Paşinyan Sarkisyanın taleyini birdəfəlik həll etməsə... - Politoloq hər şeyi açıqladı
Bizi izləyin

Nida Təhlil

Paşinyan Sarkisyanın taleyini birdəfəlik həll etməsə... - Politoloq hər şeyi açıqladı

“Xocalı soyqırımı və Qarabağ klanının törətdiyi qanlı hadisələrə görə cinayət məsuliyyətinin müəyyənləşdirilməsi üçün hərbi tribuna yaradılmalı, Birləşmiş Millətlər Təşkilatının vasitəsilə Sarkisyanın cinayətləri sübuta yetirilməlidir”.

Bu sözləri Publika.az-a açıqlamasında politoloq Rüstəm Məmmədov Ermənistanın sabiq prezidenti və Qarabağ klanının başçısı Serj Sarkisyanın Xocalı soyqırımını törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilməsi məsələsini şərh edərkən deyib.

Politoloq bildirib ki, Xocalı soyqırımını törədən Qarabağ klanının cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə Ermənistan hakimiyyəti baxmalıdır:

“Çünki Qarabağ klanının cinayətləri təkcə Xocalı soyqırımı ilə bitmir. Mənə elə gəlir, erməni xalqı onun həyata keçirdiyi işləri “layiqincə qiymətləndirəcək”. Məsələnin başqa həlli yoxdur. Ermənistan onsuz da, dünyada işğalçı, separatçı bir ölkə kimi tanınır. Ona görə də bu məsələni köklü şəkildə həll etməsə, qalan nüfuzunu da itirəcək.

Serj Sarkisyanın Ermənistan xalqına verdiyi zülmün fərqində olan müxalifət və onun başçısı Nikol Paşinyan yeni hökumət quracaq. Bu hökumətin əvvəlkindən fərqli şəkildə qurulacağına şübhə yoxdur. Çünki erməni xalqı Serj Sarkisyanın və Qarabağ klanının əlindən zara gəlmişdi. Onun nəticə olaraq da baş nazir postundan istefa vermək məcburiyyətində qaldı. Əgər hökumət Sarkisyanın darmadağın etdiyi, dünyanın siyasi, iqtisadi platformasından təcrid etdiyi Ermənistanı dirçəltməsə, ən başlıcası, Qarabağ problemində mövcud status-kvonun dəyişməsi üçün konkret və qərəzsiz addımlar atmasa, növbəti hakimiyyəti də Sarkisyanın aqibəti gözləyir. Ermənistana Dağlıq Qarabağ münaqişəsi lazım deyil".

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm