduğuna and içir. Bu
baxımdan, Pakistanda baş verən çevrilişin və Nəvaz Şərifin
devrilməsinin arxasındakı ölkənin İngiltərə olduğu hesab
olunur.
Asif
-
Magazin221:30
Gənc aktyor evində ölü tapıldı
-
Hadisə21:10
6 gündür axtarışda olan Nigar tapıldı: Niyə qaçıbmış? - VİDEO
-
Elm və təhsil20:30
Direktorun səs yazısı yayıldı, uşaq bağçası nəzarətə götürüldü
-
Kriminal19:50
MN-dəki 143 milyonluq yeyinti ilə bağlı işdə şahidin YALANI ÜZƏ ÇIXDI
-
Nəqliyyat19:20
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
-
Hadisə19:10
Azərbaycanda məktəbli vəfat etdi - FOTO
-
Magazin119:00
Aygün və Namiq illər sonra yenidən... - VİDEO
-
İdman18:50
İlin ən yaxşı futbolçusu açıqlandı