Azər Həsrət: "Paşinyan İlham Əliyevlə, Ermənistan isə Azərbaycanla eyni səviyyədə diqqət görə bilməz"
Bizi izləyin

Nida Təhlil

Azər Həsrət: "Paşinyan İlham Əliyevlə, Ermənistan isə Azərbaycanla eyni səviyyədə diqqət görə bilməz"

Azərbaycan Prezidentinin son Avropa səfəri bir daha göstərdi ki, Qafqazda əsas söz sahibi hansı ölkədir, hansı liderdir. Onun ən yüksək səviyyədə xüsusi diqqətlə qarşılanması, istər Avropa İttifaqı, istərsə də NATO çərçivəsində ayrı-ayrı tanınmış dünya siyasətçilərinin məhz onunla görüşə can atması bunu bir daha təsdiqləmiş oldu.

Bunu siyasi şərhçi Azər Həsrət Prezident İlham Əliyevin Belçika Krallığına səfəri barədə açıqlamasında deyib.

“Prezident İlham Əliyev həm Avropa və dünya səviyyəli siyasət adamı olmasıyla, həm də ölkəsinin, xalqının mənafelərinə söykənən siyasət aparması ilə bu hörməti və diqqəti qazanıb. Yəni, onun öz dövlətini ləyaqətlə təmsil etməsi, Azərbaycanın maraqlarını heç bir tərəfin maraqlarına güzəştə getməməsi barəsində yüksək rəyin formalaşmasına səbəb olub. Avropa liderləri birmənalı şəkildə əmindirlər ki, Prezident İlham Əliyevin başçılıq etdiyi bir ölkə ilə arxayın və əmin bir durumda işbirliyi edə bilərlər. Bu imicin qazanılması, əlbəttə ki, İlham Əliyevin etibarlı siyasət adamı olmasından irəli gəlir”, - deyə Azər Həsrət əlavə edib.

Ermənistan baş naziri Nikol Paşinyanın ayrıca diqqət görməməsinin, öz istəklərini gerçəkləşdirə bilməməsinin təəccüblü olmadığını deyən siyasi şərhçi vurğulayıb: “Bu adam ölkəsinin baş naziri olsa da hələ ki, Avropa liderləri onu ciddiyə almaqda tərəddüd edirlər. Çünki ciddi siyasi keçmişi olmayan, küçədən birbaşa hakimiyyətə gəlmiş birisi ilə Avropa insanı ehtiyatlı davranmağa məcburdur. Avropalılar hələ bu şəxsin siyasi mövqeyini qəti şəkildə aydınlaşdırmaqda çətinlik çəkirlər. Ona görə ki, N.Paşinyanın özü belə nə istədiyini, nə edəcəyini müəyyənləşdirə bilmir. Niyə? Ona görə ki, siyasi səriştəsi, təcrübəsi kasaddır. Yəni, bu adam heç bir göstəricisinə görə Prezident İlham Əliyevlə, təbii ki, onun başçılıq etdiyi ölkə də Azərbaycanla ayaqlaşa, eyni səviyyədə diqqət görə bilməz!”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm