Rüstəm Məmmədov: "Ermənistan böyük sanksiyalarla üzləşmək ərəfəsindədir"
Bizi izləyin

Nida Təhlil

Rüstəm Məmmədov: "Ermənistan böyük sanksiyalarla üzləşmək ərəfəsindədir"

“Azərbaycan Respublikası Prezidentinin NATO sammitində iştirak etməsi xüsusi əhəmiyyət kəsb edir. Sammitdə ən diqqətçəkən məqamlardan biri İlham Əliyevin ABŞ prezidenti Donald Trampla görüşməsi oldu. Bu, Ermənistana böyük xəbərdarlıq, siqnaldır. Yəni, NATO Azərbaycana dəstək verir, diqqətdə saxlayır”.

Bu sözləri Publika.az-a açıqlamasında politoloq Rüstəm Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin NATO-nun zirvə görüşündə iştirakının əhəmiyyətindən danışarkən deyib.

Politoloq bildirib ki, Avropa ölkələri regionun güclü dövləti kimi Azərbaycanı qəbul edir və ona rəğbət bəsləyir: “Sammitdə Ermənistanın yeni baş naziri Nikol Paşinyan da iştirak etmişdi. Lakin o, sammitdən gözlədiyi diqqəti və qayğını görə bilmədi. Açığı, düşünürəm ki, Ermənistan böyük sanksiyalarla üzləşmək ərəfəsindədir. Prezidentimiz bu zirvədə çıxış etməklə bir daha Dağlıq Qarabağ problemini gündəmə gətirdi. Bu da sözügedən problem çərçivəsində bizim uğurumuzun bariz nümunəsidir.

Azərbaycanın NATO ilə əməkdaşlığı ölkəmizin regional təhlükəsizliyi nöqteyi-nəzərdən böyük əhəmiyyət kəsb edir. Bu o deməkdir ki, Ermənistan regionda at oynada bilməz. Ermənistanın qanadlarını qırıb, yerində oturdacaqlar. Bütün Avropa dövlətləri Azərbaycana dəstək verir. Bu nüans sammitdə Azərbaycan prezidentinin hörmətlə qarşılanmasında da özünü biruzə verdi. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İlham Əliyevi ABŞ prezidenti Donald Trampla görüşdürməsi də Türkiyənin qardaşının yanında olduğunu göstərdi”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm