• USD 1,7000 0,00% EUR 2,0259 0,00%
    • GBP 2,3667 0,00% RUB 0,0235 0,00%

Əraziləri qaytarmaq üçün Putindən ŞƏRT, Ağ Evdə MƏXFİ GÖRÜŞ… - GÜNÜN SİYASİ XÜLASƏSİ

Əraziləri qaytarmaq üçün Putindən ŞƏRT, Ağ Evdə MƏXFİ GÖRÜŞ… - GÜNÜN SİYASİ XÜLASƏSİ

Şimali İraq kürd muxtariyyətində referendum keçirildi. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ərbilə qarşı bütün cavab variantlarının masada olduğunu açıqladı. Şimali İraq kürd muxtariyyətinin başçısı Məsud Bərzaninin məsləhətçisi Hoşyar Zebarinin Kərkükdəki evində keçirilən toplantının detalları dəqiqləşir. Dəməşq İŞİD-i məğlub etdikdən sonra suriyalı kürdlərlə muxtariyyət mövzusunu müzakirə edə bilər. İŞİD terror təşkilatının döyüşçüləri Rusiya generalı Valeriy Asapovun öldürülməsindən bir az əvvəl onun yeri haqqında məlumatlar alıblar. 2014-cü ildə Rusiya prezidenti Vladimir Putin Ukrayna hakimiyyətinə Donbasın işğal edilmiş ərazilərinin qaytarılmasına əvəz olaraq Krımdan imtina etməyi təklif edirdi.

Ağ Ev növbəti dəfə İraq Kürd Muxtariyyətində keçirilən referendumla bağlı bəyanat yayıb. Bu barədə danışan Ağ Ev sözçüsü Sara Sanders İraqın ərazi bütövlüyünü dəstəklədiklərini bildirib.

"İraqın İŞİD-i yox etməsinə ümid edirik və İŞİD barədə düşünməli olduğunu hesab edirik", - Sanders qeyd edib.

ABŞ Dövlət Departamenti sözçüsü Hezer Nauert (Heather Nauert) yazılı bəyanatında sərhədlərin dəyişdirilməsinə yönəlik hərəkətlərə qarşı olduğunu bildirib. Nauert ABŞ-ın federal, demokratik və çiçəklənən bir İraqı dəstəkləməkdə davam edəcəyini vurğulayıb.

İraq Kürd Muxtariyyətinə hərbi müdaxilə Türkiyənin ən son atacağı addım olacaq. Bunu jurnalistlərə açıqlamasında Türkiyənin Avropa Birliyi naziri Ömər Çelik söyləyib.

“Məsud Bərzani, Neçirvan Bərzani Türkiyə ilə birbaşa əlaqəyə sahib şəxslərdir. Neçirvan Bərzaniyə niyə Türkiyə ilə məsləhətləşmələr aparmadığını demək lazımdır. Bizim kürd referendumu ilə bağlı A, B, C planlarımız var. Referendum qərarı onsuz da faciədir. Kərkükün bunun içinə qatılması İraqın yeni qan bataqlığına çevrilməsi deməkdir. Hərbi müdaxilə Türkiyənin atacağı son addım olacaq”, – deyə o bildirib.

"İsraildən başqa, Şimali İraq kürd muxtariyyətində keçirilən referendumu dəstəkləyən ölkə və ya beynəlxalq təşkilat yoxdur”. Bunu sentyabrın 25-də Şimali İraq kürd muxtariyyətində keçirilən referendumu şərh edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, referendum yeni münaqişələrin xəbərçisi olmaqdan başqa, heç bir anlam daşımır.

Şimali İraq kürd muxtariyyətinin başçısı Məsud Bərzaninin məsləhətçisi Hoşyar Zebarinin Kərkükdəki evində keçirilən toplantının detalları dəqiqləşir. Toplantıda İraqın parçalanması müzakirə edilib.

Referendum əvvəli reallaşan gizli toplantı İraqın gələcəyi üçün yeni və təhlükəli qərarların qəbul olunduğu sirli görüş xarakteri daşıyır. Toplantıda Kərkükün paytaxt elan edilməsi, Suriyanın şimalını işğalda saxlayan PKK ilə ortaq ordunun qurulması, sərhəd qapılarının ləğv edilməsi, ümumi pasportlardan istifadə edilməsi, bir sözlə “Kürdüstan” xəritəsinin daha da böyüdülməsinin vacib olduğu vurğulanıb.

Şimali İraq Kürd Muxtariyyəti dünən keçirilən referendumla “müstəqillik” əldə etdi. Kürdlərin “müstəqil sərhədləri”nə Kərkükün daxil edilməsi isə bu türk torpağının işğalının tamamlanması deməkdir. Türkiyə Ankara sazişinin ona verdiyi imkana rəğmən, Kərkükə girmədi. Bundan sonra da hərbi müdaxilənin olub-olmayacağı dəqiq deyil. Kərkükün kürdlər tərəfindən işğalı Türkiyənin mərhum prezidenti Turqut Özalın Kərkük-Mosul planını yada salır.

Türkiyə mənbələrinə istinadən Özalın Kərkük-Mosul planını araşdırıb.

“Türkiyə, İran, İraq və Suriyaya birinci dərəcədə təsir edən Şimali İraq Kürd Muxtariyyətinin “müstəqillik referendumu” bölgədə yeni prosesləri sürətləndirəcək”. Bu barədə Publika.az-a açıqlamasında Ankarada fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, türkiyəli politoloq Hasan Oktay deyib.

Dəməşq İŞİD-i məğlub etdikdən sonra suriyalı kürdlərlə muxtariyyət mövzusunu müzakirə edə bilər. Bu haqda Rusiyanın “Russia Today” telekanalına danışan Suriyanın xarici işlər naziri Vəlid Muallim deyib.

“Suriyalı kürdlər Suriya Ərəb Respublikasının sərhədləri daxilində özünüidarə istəyir. Bu məsələ müzakirə edilə bilər. İŞİD-in məhvindən sonra onlarla masaya oturaraq razılaşa bilərik”, - suriyalı nazir bildirib.

Şimali İraq kürd muxtariyyətində keçirilən referendumu şərh edən V. Muallim İraqın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb.

Rusiya Baş naziri Dmitri Medvedyev Ermənistana səfər edəcək. Bunu Medvedyev müavinləri ilə görüşü zamanı söyləyib.

Medvedyev İrəvanda Avrasiya İttifaqının Hökumətlərarası Şurasının iclasında iştirak edəcəyini bildirib.

Qeyd edək ki, Avrasiya İttifaqının Hökumətlərarası Şurasının iclası oktyabrın 20-də Ermənistanda baş tutacaq.

ABŞ hakimiyyəti açıq hava məkanı razılaşması çərçivəsində nəzərdə tutulan Rusiya hərbi təyyarələrinin ölkə ərazisində uçuşlarına məhdudiyyət tətbiq edə bilər. “Vol Strit Jurnal”ın xəbərinə görə, ABŞ bu addımı Kremlin Kalininqrad üzərində uçuşa qoyduğu məhdudiyyətə cavab olaraq qəbul edib. Açıq hava məkanı razılaşmasına əsasən, kəşfiyyat uçuşlarına 5,5 min kilometr uçuş həyata keçirməyə icazə verilsə də, Rusiya Kalininqrad üzərində uçuşlara 500 kilometrlik sublimit tətbiq edib. Buna cavab olaraq isə ABŞ-ın məhdudiyyətləri Alyaska və Havay adaları ətrafında tətbiq edəcəyi bildirilib.

Qeyd edək ki, açıq hava məkanı müqaviləsi 1992-ci ilin 24 martında Helsinki şəhərində imzalanıb.

Konqresin qəbul etdiyi və Prezident Donald Trampın imzaladığı yeni ABŞ sanksiyaları əvvəlkindən daha təhlükəlidir. Bunu Rusiyanın keçmiş maliyyə naziri Aleksey Kudrin söyləyib. Onun sözlərinə görə, bir çox dünya şirkətləri bu sanksiyalar ucbatından Rusiya ilə əməkdaşlığı məhdudlaşdıracaq:

“Biz hələ ki, ABŞ Konqresinin qəbul etdiyi yeni sanksiya qanununun əhəmiyyətini tam anlamamışıq. İndi yalnız Amerika şirkətləri deyil, eyni zamanda, bankları da sanksiya qəbul olunmuş müəssisələrimizlə əməkdaşlıq etmək hüququna malik deyillər. Sanksiyalara görə bir çox dünya şirkəti şirkətlərimizlə qarşılıqlı əlaqəni məhdudlaşdıracaq. Biz bunu yaxın gələcəkdə hiss edəcəyik, çünki bu normaların qüvvəyə minməsi yalnız sentyabr-oktyabr ayının sonlarında başlayacaq”.

İŞİD terror təşkilatının döyüşçüləri Rusiya generalı Valeriy Asapovun öldürülməsindən bir az əvvəl onun yeri haqqında məlumatlar alıblar. Bu haqda “RİA-Novosti” agentliyi Suriya təhlükəsizlik xidmətlərinə istinadən bildirib.

“Rusiya və Belarus güclü kontinental müharibənin aparılmasına hazır olduğunu nümayiş etdirmək istəyirdi”. Bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov Kanada parlamentinin müdafiə komitəsinin sədri Stiven Fyurun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə deyib.

Onun sözlərinə görə, 14-21 sentyabr tarixlərində keçirilən “Qərb-2017” birgə hərbi təlimlərin son mərhələsi “nüvə triadası”nın döyüş hazırlığının yoxlanılmasına həsr edilmişdi.

“Bununla da Rusiya prezidenti Vladimir Putin güclü kontinental müharibənin aparılmasına hazır olduğunu göstərir”, - Turçinov vurğulayıb.

2014-cü ildə Rusiya prezidenti Vladimir Putin Ukrayna hakimiyyətinə Donbasın işğal edilmiş ərazilərinin qaytarılmasına əvəz olaraq Krımdan imtina etməyi təklif edirdi. Bu haqda Ukrayna Ali Radasının “Xalq cəbhəsi” fraksiyasının üzvü, parlamentin hüquq-mühafizə fəaliyyətinin qanunverici təminatı məsələləri üzrə komitəsinin katibi Anton Qeraşenko “5 kanal”ın efirində deyib.

Deputat hesab edir ki, Rusiya özü üçün əlverişsiz şərtlərdə Ukraynanın şərqinin işğal edilmiş hissəsinin qaytarılmasına getməyəcək. Onun sözlərinə görə, Donbas Krımın ilhaqının tanınması və sanksiyaların ləğvi üçün Ukrayna və dünya cəmiyyəti ilə ticarət alətidir.

Daha əvvəl Rusiya Dövlət Dumasının sabiq deputatı İlya Ponomaryov bildirib ki, Putin Donbas və Krımla əlaqədar müxtəlif planlara malikdir.

ABŞ-ın Kaliforniya ştatının hakimiyyəti Koreya Xalq Demokratik Respublikası (KXDR) tərəfindən mümkün nüvə zərbəsi üzrə iş planını hazırlayıb. Bu haqda anonim mənbəyə istinadən “The Daily Express” nəşri bildirib.

Nəşin məlumatına görə, ABŞ Milli Təhlükəsizlik Nazirliyi və ştat hakimiyyəti “Nüvə hücumlarına reaksiya göstərmə məsələləri” (“Nuclear Attack Response Considerations”) adlı 16 səhifəlik məxfi sənədini dərc edib.

“Cənubi Kaliforniyada nüvə hücumunun nəticələri faciəli olacaq”, - nəşr sənəddən sitat gətirib.

Ömər Dağlı

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR