İrəvanı şoka salan QARABAĞ PLANI, müharibənin İKİNCİ MƏRHƏLƏSİ... – HƏFTƏNİN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

İrəvanı şoka salan QARABAĞ PLANI, müharibənin İKİNCİ MƏRHƏLƏSİ... – HƏFTƏNİN SİYASİ XÜLASƏSİ

İyunun 26-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə Bakının Azadlıq meydanında təntənəli hərbi parad keçirilib. Türkiyədə iyunun 24-də prezident və parlament seçkiləri keçirilib. Ermənistan Rusiyada keçirilən futbol üzrə dünya çempionatının bitməsinə qədər Dağlıq Qarabağda müharibənin başlamasından narahatdır. Türkiyə İranla neft ticarətinin dayandırılması barədə ABŞ-ın tələbinə rədd cavabı verib. İsrail Baş naziri Benyamin Netanyahu İranı təhdid edib. Rusiya və ABŞ prezidentləri iyulun 16-da Helsinkidə görüşəcəklər. ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə görüşdən ABŞ hərbçilərinin Suriyadan çıxarılması üçün istifadə etmək niyyətindədir. Vaşinqton Avropada yerüstü raket qurğularının yerləşdirilməsi üçün infrastrukturun praktik bərpasına başlayıb.

Azərbaycan, Dağlıq Qarabağ

İyunun 26-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə Bakının Azadlıq meydanında təntənəli hərbi parad keçirilib. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva paradda olublar.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Müharibə başa çatmayıb, müharibənin yalnız birinci mərhələsi başa çatıb”. Bunu hərbi paradda Azərbaycan Prezidenti İlham Əliyev bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Ordumuz ən müasir texnika və silahlarla təchiz edilib”. Bu sözləri hərbi paradda Azərbaycan Prezidenti deyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

"Ötən ay Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu tərəfindən həyata keçirilmiş əməliyyat nəticəsində 90-cı illərin əvvəllərində zəbt edilmiş 11 min hektar ərazi düşməndən azad edildi. Azərbaycan tərəfindən böyük mühəndislik, kəşfiyyat işləri aparıldı. Naxçıvan əməliyyatı yüksək məharətlə həyata keçirildi". Bunu hərbi paradda Azərbaycan Prezidenti İlham Əliyev bildirib.

Ali Baş komandan qed edib ki, Azərbaycan hərbçisi bir daha qəhrəmanlıq göstərib: "Naxçıvan əməliyyatı göstərdi ki, Azərbaycan Ordusu güclü ordudur və istənilən vəzifəni icra edə bilərik, icra da edirik.

2016-cı il aprel döyüşlərində, 2018-ci ilin Naxçıvan əməliyyatında işğalçılardan azad edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırıldı. Bunun çox böyük mənəvi əhəmiyyəti var".

“Düşmənin istənilən strateji obyektini məhv etməyə qadirik. Bütün strateji məntəqələr Azərbaycan ordusu tərəfindən məhv edilə bilər”. Bunu Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi münasibətilə Bakının "Azadlıq" meydanında keçirilən hərbi paradda Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

26 iyunda Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə keçirilən hərbi paradda nümayiş olunan DANA özüyeriyən artilleriya ermənilərin Çexiyada etiraz aksiyası keçirməsinə səbəb olub.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Azərbaycan Ordusunun hərbi paradı göstərdi ki, Bakı gücünü açıq şəkildə nümayiş etdirir. Müharibə olacaqsa, Türkiyə ordusu də Azərbaycanla birlikdə döyüşəcək. Biz öz ordumuzu təcili şəkildə müasirləşdirməliyik. Bütün maliyyə resursları orduya yönəlməlidir. Müharibə qaçılmazdır və bu 2016-cı ildə “aprel müharibə”sinin təkrarı olmayacaq, daha böyük olacaq”. Bu barədə işğalçı Ermənistan ordusunun polkovniki Koryun Qumaşyan deyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, iyulun 2-dən 6-dək Azərbaycan Ordusunun müxtəlif qoşun növləri, qismləri, birlik və birləşmələrinin iştirakı ilə genişmiqyaslı təlimləri keçiriləcək. Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimlərə 20.000 nəfərədək şəxsi heyət, 120-dək tank və digər zirehli texnika, 200-dən artıq müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 30-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunacaq.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasını dəstəkləyir. Bu haqda Azərbaycan Respublikasının Milli Məclisinin spikeri Oqtay Əsədovla görüşü zamanı Rusiya Dumasının spikeri Vyaçeslav Volodin deyib.

Vyaçeslav Volodin Azərbaycanın münaqişə üzrə mövqeyini düzgün və konstruktiv adlandırıb.

“Siz bilirsiniz ki, Rusiya bu konfliktin sülh yolu ilə həllinin tərəfdarıdır. Münasibətlərin kəskinləşməsinin tərəfdarı olan, xalqın səsini eşitməyib, onun sülh şəraitində yaşamaq istəyini nəzərə almayan hər kəs situasiyanı gərginləşdirmək yoluyla gedir. Biz bunun qarşısını almaq üçün hər şeyi etməliyik. Bu baxımdan, Azərbaycan həmişə düzgün və konstruktiv mövqe tutub. Biz bunun gələcəkdə də belə olacağına ümid edirik”, - Dövlət Dumasının rəhbəri əlavə etdi.

Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodinin bir neçə gün öncə Bakıya səfəri və Azərbaycan paytaxtında Dağlıq Qarabağla bağlı səsləndirdiyi fikirlər İrəvanda narazılıq və qorxuya səbəb oldu. Volodin “Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həmişə düzgün və konstruktiv mövqe sərgiləyib” deyə bildirdi.

Bu bəyanat Rusiyanın Azərbaycana dəstəyi kimi xarakterizə oluna bilər. İrəvanda isə hesab edirlər ki, Putin Paşinyanın Qərbə doğru yürüşə çıxmasına Bakıdan cavab verir.

Erməni şərhçi Qarnik Qevorqryan iddia edir ki, Rusiya Azərbaycana ərazilərini güc yolu ilə azad etməsi üçün “yaşıl işıq” yandırır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Cəbhədə 2016-cı ilin “aprel müharibəsi”ndən əvvəlki vəziyyət yaşanır”. Bu barədə erməni siyasi şərhçi Sarqis Arstruni yazıb.

Onun sözlərinə görə, “aprel müharibəsi”ndən sonra Ermənistan rəhbərliyi cəmiyyəti cəbhədə müdafiənin möhkəmləndirildiyinə inandırmağa davam edirdi.

“Bakı “aprel müharibəsi”ndən sonra “yoran müharibə” taktikasına keçdi. Lakin son dövrlər Qarabağ və Naxçıvan cəbhəsində baş verənlər genişmiqyaslı müharibənin başlanğıcına qədəm qoyduğumuzu göstərir. Silah arsenalına görə Azərbaycan Ermənistandan üstündür və müharibə başlayarsa, bu üstünlük davam edəcək”, - deyə o bildirib.

Erməni şərhçi İrəvanın müdafiə və xarici siyasət istiqamətində zəif olduğunu da qeyd edib.

Ermənistan Rusiyada keçirilən futbol üzrə dünya çempionatının bitməsinə qədər Dağlıq Qarabağda müharibənin başlamasından narahatdır. Ermənistan tərəfi Azərbaycan Ordusunun təmas xəttində sürətli yerdəyişmə apardığını, hərbi texnikaların iştirakı ilə mütəmadi təlimlər keçirdiyini iddia edir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Biz genişmiqyaslı müharibəyə hazırlaşmalıyıq, cəmiyyəti də buna hazırlamalıyıq”. Bu barədə Ermənistanın birinci diversiya-kəşfiyyat dəstəsinin komandiri Vova Vardanov deyib.

Onun iddialarına görə, yeni müharibə 2016-cı ildəki “aprel müharibə”sindən daha dəhşətli və böyük olacaq: “Genişmiqyaslı döyüşə hazırlanmaq lazımdır”.

Ermənistan Ordusu Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində hərbi təlimlər keçirib. Təlimlər müdafiə və hücum xarakteri daşıyıb.

Məlumata görə, təlimlər cəbhənin şərq istiqamətində həyata keçirib.

Qeyd edək ki, Azərbaycan Ordusunun Naxçıvan və Qarabağ cəbhəsində uğurlu əməliyyatları Ermənistanda ciddi qorxuya səbəb olub. İrəvanda hesab edirlər ki, Qarabağ danışıqlarının dalana dirənməsi Azərbaycanı ərazilərin azad edilməsi üçün hərbi varianta üz tutmağa məcbur edəcək. Bu kontekstdə Qarabağdakı təlimlər də müharibəyə hazırlıq xarakteri daşıyır.

Ermənistan

İyunun 25-də İrəvanda 100-ə qədər insan paytaxt meriyasının binasına girişlərdən birini bloklayıb və ora şəhər administrasiyasının əməkdaşlarını buraxmaqdan imtina ediblər. Etirazçılar şəhər meri Tarona Markaryanın istefasını tələb ediblər.

Nümayişçilər bildiriblər ki, dünən yayılmış videomaterial onların aksiyasının səbəbidir. Videomaterialda Taron Markaryanın dövlət vəzifəlisi olaraq əhəmiyyətli əmlak topladığı göstərilirdi.

“Bura heç kim girməməlidir. Bu, korrupsiyaya və sadə vətəndaşların hesabına sərvət toplayan məmurlara qarşı vətəndaş itaətsizliyinin aksiyasıdır”, - nümayişçilərdən biri jurnalistlərə deyib.

Qeyd edək ki, Taron Markaryan 2017-ci ildə üçüncü dəfə bu vəzifəyə seçilib. O, keçmiş hakim Respublika Partiyasının icraiyyə komitəsinin üzvüdür və partiyanın banilərindən biri olan Ermənistanın sabiq baş naziri (2000-2007) Andranik Marqaryanın oğludur.

Daha əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, İrəvan meri yalnız onun tələbi ilə istefa verəcək.

“Joxovurd” qəzetinin yaydığı məlumata görə, İrəvan meri Taron Markaryan istefa ərizəsi yazıb. “Markaryanla bağlı məsələ həll olub. O, istefa ərizəsini yazıb və bir neçə gündür işə çıxmır. Meriyada buna görə qeyri-müəyyən vəziyyət yaranıb”, – deyə qəzet bildirib.

Lakin xəbər rəsmi təsdiqini tapmayıb.

Türkiyə, İran, Yaxın Şərq

Türkiyədə iyunun 24-də prezident və parlament seçkiləri keçirilib. Seçkilərə Milliyyətçi Hərəkat Partiyası (MHP) və Böyük Birlik Partiyası (BBP) ilə ittifaq quraraq gedən iqtidardakı Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 52.5% səs toplayaraq ilk turda yenidən prezident seçilib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Cümhuriyyət Xalq Partiyasından (CHP) Türkiyə prezidentliyə namizəd Məhərrəm İncə iyunun 24-də keçirilən seçkilərlə bağlı keçirdiyi mətbuat konfransında seçkilərin nəticələrini qəbul etdiyini bildirib.

“15 milyon vətəndaş mənə səs verdi. Məqsədimiz 30 milyondur. Prezident seçkilərində 15 milyon nəfər mənə səs verirsə, bu rəqəmi qısa müddətdə 30 milyona çatdırmaq mümkündür”, - o deyib.

Türkiyə Rusiyadan “S-400” tipli zenit-raket kompleksləri alacağı təqdirdə ABŞ rəhbərliyi Ankaraya qarşı sanksiyalar tətbiq edəcək. Bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Yess Mitçell deyib.

“Biz açıq-aydın Türkiyəyə anlatdıq ki, “S-400”-lərin əldə edilməsi fəsadlarla nəticələnəcək. Biz “Sanksiyalar vasitəsilə ABŞ-ın düşmənlərinə qarşı mübarizə” haqqında qanuna uyğun olaraq sanksiyalar tətbiq edəcəyik”, - deyə Mitçell qeyd edib.

Onun sözlərinə görə, adıçəkilən sövdələşmə Türkiyə-ABŞ münasibətlərinə zərbə olacaq və əvvəlki əlaqələrin bərpasını çətinləşdirəcək.

“ABŞ-ın İranla neft ticarətinin dayandırması barədə qərarlar bizim üçün məcburi deyil, biz Birləşmiş Millətlər Təşkilatının qərarlarını tanıyırıq”. Bunu ölkənin iqtisadiyyat naziri Nihat Zeybekçi bildirib.

Daha əvvəl ABŞ-ın Xəzinə Nazirliyinin yüksək vəzifəli səlahiyyətlisi telekonfrans vasitəsilə bildirib ki, Vaşinqton müttəfiq ölkələr və şirkətlərin İrandan neft idxalının noyabrın 4-dək dayandırılmasını tələb edib. Açıqlamaya görə, bu tarixdən etibarən İrandan neft idxal edən ölkələr və şirkətlər ABŞ sanksiyalarına məruz qalacaqlar.

Səlahiyyətli, həmçinin, ABŞ-ın Türkiyə, Çin və Hindistan kimi İran neftini idxal edən ölkələrlə müzakirələr apardıqlarını dilə gətirib.

ABŞ qarşımızda diz çökəcək. Bunu jurnalistlərə açıqlamasında İran Prezidenti Həsən Ruhani deyib.

“Heç bir halda ABŞ-ın qarşısından geri çəkilməyəcəyik. Milli, tarixi yüksəkliyimizi qoruyub saxlayacağıq və ABŞ-ı diz çökdürəcəyik”, - o bildirib.

“Birləşmiş Ştatlar İrana təzyiq göstərməyə davam edəcək və hesab edir ki, başqa ölkələr də bu istiqamətdə Vaşinqtonu dəstəkləyəcək”. Bu haqda Nyu-Dehlidə “Observer Research Foundation” tədqiqat mərkəzində çıxışında ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli bildirib.

Onun sözlərinə görə, Birləşdirilmiş Ştatlar hesab edir ki, İran nüvə silahını yaratmaq niyyətindən imtina etməyib.

Amerika diplomatı Donald Tramp administrasiyasının İranla nüvə sazişindən çıxışı haqqında qərarın səbəbini izah edib. Heylinin sözlərinə görə, ABŞ İranda təhdid mənbəyi görür və belə fikir gümanlarla deyil, sübutlarla əsaslandırılıb.

O təsdiqləyib ki, Birləşdirilmiş Ştatlar siyasi və iqtisadi təzyiqin köməyi ilə İranı danışıqlar stoluna oturmağa, güzəştə getməyə və nüvə proqramı haqqında dəyişikliklərə məcbur etmək niyyətindədir.

“Biz İrana təzyiq göstərməyə davam etmək niyyətindəyik və ümid edirik ki, bizə başqa ölkələr də bizə qoşulacaq. Çünki, İran bizim gözlərimizdə daha bir Şimali Koreyadır”, - amerikalı diplomat deyib.

Türkiyənin Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu ABŞ-ın İranla bağlı siyasətini haqsız və birtərəfli adlandırıb. Çavuşoğlu bu haqda NTV telekanalına müsahibəsində bildirib.

Nazir əlavə edib ki, bu ölkədə xaosun yaradılması heç kəsə, həmçinin Vaşinqtona sərfəli deyil.

“Əgər ABŞ-ın qərarları sabitliyə və sülhə yönəlsə, onda biz onları dəstəkləyəcəyik. Əgər onlar bizə haqsız və ədalətsiz görünərsə, biz onlara qoşulmağa məcbur deyilik”, - Türkiyənin xarici siyasət idarəsinin başçısı vurğulayıb.

İran varlığımıza yönələn ən böyük təhdiddir və biz bu təhdidi dayandırmaqda qərarlıyıq. Bu sözləri İsrail Baş naziri Benyamin Netanyahu deyib.

“Açıq şəkildə ifadə edirəm. İranın nüvə silahına sahib olmasına icazə verməyəcəyəm. İranın Suriyanı bizə qarşı ölümcül baza yaratmasının qarşısını almaq üçün daim çalışacağam”, - deyə baş nazir bildirib.

İran Rusiya, Böyük Britaniya, Fransa, Çin və Almaniyanın xarici işlər nazirləri səviyyəsində “beşliyin” görüşünün keçirilməsini təklif edib. Bu haqda Rusiyanın Xarici İşlər Nazirliyinin başçısının müavini Sergey Ryabkov bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiya, ABŞ, Qərb-Rusiya münasibətləri

Rusiya akademik Andrey Saxarovun nüvə döyüş başlıqlı sualtı torpeda layihəsinin müzakirəsinə qayıdır. Bu haqda “Express” nəşri bildirib.

“İndi daha əvvəl həyata keçirilməmiş ideyaların qayıdışının ümumi tendensiyası var”, - Rusiyada raketlərin aparıcı istehsalçısı Şamil Əliyev hesab edir.

Əliyevin sözlərinə görə, uzunluğu 24, diametri isə 1,5 metr olan, hərəkət radius 50 kilometr olan nüvə başlıqlı torpedaların yaradılması haqqında Saxarovun ideyasına yenidən baxılır. Belə torpedalar suda partlayışın köməyi ilə sahildə obyektləri məhv etməyə qadirdir.

Əliyev vurğulayıb ki, T-15 torpedalarının yaradılması üzrə Saxarovun planından imtina haqqında qərar 1950-ci illərdə maliyyənin çatışmazlığı ilə əlaqədar qəbul edilmişdi.

Məlumata görə, torpeda nüvə döyüş başlığıyla baş verəcək partlayış gücü 100 meqaton trotil ekvivalenti təşkil edəcək. Bu isə 1945-ci il Xirosimada baş verən partlayışdan minlərlə dəfə daha güclüdür.

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp iyulun 16-da Helsinkidə görüşəcəklər. Bu haqda Kremldən bildiriblər.

Rusiya və ABŞ liderlərinin görüşünün keçirilməsi haqqında son razılaşma Trampın milli təhlükəsizlik üzrə məsləhətçisi Con Boltonun iyunun 27-də Moskvaya səfər zamanı əldə edilib.

Daha əvvəl ABŞ prezidenti bildirib ki, Rusiya prezidenti ilə Suriya və Ukrayna məsələlərini müzakirə etmək niyyətindədir.

“London ehtiyat edir ki, ABŞ prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putinin mümkün razılaşmaları NATO-da böhran yarada bilər”. Bu haqda “The Times” qəzeti yazıb.

Qeyd edilir ki, Britaniya hökumətinin üzvləri qorxularını ifadə edirlər ki, Putin Trampı ABŞ-ın Avropa qarşısında hərbi sahə üzrə öz öhdəliklərinin həcmini azaltmağa inandıra bilər.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Vaşinqton Avropada yerüstü raket qurğularının yerləşdirilməsi üçün infrastrukturun praktik bərpasına başlayıb. Bunu Federasiya Şurasında çıxış edən zaman Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov deyib. Onun sözlərinə görə, Moskva ABŞ-ın bu addımını cavabsız qoymayacaq:

Avropa İttifaqının (Aİ) liderləri ölkələr arasında yaranmış miqrasiya böhranını nizama salmaq üçün razılıq əldə edib. Razılaşma Aİ-nin ötən gün keçirilən sammitində əldə olunub. Sammitdə qaçqın düşərgələrinin yaradılması və birlik şəklində köçkünlərin (miqrantların) hərəkət etməsinin məhdudlaşdırmasına qərar verilib.

Müzakənin yekununda imzalanan bəyanata əsasən, yaradılacaq mərkəzlər çərçivəsində yeni miqrantların qəbulu və yerləşdirilməsi prosesi ölkələrin qarşılıqlı istəyi və könüllülük əsasında aparılacaq.

Eyni zamanda Aİ sərhədlərinin daha da möhkəmləndirilməsi, Avropaya mühacirətin qarşısının alınması məqsədilə Türkiyə, Mərakeş və Şimali Afrika ölkələrinə yüksək miqdarda yardım edilməsinə də qərar verilib. Türkiyədə məskunlaşan miqrantlar üçün 3 milyard avro ödəniləcək.

Afrikada miqrasiya layihələrinə isə 500 milyon avro köçürüləcəyi planlaşdırılır.

ABŞ prezidenti Donald Tramp fransalı həmkarı Emmanuel Makrona Avropa İttifaqından çıxmağı təklif edirdi. Bu haqda Avropadakı hökumət mənbələrinə istinadən “Vaşinqton Post” qəzeti bildirib.

Bildirilir ki, aprelin sonunda Tramp və Makron Ağ Evdə ticarət məsələlərini müzakirə etdiyi vaxt Ağ Evin başçısı həmkarına “Siz niyə Avropa İttifaqından çıxmırsınız?” şəklində sual verib. Mənbələrə əsasən, ABŞ prezidenti söz verib ki, Avropa İttifaqından çıxacağı halda, ABŞ Fransaya ən yaxşı şərtlərdə ikitərəfli ticarət müqaviləsini təklif edəcək.

ABŞ və Hindistan “2+2” formatında (iki ölkənin Müdafiə və Xarici İşlər Nazirliklərinin başçıları) Rusiya barəsində sanksiyaları, həmçinin Rusiyadan “Triumf" S-400 zenit-raket komplekslərinin alınması üzrə Nyu-Dehlinin planlarını müzakirə edəcəklər. Bu haqda ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli NDTV kanalına müsahibəsində bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ prezidenti Donald Tramp bu həftə növbəti dəfə Amerika qoşunlarının Suriyadan çıxması ideyasını irəli sürdü. O, mövzudan bu dəfə Ağ Evdə İordaniya kralı II Abdullah ilə görüşündə danışdı. CNN telekanalının məlumatına görə, bu haqda liderlərin danışıqlarının məzmunundan xəbərdar olan iki diplomatik mənbə bildirib.

Tramp və Abdulla Suriyada vəziyyəti təfərrüatı ilə müzakirə edib. Mənbələrdən birinin sözlərinə görə, Tramp Suriyanın cənub-qərbində təhlükəsiz zona ilə bağlı Rusiya prezidenti Vladimir Putinlə razılaşacağına inanır. Bu, ABŞ-a qısa müddətə oradan çıxmasına imkan verəcək.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiya və ABŞ prezidentləri - Vladimir Putin və Donald Trampın iyulun 16-da Helsinkidə keçiriləcək görüşünü dəyərli dialoqun başlanğıcı hesab etmək olar, ancaq ondan sürətli nəticələri gözləmək lazım deyil. Bununla belə, sammit sonrakı eskalasiyanın dayandırılması üçün siqnal ola bilər. Belə fikirləri ABŞ və Rusiya liderlərinin qarşıdakı görüşünü şərh edən politoloqlar “RİA-Novosti” agentliyinə açıqlamalarında səsləndiriblər.

Ekspertlər qarşıdakı sammitdə neft ixracının artırılması və Suriyadakı vəziyyətin, həmçinin Rusiyanın İran, ABŞ-ın isə Ukrayna üzrə qarşılıqlı güzəştlər imkanının müzakirə olunacağını bildirirlər.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Amerikanın radio həvəskarları istilik-nüvə raketlərinin işə salınması haqqında ABŞ komandanlığının əmrini yaxalayıblar. Bu haqda “The Drive” nəşri yazıb.

İyunun 27-də yaxalanan siqnal “B-52 Stratofortress” qitələrarası strateji bombardmançı-raket daşıyıcısına ünvanlanmışdı. Qeyd edilir ki, belə əmrlər nüvə silahının tətbiqi ilə planlaşdırılmış genişmiqyaslı zərbə çərçivəsində verilir. Belə siqnalların alınması halında Amerika hərbçiləri istilik-nüvə döyüş başlıqları ilə təchiz edilmiş 20 qanadlı raketi hədəfə buraxmalıdır.

Ancaq əslində məlum olub ki, siqnal təlimlər çərçivəsində verilmişdi. Təlimlərdə “B-52 Stratofortress” və “B-2 Spirit” bombardmançıları, həmçinin “E-6 Mercury” idarə və rabitə təyyarəsi iştirak edirdi.

“The Drive” nəşri istisna etmir ki, Vaşinqton belə təlimlərlə öz gücünü və bombardmançıların istilik-nüvə döyüş başlıqlarını istənilən nöqtəyə çatdırmaq qabiliyyətini göstərmək istəyir.

ABŞ prezidenti Donald Tramp ölkəsini Ümumdünya Ticarət Təşkilatından çıxarmaq istəyir. Bu haqda mənbələrə istinadən “Axios” nəşri yazıb.

Nəşrin yazdığına görə, Tramp təşkilatdan çıxmaq arzusu haqqında Ağ Evin yüksəkvəzifəli məmurlarına dəfələrlə bildirib. Qeyd edilir ki, belə addım qlobal ticarəti “vəhşi qarışıqlığa” gətirib çıxara bilər.

Ağ Evdəki mənbə həmçinin əlavə edib ki, Tramp Ümumdünya Ticarət Təşkilatı ilə ABŞ-ın münasibətlərinin təsviri üçün qeyri-normativ leksikadan tez-tez istifadə edir. ABŞ prezidentinin sözlərinə görə, təşkilat ABŞ-ı sıxışdırmaq üçün qalan dünya tərəfindən yaradılıb.

Bəzi köməkçilər Trampa izah etməyə çalışırdılar ki, ABŞ Ümumdünya Ticarət Təşkilatından fayda götürür, ancaq Tramp onların arqumentlərinə laqeyd qalıb.

Koreya böhranı

Ötən həftə peykdən çəkilən şəkillər Şimali Koreyanın Yonbene nüvə mərkəzinin müasirləşdirilməsi üzrə işlərin görüldüyü göstərir. Bu haqda Cons Hopkins Universiteti yanında ABŞ və Koreya İnstitutunun “38 North” saytı bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ukrayna prezidenti Pyotr Poroşenko ölkənin inkişafının Avropa və avroatlantik kursu haqqında Konstitusiyaya dəyişikliklərini yaxın vaxtlarda Ali Radasının müzakirəsinə daxil edəcək. Bu haqda dövlət başçısı Ukraynanın Konstitusiya günü münasibəti ilə təntənəli tədbirdə çıxış zamanı bildirib.

“Yaxın vaxtlarda Konstitusiyaya dəyişikliklər üzrə layihəni Ali Radanın müzakirəsinə təqdim edəcəm. Dəyişikliklər bir-biri ilə sıx bağlı olan iki strateji hədəfimizi möhkəmləndirəcək. Bunlar Ukraynanın Avropa İttifaqı və NATO-ya girişidir”, - Poroşenko vurğulayıb.

Prezident əminliyini ifadə edib ki, parlamentdə bu dəyişikliklərin səsverməsi üçün 300 səs toplamaq imkanı var. Poroşenko həmçinin bildirib ki, Kiyevin Krım üzrə mövqeyi ölkənin əsas qanununda əksini tapmalıdır.

O, Konstitusiya komissiyasını layihənin hazırlanması üzrə işi aktivləşdirməyə çağırıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm