Yeni müharibənin TARİXİ, Rusiyaya HÜCUM... – GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Yeni müharibənin TARİXİ, Rusiyaya HÜCUM... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Moskva Türkiyənin S-400 zenit-raket kompleksinin çatdırılmasının sürətləndirilməsi üzrə Ankaranın xahişlərinə müsbət reaksiya verib. Şimali İraqda PKK terror təşkilatına qarşı birgə keçirilməsi planlaşdırılan əməliyyatla bağlı Ankara və Bağdad arasında aparılan danışıqların bəzi detalları məlum olub. ABŞ və Türkiyənin Münbiç üzrə danışıqları təxirə salınacaq. Böyük Britaniya Rusiyanın 23 diplomatını deportasiya edəcək. Britaniya Sergey Skripalın zəhərlənməsi işi üzrə BMT Təhlükəsizlik Şurasının təcili toplantısını çağırıb.

Hakim Respublika Partiyasının bütün üzvləri əmindirlər ki, 9 apreldən sonra Serj Sərkisyan baş nazir olacaq. Bu barədə informasiyanı “Past” qəzeti yayıb.

“Bütün fəaliyyətlər, açıq bəyanatlar buna işarə edir. Bizim mənbələrimizin informasiyasına əsasən isə məsələ hələ tam həll edilməyib. Mənbəmiz bildirir ki, hakimiyyətin ən yüksək nöqtələrində Serj Sərkisyanın müdafiə naziri təyin edilməsi məsələsi müzakirə olunur. Müdafiə naziri olacağı təqdirdə belə Sərkisyan hakim partiyanın rəhbəri olacaq və ölkədəki ən nüfuzlu şəxs sayılacaq”, – deyə qəzet bildirib.

“Bu günün sonunadək Afrin terrorçulardan təmizlənəcək”. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident Sarayında keçirilən 46-cı muxtarlar toplantısında bildirib.

“İndiyə kimi 3444 terrorçu zərərsizləşdirildi. Ümid edirəm ki, axşama qədər Afrin təmizlənəcək”, - Ərdoğan deyib.

Qeyd edək ki, Suriyanın Afrin böıgəsində keçirilən “Zeytun budağı” əməliyyatı yanvarın 20-də başlayıb. Əməliyyatda Türkiyə Silahlı Qüvvələri ilə yanaşı, Azad Suriya Ordusu da iştirak edir.

Türkiyə və Rusiya Yüksək Səviyyəli Əməkdaşlıq Şurası aprelin 3-ü Ankarada keçiriləcək. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşü zamanı deyib.

Əməkdaşlıq Şurası Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə keçiriləcək.

Görüş zamanı ikitərəfli münasibətlərin inkişafı ilə yanaşı, regional məsələlərin həllində əməkdaşlığın genişləndirilməsi də müzakirə mövzusu olacaq.

Moskva Türkiyənin S-400 zenit-raket kompleksinin çatdırılmasının sürətləndirilməsi üzrə Ankaranın xahişlərinə müsbət reaksiya verib. Bunu Türkiyənin Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu ilə Moskvada keçirilən danışıqların nəticəsinə görə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

Onun sözlərinə görə, S-400-lərin Türkiyəyə çatdırılmasını hazırda mütəxəssislər müzakirə edirlər.

ABŞ-ın keçmiş dövlət katibi Reks Tillerson ilə martın 19-da planlaşdırılan görüş təxirə salınacaq. Bunu Türkiyənin Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşdən sonra keçirilən birgə mətbuat konfransında bildirib.

Mövlud Çavuşoğlu daha əvvəl bildirmişdi ki, martın 19-da “Yol xəritəsi” müəyyən olunacaq. O qeyd etmişdi ki, YPG Münbiçdən çəkildikdən sonra Türkiyə və ABŞ əsgərləri təhlükəsizliyi birgə təmin edəcək.

Xatırladaq ki, daha əvvəl “Vaşinqton Post” qəzetinin yazdığına görə, Türkiyə ilə ABŞ arasında qurulan ortaq Suriya komissiyası ötən həftə keçirdiyi toplantıda YPG terror təşkilatının Münbiçdən çıxarılmasına dair razılaşma əldə edib.

Dünən isə Reks Tillerson prezident Donald Tramp tərəfindən istefaya göndərilib.

Şimali İraqda PKK terror təşkilatına qarşı birgə keçirilməsi planlaşdırılan əməliyyatla bağlı Ankara və Bağdad arasında aparılan danışıqların bəzi detalları məlum olub. 7 aydır davam edən danışıqlarda Sincardakı 7 və Mahmur bölgəsindəki bir düşərgəyə qarşı əməliyyatın keçirilməsi qərarlaşdırılıb.

İyun ayında keçirilməsi planlaşdırılan əməliyyat iki ölkənin ilk birgə əməliyyatı olacaq.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Böyük Britaniya Rusiyanın 23 diplomatını deportasiya edəcək. Bu haqda Britaniyanın baş naziri Tereza Mey bildirib. Qərar Böyük Britaniyanın xeyrinə casusluğa görə daha əvvəl ittiham edilmiş Rusiyanın Baş Kəşfiyyat İdarəsinin (QRU) sabiq polkovniki Sergey Skripal və onun qızının Londonda naməlum maddəylə zəhərlənməsi ilə bağlıdır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Böyük Britaniya Sergey Skripalın zəhərlənməsi işi üzrə BMT Təhlükəsizlik Şurasının təcili toplantısını çağırıb. Bu haqda Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin xəbərində deyilir.

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) başçısı Maykl Pompeo dövlət katibi postunda Reks Tillersonu əvəz edəcək. Pompeonun sələfi Tillersonla müqayisədə daha çox siyasi təcrübəyə malikdir. MKİ-nin keçmiş direktoru xarici siyasət məsələlərində daha sərt mövqeyi ilə seçilir. Ekspertlərə görə, bu təyinat ABŞ-ın aparıcı idarələrində mühafizəkar qanadı gücləndirəcək.

Maykl Pompeonun Reks Tillersonu əvəz edə biləcəyi barədə şayiələr Vaşinqtonda çoxdan yayılmışdı. Məlumdur ki, Dövlət Departamentinin sabiq başçısı ilə ABŞ prezidenti arasında fikir ayrılıqları çoxdan var idi. Təsadüfi deyil ki, Tramp qərarını da Tillersonla bir sıra məsələlərdə fikir ayrılıqlarının olması ilə izah etdi.

Ekspertlərin yeni təyinatla bağlı heç də nikbin proqnozlar vermirlər.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm