Nida Təhlil
Rusların PKK-nı Qarabağa gətirməsinin SƏBƏBİ ÜZƏ ÇIXDI: Türkiyə bombalayacaq və... - ŞOK PLAN
Ermənistanın “Jamanak” qəzeti bu günlərdə PKK terror
təşkilatı üzvlərinin Azərbaycanın işğal edilmiş ərazilərinə
yerləşdirildiyi və İrəvan rejiminin terrorçulardan Bakı və Ankaraya
qarşı istifadə etmək niyyəti haqda yazdı. Bu, Azərbaycan və
Türkiyənin illərdir dilə gətirdiyi faktların Ermənistan mediasında
təsdiqi deməkdir. Qəzet yazır ki, PKK üzvləri yavaş-yavaş
Ermənistanda məskən salırlar. Bu xəbəri Ermənistan ictimaiyyəti
sevinclə qarşıladı, lakin PKK-çıların gəlişini qəbul etməyənlər də
var.
Publika.az xəbər verir ki, erməni ekspert Samvel Ohanesyan
PKK-çıları Ermənistana Rusiyanın göndərdiyi iddiası ilə çıxış
edib.
Erməni ekspert iddia edir ki, Suriyada münaqişə başlayandan sonra
bir çox erməni Ermənistana gəlmək istəsə də onlara icazə
verilməyib: “Lakin Ermənistan sərhədini qoruyan rus sərhədçilər PKK
üzvlərini buraxırlar. Onlar hətta bizdən soruşmurlar ki, bunları
qəbul etmək istəyirik, ya yox. Rusiya sadəcə olaraq, PKK üzvlərini
Ermənistan hökumətinə təhvil verir və onları bizim hökumətin
“yedizdirməsini” istəyir. Halbuki, bu, Ermənistanı atəş altına
atmaq deməkdir. Çünki Türkiyə PKK ilə mübarizəni genişləndirdikcə,
bir gün mütləq Ermənistanı da bombalaya bilər. Suriyada baş
verənlər dünyanın heç bir gücünün Ankaranın qarşısında dayana
bilmədiyini göstərdi. Bəs, sabah eyni ssenari bizə qarşı tətbiq
olunsa, Ermənistanı kim qoruyacaq?! Ankaranın “Ermənistan
terrorçulara dəstək verir” fikrini gündəmə gətirəcəyi də
şübhəsizdir”.
Samvel Ohanesyan iddialarını davam etdirərək, qeyd edir ki, əslində
Rusiya PKK-nı Ermənistanda yerləşdirməklə gələcəkdə Türkiyəyə qarşı
müharibəyə hazırlaşır.
“İndi Rusiya-Türkiyə münasibətləri yaxşıdır, lakin bu, onların
regionda maraqlarının toqquşduğu və əzəli rəqib olduğu fikrini
dəyişdirmir. Hətta ekspertlər Balkanlarda, Cənubi Qafqazda, Qara
dənizdə rus-türk müharibəsinin ola biləcəyini istisna etmirlər.
Kremlin strategiyasına görə, PKK-nın qərargahı Ermənistan
olmalıdır. Bu, rusların marağındadır, bəlkə də PKK də bununla
razılaşacaq. Lakin hədəfdə ermənilər olacaq”, - deyə o etiraz
edib.
Asif
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO