Azərbaycana qarşı PLAN, “Əsrin razılaşması”nın ŞOK DETALLARI... – GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Azərbaycana qarşı PLAN, “Əsrin razılaşması”nın ŞOK DETALLARI... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Ermənistan müxalifətinin lideri Nikol Paşinyan parlamentdə jurnalistlərlə görüşdə Dağlıq Qarabağ münaqişəsinin həllindən danışıb. Ermənistan müxalifəti Paşinyanın baş nazir postuna namizədliyi məsələsində razılığa gəlib. Suriyada Bəşər Əsədə sadiq hərbçilər və İran İnqilab Keşikçiləri Qvardiyası silahlılarının yerləşdiyi hərbi baza raket atəşinə tutulub. Ukrayna prezidenti Donbasda terrorçuluğa qarşı əməliyyatın dayandırılması haqqında qərar verib və ərazidə birləşmiş güclərin əməliyyatına keçidi elan edib. ABŞ prezidenti KXDR-in lideri Kim Çen Inla Şimali Koreya ilə Cənubi Koreya arasındakı Sülh Evində görüşmək istədiyini açıqlayıb.

Ötən həftə ABŞ Senatı Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) şefi Mayk Pompeonu dövlət katibi postuna təsdiq edib. Pompeo ABŞ-ın xarici siyasətindən məsul şəxs kimi ilk açıqlamalarında İranı və Rusiyanı hədəfə aldı. M.Pompeo Brüsseldə NATO ölkələrinin XİN rəhbərləri ilə görüşdə “Moskva Minsk razılaşmaları (Ukrayna böhranı ilə bağlı - red.) üzrə öz öhdəliklərini yerinə yetirmədiyi müddətdə, Şimal Alyansı Rusiya ilə münasibətlər qurmağa hazırlaşmır” deyə bildirdi.

Rusiya Elmlər Akademiyasının təhlükəsizlik problemlərinin tədqiqatı Mərkəzinin eksperti Konstantin Bloxin Pompeonun bu açıqlamasının ciddi siqnallardan xəbər verdiyini deyib.

Onun sözlərinə görə, ABŞ yaxın gələcəkdə Rusiyaya qarşı yeni fiziki addımlar ata bilər.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ermənistan parlamentinin lideri Nikol Paşinyan parlamentdə jurnalistlərlə görüşdə Dağlıq Qarabağ münaqişəsinin həllindən danışıb. “Bu halda effektiv danışıqları aparmaq mümkün deyil”, - deyən Paşinyan Bakının İrəvanın Azərbaycanın tarixi torpaqları olması barədə bəyanatları xatırladıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ermənistan parlamentinin “Yelk” fraksiyası ölkənin baş naziri vəzifəsinə Nikola Paşinyanın namizədliyini irəli sürüb. Bu haqda fraksiyanın deputatı Edmon Marukyan feysbuk səhifəsində bildirib.

Xatırladaq ki, baş nazirin seçilməsi məsələsi mayın 1-də parlamentin xüsusi iclasında müzakirə ediləcək.

Hakim Respublika Partiyasının fraksiyası bilditib ki, baş nazir vəzifəsinə namizədl irəli sürməyəcək. Fraksiyanın rəhbəri Vaqram Baqdasaryan qeyd etdi ki, parlamentin digər üç fraksiyası bir namizədlə çıxış edərsə, mayın 1-də keçiriləcək seçkilərə mane olmayacaq.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Uess Mitçel Ermənistan xarici işlər naziri Edvard Nalbandyana zəng edib. Telefon söhbətində tərəflər İrəvandakı vəziyyəti müzakirə ediblər.

Müzakirələrdə Ermənistandakı daxili siyasi vəziyyətin konstitusiyaya uyğun tənzimlənməsinin vacibliyi qeyd olunub.

Diplomatlar həmçinin, Dağlıq Qarabağdakı vəziyyəti də müzakirə ediblər. Tərəflər ATƏT-in Minsk qrupunun həmsədrlərini bəyanatı əsasında təmas xəttində gərginliyin azaldılmasının vacibliyini təsdiqləyiblər.

2016-cı ilin 15 iyulunda – hərbi çevriliş gecəsi prezidenti Rəcəb Tayyib Ərdoğanı zərərsizləşdirmək üçün 31 gəmiyə səfər əmri verən “Fəthullah Terror Təşkilatı” (FETÖ) ilə əlaqədar daha bir detal ortaya çıxıb. FETÖ-nün lideri Fəthullah Gülənə aid səs qeydində “Uqandadan ananas gəlmiş” deyərək şifrəsini verdiyi almaz və brilyant kimi qiymətli daşların qaçaqmalçılıq yolu ilə döyüş gəmiləriylə daşındığı məlum olub.

Xəbərə görə, FETÖ-nün təlimatı ilə Afrikada liman-liman gəzən Dəniz Qüvvələrinə məxsus gəmilərindən qiymətli daşların daşınması üçün istifadə edilib. Dəniz Qüvvələri Komandirliyində yerləşədirilən “imamlar” da FETÖ üzvü olan admiralların hər addımda Gülənin təlimatı ilə hərəkət etdiklərini etiraf ediblər.

Son olaraq 2014-cü ildə Türk Dəniz Vəzifə Qrupunun Afrika qitəsi ətrafında turu zamanı marşrut Gülənin təlimatı ilə müəyyən olunub. Gəmilərin yan aldıqları limanlar isə FETÖ-yə aid məktəblərin olduğu ölkələrə məxsusdur. Gəmilər ümumilikdə 24 ölkənin 25 limanıı ziyarət edib.

Yaxın Şərqin parçalanaraq yenidən dizayn edilməsi üçün tətbiq olunması istənilən “əsrin razılaşması“ layihəsinin hədəflərindən biri Türkiyədir. Bunu Qətərin paytaxtı Dohada təşkil edilən forumda məşhur misirli akademik Seyfuddin Abdulfəttah bildirib.

Onun sözlərinə görə, Türkiyə “əsrin razılaşması”na qarşı mübarizə aparır və çox əhəmiyətli siyasi döyüşün içindədir. Akademik ABŞ-ın Qüdslə əlaqədar qərarının “əsrin razılaşması”nın bir hissəsi olduğunu ifadə edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Aprelin 30-da gecə saatlarında Suriyada Bəşər Əsədə sadiq hərbçilər və İran İnqilab Keşikçiləri Qvardiyası silahlılarının yerləşdiyi hərbi baza raket atəşinə tutulub. Nəticəsində 38 nəfər ölüb, 57 nəfər yaralanıb. Raket zərbələrinin təsirindən bölgədə 2,6 bal gücündə zəlzələ olub.

Suriyaya hava zərbələrinin hansı ölkə tərəfindən endirildiyi hələlik məlum deyil. ABŞ, Böyük Britaniya və İsrail rəsmiləri hadisə ilə bağlı açıqlama verməyiblər. Suriyada hərbi bazanın bombalanması nəticəsində 18 iranlı hərbçi həlak olub.

“İSNA” agentliyi xəbər verir ki, onların arasında İnqilab Keşikçiləri Qvardiyasının yüksək rütbəli zabitləri də var. Hərbi bazanın bombalanması nəticəsində 18 iranlı hərbçinin həlak olduğu bildirilir.

Hazırda 2015-ci ildə anlaşma imzalandığı dövrdən daha yüksək səviyyədə uranın zənginləşdirilməsinə texniki olaraq hazırıq. Bu sözləri İranın Nüvə Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi ABŞ Prezidenti Donald Trampın nüvə sazişindən imtina edilməsi ilə bağlı xəbərdarlıq xarakterli çıxışlarına münasibət bildirərkən deyib.

Salehi Trampın özünə gəlməli olduğunu bildirib və nüvə sazişindən imtina edilməməsi barədə çağırış edib.

İranın ali dini lideri Əli Xamenei ABŞ-ı Yaxın Şərqdə böhranı gücləndirmək cəhdlərində ittiham edib. O bildirib ki, ABŞ Səudiyyə Ərəbistanını İrana qarşı kökləməyə çalışır.

“Amerikalılar regionda Səudiyyə Ərəbistanı və bəzi başqa dövlətləri İrana provokasiya etməyə çalışırlar. Amma əgər onlarda müdriklik varsa, onda onlar ABŞ-a aldanmamalıdır”, - Xamenei deyib.

O əlavə edib ki, Yaxın Şərqdə böhranın yaradılması Birləşmiş Ştatların hədəfidir.

Daha əvvəl ABŞ-ın dövlət katibi Mayk Pompeo bildirib ki, İran Yaxın Şərqdə stabilliyi pozur.

Əfqanıstanda bazar ertəsi səhər saatlarında iki partlayış törədilib. 25 nəfəin öldüyü, təqribən, 50 nəfərin yaralandığı terror hücumlarına görə məsuliyyəti İŞİD üzərinə götürüb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Cənubi Koreya bu ilin iyun-iyul aylarında ABŞ və KXDR ilə üçtərəfli sammit keçirilməsinə hazırlaşır. Bu barədə Cənubi Koreya "Munhva İlbo" qəzeti məlumat yayıb.

"İyun-iyul aylarında Cənub-Şimal və ABŞ arasında yüksək səviyyəli danışıqlar aparılması imkanı nəzərdən keçirilir. Mayda isə ABŞ-Şimali Koreya sammitinin keçiriləcəyi isə təsdiq edilib", - qəzetdə yazılıb.

Nəşrin yazdığına görə, hər şey rəvan gedərsə, bu il Şimali Koreya və Yaponiya arasında münasibətlər normallaşa və Koreya yarımadasının nüvə silahlardan təmizlənilməsi üzrə "yol xəritəsi"nin həyata keçirilməsi üzrə altıtərəfli danışıqlar bərpası mümkün ola bilər.

ABŞ prezidenti Donald Tramp Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen Inla Şimali Koreya ilə Cənubi Koreya arasındakı Sülh Evində görüşmək istəyir. Bu haqda ABŞ prezidenti Tvitter səhifəsində yazıb.

Ağ Evin lideri daha əvvəl görüş üçün 3-4 tarix və 5 məkan arasında seçim etməli olduqlarını bildirib.

Ukrayna prezidenti Pyotr Poroşenko Donbasda terrorçuluğa qarşı əməliyyatın dayandırılması haqqında qərar verib və ərazidə birləşmiş güclərin əməliyyatına keçidi elan edib. “30 aprel 2018-ci ildə Donetsk və Luqansk vilayətlərinin ərazilərində terrorçuluğa qarşı genişmiqyaslı əməliyyat başa çatır. Biz indi ərazi bütövlüyü və müstəqilliyin təminatı üçün Ukraynanın Silahlı qüvvələrinin rəhbərliyi altında hərbi əməliyyata başlayırıq”, - dövlət başçısının fərmanında deyilir.

Xatırladaq ki, bu ilin yanvarında Ali Rada Donbasın reinteqrasiyası haqqında qanunu qəbul edib. Qanunun mətnində Rusiya işğalçı ölkə, Kiyevin nəzarətindən çıxan ərazilər isə işğal olunmuş adlandırılıb. Qanun ölkənin suverenliyinin müdafiə naminə prezidentə dinc vaxtı ordudan istifadə etmək hüququ verib.

Donetsk və Luqansk vilayətlərinin bir hissəsi rusmeylli separatçıların nəzarətindədir. Kiyev və Qərb Donbasda Rusiyanın nizami qoşunlarının olduğunu iddia edir. Lakin Moskva Donbas münaqişəsində tərəf olmadığını dəfələrlə bəyan edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm