Nida Təhlil
Bakıdan sensasiyalı GEDİŞ: Azərbaycanın ABŞ-ın axtardığı silahı almasının SİRRİ - VİDEO
Cənubi Qafqazda qızğın silahlanma davam edir. Rusiya
Ermənistana “İskəndər” raket kompleksini verdi. Azərbaycan buna
cavab olaraq İsraildən “Dəmir Günbəz” sistemlərini almaq istəyir.
Müdafiə naziri Zakir Həsənov gözlənilmədən İsrailə səfər etdi və
həmkarı Aviqdor Libermanla danışıqlar apardı.
Publika.az xəbər verir ki, “Pravda” nəşri Azərbaycanın
erməni hərbi birləşmələrinin həmlələrinin qarşısını almaq üçün
atdığı addımlar haqda yazıb.
Nəşr diqqəti Həsənovun səfərinə yönəldərək qeyd edir ki, bu,
olduqca sensasiyalı idi: “Əsrin dörddə bir hissəsində bu, ilk rəsmi
səfər idi. Problem ondadır ki, Bakının Təl-Əvivlə münasibətləri
İranı qıcıqlandırır. Tehran münasibətlərə son qoymağa çağırsa da,
İlham Əliyev öz siyasətini davam etdirir. Ötən ilin dekabrında
İsrailin Baş naziri Benyamin Netanyahu öz xanımı ilə birlikdə
Bakıya gəldi. Əliyevlə Netanyahu iqtisadi və müdafiə sahəsində
əməkdaşlığın genişləndirilməsi haqda razılaşdılar. Amma bir məsələ
açıq qaldı: Azərbaycan İsraildə səfirliyini nə vaxt açacaq? İsrail
Bakıda səfirliyini 1993-cü ildə açıb, amma qarşı tərəf İran
faktoruna görə bu addımı gecikdirir. Hərçənd, Azərbaycan İranın
etirazlarına məhəl qoymur və xüsusilə müdafiə sferasında İsraillə
əməkdaşlığı inkişaf etdirməyə davam edir”.
Nəşr əlavə edir ki, Həsənov Libermanla “Dəmir günbəz” və “Hermes
900” pilotsuz təyyarələrin alınmasını müzakirə etdi.
Azərbaycan Müdafiə Nazirliyinin rəsmi məlumatında da qeyd olunur
ki, nazir İsrailin aparıcı hərbi sənaye müəssisələrinə baş çəkdi və
məhsullarla tanış oldu.
Beynəlxalq münasibətlər üzrə İsrail eksperti Arye Qut danışır ki,
indiyə qədər Bakı və Təl-Əviv arasında əməkdaşlıq energetika
sferasına daxil idi (İsrailin neft ehtiyacının 40 faizi
Azərbaycandan idxal olunur), lakin indi hərbi sektorda da əlaqələr
genişlənib.
Zakir Həsənovun səfərində müzakirə olunan “Hermes 900” (BPLA)
pilotsuz təyyarələri rəqibin hədəflərinin kəşfiyyatını aparır,
dəqiq informasiyalar ötürür və lazım olanda zərbə endirir. Bu
təyyarə sistemləri dünyanın bir neçə ölkəsində - ABŞ, İsrail, Çin
və Türkiyədə - mövcuddur. İndi bu sıraya Azərbaycan da
daxildir.
Ermənistan da “aprel müharibəsi”ndən sonra bu silahdan əldə etməyə
cəhd göstərir. Hətta bu ilin may ayında Ermənistan Müdafiə
Nazirliyinin müdafiə siyasəti idarəsinin rəisi Levon Ayvazyan
“Ermənistan zərbə vuran pilotsuz uçuş aparatlarına (BPLA) malikdir,
lakin gəlin, bu haqda danışmayaq və məxfiliyi saxlayaq” deyə
açıqlama verdi. Lakin bunun blef olduğu və bu blefin erməni
ictimaiyyətinə yönəldiyi məlumdur.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
“Dəmir günbəz”: İsrailin bu hava hücumundan
müdafiə sistemi altı il ərzində “Həmas” və “Hizbullah”ın atdığı 1,5
min raket uğurla zərərsizləşdirib. Hətta Pentaqon şəxsi hava
hücumundan müdafiə sistemi proqramını dayandıraraq, “Dəmir günbəz”
almağa qərar verib.
Ekspertlər hesab edir ki, Bakı bu sistemləri Ermənistanın
“İskəndər” raketlərinə qarşı alır. “Dəmir günbəz” “İskəndər”
raketlərini zərərsizləşdirə bilərlərmi? İstehsalçılar müsbət cavab
verirlər. Hərbi ekspertlər hesabladılar ki, Ermənistanın
raketlərinin uçuşunun uzunluğu 300 kilometrdir. Beləliklə, Gümrüdən
buraxılan raketlər Gəncəni vura bilər. Bununla yanaşı, “aprel
müharibəsi”ndən sonra Ermənistan Mingəçevir SES-i və
Bakı-Tbilisi-Cehyan boru kəmərini vurmaqla hədələdi.
Hərçənd, Rusiyanın Ermənistana verdiyi “İskəndər” raketləri erməni
ordusunun hərbi balansına daxil deyil və Moskvanın icazəsi olmadan
bundan istifadə edə bilməzlər.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Lakin görünür, Azərbaycan işini ehtiyatlı tutur. Digər tərəfdən,
“Dəmir günbəz” cəbhəboyu yaşayış məntəqələrində mülki əhalinin
təhlükəsizlinin qorunmasında böyük rola malik ola bilər. Təcrübə
göstərir ki, Ermənistan zaman-zaman mülki əhalini hədəfə alır.
Zakir Həsənovun İsrail səfəri İrəvanda həyəcanla izlənildi.
Ermənistan ehtiyat edir ki, İsraildən güclü silahlar alan
Azərbaycan işğal altındakı əraziləri qaytarmaq üçün tezliklə hərbi
əməliyyatlara başlasın.
Əslində “Dəmir günbəz” sistemlərinin alınması əsas təhlükənin –
erməni hərbi birləşmələrinin mülki əhalini hədəfə alması – aradan
qalxması deməkdir. Bu isə Azərbaycanın işğal altındakı torpaqları
hərbi yolla alması yolunu açır.
Asif
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin126 Aprel 20:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya26 Aprel 19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi