
Azərbaycan Ordusu Günnüt kəndi və 11 min kilometr
ərazini düşmən işğalından azad etməklə İrəvanın bir neçə 10
kilometrliyinə qədər yaxınlaşdı.
Rəsmi məlumatda deyilir ki, mayın son günlərində Şərur rayonunun
Günnüt kəndi və ətafındakı mühüm strateji əhəmiyyəti olan
yüksəkliklər Əlahiddə Ümumqoşun Ordunun əks-həmlə əməliyyatları ilə
işğaldan azad edilib. Bununla da ordumuz daha əlverişli mövqelərə
sahiblənib, “Xunut” dağı və “Ağbulaq” yüksəkliyi , daha sonra isə
“Qızılqaya” dağı və “Mehridağ” işğaldan azad edilərək Dərələyəz
mahalının Arpa kəndi (Ermənilər adını dəyişdirərək “Areni”
qoyublar) nəzarət altına keçib. Ümumilikdə, 11 min hektara yaxın
ərazi nəzarət altına alınıb. Bu ərazinin 8 min hektardan artığı
əkin üçün, xüsusilə dəmyə əkinçiliyi üçün yararlı ərazilərdir.
Şərur rayonunun Günnüt kəndini nəzarətdə saxlamağa imkan verən,
dəniz səviyyəsindən 1683 metr hündürlükdə yerləşən Qızılqaya
yüksəkliyinin ən böyük strateji əhəmiyyəti isə
İrəvan-Yexeqndzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna ordumuza
nəzarət etməyə imkan verməsidir. Ərazinin etibarlı müdafiəsi və
təminat məqsədi ilə 50 km yeni yol çəkilib, 50 km-dən artıq
yararsız yollar isə bərpa edilib. Strateji əhəmiyyətli Arpaçay Su
Dəryaçasının Taktiki cəhətdən etibarlı mühafizəsinin təşkili üçün
hakim yüksəkliklərdə yeni müdafiə mövqeləri qurulub.
Publika.az xəbər verir ki, rusiyalı ekspert Mixail
Belyayev ordumuzun bu əməliyyatla İrəvana daha da yaxınlaşdığını
deyib.
Prezident İlham Əliyevin “İrəvan Azərbaycan torpağıdır və biz
tarixi torpaqlarımızı bərpa edəcəyik” mesajı fonunda Ordumuzun
Naxçıvan istiqamətində tarixi İrəvan torpaqlarına doğru irəliləməsi
diqqət çəkir.
Belyayev yazır: “Azərbaycan Ordusu may əməliyyatında itkisiz olaraq
İrəvandan bir neçə on kilometr məsafədəki ərazilərə praktiki olaraq
nəzarəti ələ keçirdi. Paşinyanın tərəfdarları düşünməlidir:
Ermənistanın hökumətinin başçısı Dağlıq Qarabağ separatçılarının
danışıqlarda iştirakı tezisini irəli sürür, Azərbaycan isə
əraziləri geri qaytarır”.
Asif