Qiyam bütövlükdə Ermənistana sirayət edərsə... - Azərbaycanlı POLİTOLOQ AÇIQLADI
Bizi izləyin

Nida Təhlil

Qiyam bütövlükdə Ermənistana sirayət edərsə... - Azərbaycanlı POLİTOLOQ AÇIQLADI

“Ermənistanda xalq üsyanının əlverişli nəticə ilə sonlandırılması üçün Kremlin siyasi iradəsinə ehtiyac var. Ancaq hələlik bu yöndə konkret işartılar yoxdur. Əgər Rusiya Sarkisyanın hakimiyyətdən getməsində maraqlı olmayacaqsa və Nikol Paşinyanın başlatdığı bu etirazın əleyhinədirsə, təbii ki, onda polislərin və hərbi qüvvələrin xalqın hərəkatına müdaxiləsini görə bilərik”.

Bu sözləri Publika.az-a açıqlamasında politoloq Natiq Miri Ermənistanda baş verən siyasi prosesləri şərh edərkən deyib.

Politoloq Serj Sarkisyanın hakimiyyəti mənimsəməsi ilə bağlı daha sonra bunları deyib:

“Paşinyan həbsxanadan çıxandan sonra parlamentə millət vəkili kimi seçildi. O, birmənalı olaraq Serj Sarkisyanın hakimiyyətinə qarşı fəaliyyətdə olması ilə tanınır və özünü qərbyönümlü şəxs kimi özünü göstərib. Bu gün Nikol Paşinyanın rəhbərliyi ilə Ermənistanda gənclərin etiraz dalğasına çıxması gələcəkdə bu ölkədə hakimiyyət dəyişikliyi üçün bir stimul ola bilər. Ancaq bunun üçün mütləq mənada etiraz dalğasının xaricdən ciddi şəkildə dəstəklənməsinə ehtiyac var. Bu gün Qərb həqiqətən də Sarkisyan hakimiyyətinin dəyişilməsində maraqlıdırsa, o zaman hansısa perspektivdən danışmaq mümkündür. Əlavə olaraq, bu gün Sarkisyan hakimiyyətinin devrilməsi üçün Rusiyadan hansısa dəstək olacaqsa, yalnız bundan sonra hakimiyyəti zəbt edən bu şəxsin məğlubiyyətindən söhbət açmaq olar. Çünki Rusiyanın Ermənistanda ciddi təsiri var və bu ölkə istəyərsə, Ermənistanda hüquq mühafizə oraqnlarının daxilində, həm də ordunun içində xalqın tərəfinə keçən qüvvələr tapılar. Bununla da çevrilişə asanlıqla nail oluna bilər. Belə demək mümkünsə Ermənistanda xalq üsyanının əlverişli nəticə ilə sonlandırılması üçün Kremlin siyasi iradəsinə ehtiyac var. Ancaq hələlik bu yöndə konkret işartılar yoxdur. Fikrimcə, Serj Sarkisyanın özü də ehtiyatlı davranır. Son toqquşmalardan sonra artıq məftilli maneələr şəhər küçələrindən yığışdırılıb və polislər meydanlardan geri çəkilib. Görünür ki, keçmiş prezident zorakılığın tətbiq olunacağı təqdirdə bunun nəticələrinin əks effekt verə biləcəyini hesablayıb. Ermənistanda hər kəs Sarkisyanın üzvü olduğu Dağlıq Qarabağ klanından narazıdır. Bundan sonra da bu klanın hakimiyyətdə qalmasını Ermənistan xalqı istəmir. Əgər bu kütləvilik bütövlükdə Ermənistana sirayət edəcəksə, artıq hər hansı bir güc mərkəzinin müdaxiləsi belə bu prosesin qarşısını almaqda aciz olacaq. Ancaq hər bir halda prosesin nə ilə nəticələnəcəyi Rusiyanın mövqeyindən asılı olacaq”.

Natiq Miri qeyd edib ki, Ermənistan xalqı hakimiyyəti devirəcək gücə heç vaxt malik olmayıb:

“Ermənistan heç zaman xalqın iradəsi hesabına hakimiyyət dəyişikliyinin şahid olmamışıq. Bütün hakimiyyət dəyişiklikləri Rusiyanın ciddi dəstəyi sayəsində baş tutub. Çünki Ermənistanın başlıca güc orqanlarında məhz “böyük qardaş”ın ciddi təsir imkanları var”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm