Rusiya sürətli şəkildə məhv EDİLƏCƏK: 18 illik konsepsiyanın DƏHŞƏTLİ DETALLARI
Bizi izləyin

Nida Təhlil

Rusiya sürətli şəkildə məhv EDİLƏCƏK: 18 illik konsepsiyanın DƏHŞƏTLİ DETALLARI

SSRİ və ABŞ arasında 1987-ci ildə bağlanmış qısa mənzilli raketlərin (RSMD) məhv edilməsi haqqında saziş öz dövrünə görə bir sıçrayış idi. Bu, tarixdə nüvə silahlarının ləğv edilməsini nəzərdə tutan ilk saziş idi. Amma indi Rusiya və ABŞ arasında münasibətlərdə etibar yoxdur.

Publika.az xəbər verir ki, bu haqda “Vaşinqton Post” nəşri yazıb.

Vaşinqton hesab edir ki, 2014-cü ildən başlayaraq Rusiya sözügedən müqavilə ilə qadağan edilən raketlər hazırlayır və sınaqlar keçirir. Öz növbəsində, Rusiya hesab edir ki, ABŞ-ın raket hücumundan müdafiə sistemləri müqaviləni pozur. Müqavilədə belə mübahisələrin həlli üçün xüsusi mexanizm nəzərdə tutulsa da, hələ ki, onun işi nəticələr verməyib.

ABŞ prezidenti Donald Tramp sazişin imzalanmasının 30-cu ildönümü (2017-ci il dekabrın 8-i - red.) münasibəti ilə elan etdi ki, Rusiyanı müqaviləyə riayət etməyə məcbur etmək üçün iqtisadi və hərbi addımlar atılacaq. Rusiya prezidenti Vladimir Putin isə cavab verdi ki, ABŞ müqavilədən çıxmağa hazırlaşır.

“ABŞ və Rusiya arasında etibarın olmaması razılaşmanın pozulmasına və yeni qızğın silahlanmanın başlanmasına aparır. Amma bu gün nüvə silahının yayılması təhlükəsini nəzərə alaraq nə Rusiya, nə də ABŞ üçün razılaşmanın icrasını dayandırmağa heç bir əsas yoxdur”, - məqalənin müəllifləri iddia edirlər.

Rusiya Müdafiə Nazirliyinin beynəlxalq hərbi əməkdaşlıq üzrə baş idarəsinin keçmiş müdiri, general-polkovnik Leonid İvaşovun fikrincə, ABŞ Rusiya strateji hücum silahları (SNV) və RSMD raketləri üzrə danışıqlarda Moskvaya ultimatum verəcək.

Dekabrın 6-da ABŞ-ın dövlət katibi Reks Tillerson CNN telekanalına müsahibəsində bildirdi ki, Vaşinqton və Moskva SNV və RSMD üzrə müqavilələrlə bağlı “əhəmiyyətli danışıqlar” aparmağı planlaşdırır. İvaşovun fikrincə, danışıqlarda Vaşinqtonun əsas hədəfi Rusiyanın strateji nüvə potensialının devalvasiyasıdır.

“2000-ci illərin əvvəlindən ABŞ strateji mövqeyi nüvə silahlarının potensialını azaltmaq və eyni zamanda, öz hərbi üstünlüyünü başqa istiqamətlərdə gücləndirməkdən ibarətdir. Bu, yüksək dəqiqlikli silahlarla sürətli qlobal zərbə konsepsiyasıdır”, - general-polkovnik təsdiq edib.

İvaşov dəqiqləşdirib ki, Vaşinqton Moskvanı RSMD üzrə beynəlxalq razılaşmanın pozulmasında ittiham edərək Rusiyanın əl-qolunu bağlamağa və qeyri-nüvə silahlarında əlavə üstünlüyü təmin etməyə çalışır:

“Amerikalılar indi Rusiyaya qanadlı raketlərin yerüstü istiqamətini inkişaf etdirməyi qadağan edən qəti tələbləri təqdim edəcəklər. Ehtimal ki, onlar Moskvadan tələb edəcəklər: ya siz qanadlı raketlərin müəyyən tiplərini inkişaf etdirmirsiniz, ya da amerikalılar Avropaya öz raketlərini rəsmən yerləşdirəcəklər”.

Oz növbəsində, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) Hərbi-siyasi tədqiqatlar Mərkəzinin aparıcı eksperti, siyasi elmlərin doktoru Mixail Aleksandrov hesab edir ki, ABŞ faktiki olaraq, nüvə silahları sahəsində Moskvanın imkanlarını məhdudlaşdırmağa çalışaraq, Rusiyanın strateji güclərinə birinci zərbənin endirilməsi potensialını artırmağa çalışır. Onun sözlərinə görə, ABŞ raket hücumundan müdafiə vasitələri ilə Rusiyanın cavab zərbəsini dəf etmək imkanı qazanacaq.

“Bu konsepsiya Amerikada hələ 2000-ci illərin əvvəlində ortaya çıxıb. Və bu gün öz aktuallığını saxlayır. Bununla belə, Vaşinqton görür ki, vəziyyət onun istədiyi kimi inkişaf etmir. ABŞ-ın ümidləri özünü doğrultmadı. Bu ümidlər ondan ibarət idi ki, “Yujmaş” qitələrarası raketlərinin istehsalçısı SSRİ-nin dağılmasından sonra Ukraynada qalmışdı. 1991-cidə Rusiya “İkar” R-36M3 beşinci nəsil qitələrarası ballistik raketin hazırlamasından imtina etdi. Bu, R-36M-in (NATO təsnifatı üzrə SS-18.) məşhur kompleksinin yeni versiyasını təşkil edirdi. Bununla belə, aydınlaşdı ki, Rusiyanın nüvə potensialı zəifləmədi. R-36M2 “Voyevoda” dördüncü nəsil raket kompleksi 2025-ci ilə qədər döyüş növbəsində olacaq. Onu RS-28 “Sarmat”la (NATO təsnifatı üzrə “Satan-2”) tədricən əvəz etməyi planlaşdırırlar”, - Aleksandrov bildirib.

Hələ ötən il məlum olub ki, ABŞ Hərbi Hava Qüvvələri raket-nüvə müharibəsində istənilən hipotetik rəqibin tam məhv edilməsinə zəmanət verən 400 yeni qitələrarası ballistik raketi nüvə arsenalına qəbul etməyi planlaşdırır. 2030-cu illərdən döyüş növbəsinə veriləcək raketlər 2075-ci ilə qədər döyüş növbəsində olacaq.

Hazırda “Minuteman III” qitələrarası ballistik raketlər ABŞ Hərbi Hava Qüvvələrinin üç - Uorren (Vayominq ştatı), Malmstrem (Montana ştatı) və Maynot (Şimal Dakota ştatı) bazalarında yerləşir. Hər bazada 150 raket var. Rusiya və ABŞ arasında imzalanan Praqa müqaviləsinin (2010-cu il aprelin 8-i red.) icrası çərçivəsində 50 raket ixtisar edilməli və “Minuteman III”lərin sayı 400-dən çox olmamalıdır.

Donald Tramp administrasiyası UGM-133A Trident II (2042-ci ilə qədər) və LGM-30G Minuteman III qitələrarası ballistik raketlərin yenilənməsini planlaşdırır.

“Trident” çox yaxşı raketdir. Amma o Rusiyanın raket hücumundan müdafiə sistemlərini keçməyə qadir deyil. Və Rusiyanın raket hücumundan müdafiə sisteminin sonrakı inkişafı halında raket zəif ola bilər. Yeri gəlmişkən, Rusiyada raket hücumundan müdafiə sistemi üzrə işlər yaxşı gedir. Birincisi, Moskvanın raket əleyhinə müdafiə sistemi təkmilləşir. İkincisi, “Nudol” raketləri ilə qitələrarası ballistik raketlərin ələ keçirilməsi üçün nəzərdə tutulmuş S-500 sistemi inkişaf edir. Məhz bu 2020-ci ilə kimi Rusiyanın bütün ərazisində raket hücumundan müdafiə üçün əsas sistem olacaq. Və belə vəziyyətdə Vaşinqton Moskvaya SNV-3 və RSMD üzrə danışıqları təklif edir. Təkrar deyirəm, məqsəd bizim strateji nüvə güclərimizin inkişafını məhdudlaşdırmaqdır. Eyni zamanda, özlərinin raket hücumundan müdafiə sistemlərini inkişaf etdirəcəklər”, -Mixail Aleksandrov hesab edir.

Hazırda Rusiya SNV-3 sazişinə uyğun olaraq 1740 döyüş başlığına malikdir. Ekspert hesab edir ki, bu miqdar Amerikanın zəmanətli məhvi üçün azdır. O həmçinin hesab edir ki, Avropa aparıcı ölkələrinin (Fransa və İngiltərə -red.) şəxsi nüvə arsenalına malik olması Rusiyanın əleyhinə olan amildir: “Hesab edirəm ki, Rusiya 3−5 min strateji nüvə yükünə malik olmalıdır. Həmçinin bu arsenalın artırılması üçün uzunmüddətli proqram lazımdır. Amerikalılar qəti surətdə istəmirlər ki, biz orta mənzilli raketləri yerləşdirək. Belə raketlər qeyri-nüvə təchizatı üçün istifadə oluna və bütün Avropanı hədəfdə saxlaya bilər. Bu o deməkdir ki, ABŞ Avropa İttifaqının ərazisində böyük gücləri yerləşdirə və ya okean vasitəsilə böyük gücləri göndərə bilməyəcək. Rusiyada orta mənzilli raketləri olarsa, biz Avropada ABŞ-ın istənilən hərbi fəallığını boğa bilərik”.

Onun fikrincə, indiki RSMD haqqında sazişdən çıxmaq lazımdır.

“Əhəmiyyətsizdir ki, ABŞ cavab olaraq Rumıniya və Polşada yerüstü işəsalma qurğularında “Tomaqavk” raketləri yerləşdirəcək. İndi bu raketlər Polşa və Almaniyada olan ABŞ-ın hərbi gəmilərində yerləşdirilibdir. Başqa sözlə, müqavilədən çıxmaqla heç nə itirməyəcəyik. Amma əvəzində Avropa İttifaqına tuşlanmış orta mənzilli böyük miqdarda raketi yerləşdirmək imkanı əldə edəcəyik. Nəticədə amerikalıların oyunu pozulacaq. ABŞ özünü zəif hiss edəcək və onlar Suriya ilə Ukraynada ciddi danışıqlara gedəcəklər”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm