Nida Təhlil
Azərbaycan Başkəndi vermədən 4 kəndi necə azad edə bilər?
Qazaxın 4 kəndinin qaytarılmasından sonra (Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara və Xeyrimli) “anklavlar məsələsi necə həll ediləcək” sualı aktuallaşıb, xüsusilə bizim üçün “Başkəndin taleyi necə olacaq” məsələsi vacibdir.
Anklavların qaytarılmasında iki problemli məqam var.
Birincisi, Qazaxın anklav olan üç kəndinin (Yuxarı Əskipara, Bərxudarlı və Sofulu) və Sədərəyin Kərki kəndinin qaytarılması üçün dəhlizlərə ehtiyac var: Azərbaycan və Ermənistan cəmiyyəti arasında etimad mühitinin olmadığını nəzərə alsaq, cari dövrdə belə dəhlizlərin açılması təhlükəsizliyin üçüncü qüvvə tərəfindən təmin edilməsi zərurətini yaradır. Ki, nə Bakı, nə də İrəvan bunda maraqlı deyil;
İkincisi, Ermənistanın Başkəndi “öz anklavı” hesab etməsi və 4 anklava qarşı bu ərazini istəməsidir. Halbuki, Başkənd Azərbaycan torpağıdır və SSRİ dövründə digər ərazilərimiz kimi “otlaq və əkin sahəsi” adı altında ermənilərə bağışlanıb. Digər tərəfdən, bu kəndin strateji əhəmiyyəti onun qaytarılmasının Azərbaycana təkcə coğrafi yox, hərbi baxımdan da itkilər vəd edir.
Bu vəziyyət “anklavlar məsələsi necə həll edilməlidir” sualını ön plana çıxarır.
Həll yollarından biri “barterin” edilməsidir (Başkənd bizdə qalır, Qazaxın üç kəndi və Kərki ermənilərdə): Ermənistan bunda maraqlıdır, Paşinyan “dəhlizlər” məsələsinin çətinliyini əsas gətirərək bu təkliflə çıxış etmişdi. Lakin məsələ təkcə “dəhliz çətinliyi” ilə məhdudlaşmır.
- İrəvan anlayır ki, Başkəndi alsalar da, erməni əhalisinin burada yaşaması qeyri-mümkün olacaq: SSRİ dövründə kənddə yaşamış ermənilər geri qayıtmaq istəmədiklərini bildiriblər;
- Kərki kəndi Azərbaycana Ermənistanın Şimal-Cənub magistral yoluna, Qazaxın üç kəndi isə Ermənistan-Gürcüstan magistral yoluna nəzarət etmək imkanı verir;
Ermənistan həm də buna görə “barter”in tərəfdarıdır. Lakin Azərbaycan üçün bu, o qədər də məqbul deyil.
a) Qalib tərəf olan Azərbaycan öz tarixi torpağı olan Başkəndi verməməklə yanaşı, 4 anklav kəndin azad edilməsi strategiyasından da imtina etməməlidir;
b) Kərki və Qazaxın üç kəndinin azad edilməsi bizə həm də strateji üstülük qazandıra bilər;
Bu baxımdan, anklavlar məsələsinin sonrakı dövrə saxlanılması daha məqbul variantlardan biri kimi görünür. Bunun üçün Qazaxın anklav olmayan 4 kəndinin qaytarılmasında qəbul edilən Alma-Ata bəyannaməsi – İrəvanın istədiyi “Sərhəd SSRİ dağılanda mövcud xətlər üzrə çəkilsin” prinsipi sərhədin digər hissələrinin delimitasiyasında əsas götürülməməlidir. 19 aprel razılaşması Azərbaycana bu imkanı verir. Başkəndi vermədən, Kərki və Qazaxın üç kəndinin azad edilməsinin yollarından biri Azərbaycanın Ermənistan üzərindəki üstünlüyündən istifadə etməsidir: sülh sazişi bağlana, sərhədin müəyyənləşməsi hissə-hissə aparıla və bu müddətdə rəsmi İrəvanın marağında olacaq təkliflər irəli sürülə bilər, misal üçün, bu kəndlərə iqtisadi yatırımların edilməsi, yaxud Ermənistanın regional layihələrə qoşulması və s. Mövcud vəziyyətdə Başkəndin gündəmə gətirilməsi lazımsız addımdır.
Asif Nərimanlı
-
Dünya03:18Liderlər Türkiyədə bu yeməklərə valeh olublar - Tramp resept istəyib
-
Dünya02:08İran atəş altında - Tramp görüntüləri yaydı
-
Qoroskop01:40Günün ulduz falı: yeni tanışlıqlar üçün uyğun vaxtdır
-
ABŞ00:45ABŞ İrana zərbələr endirir
-
ABŞ8 İyul 22:46İran ona qarşı sui-qəsd planlayır? - Trampdan iddia
-
Hadisə8 İyul 22:32Bakının mərkəzində bina yanır - Foto
-
MDB8 İyul 20:36Rusiya diplomatı Litva XİN-ə çağırıldı
-
Elm və təhsil8 İyul 19:40Uşağı məktəbəqədər hazırlığa gedəcək valideynlərin nəzərinə!














.webp)



.jpg)


















