Dəqiqələr ərzində BAŞA ÇATACAQ MÜHARİBƏ, yeni döyüş meydanı VƏ AZƏRBAYCAN... – GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Dəqiqələr ərzində BAŞA ÇATACAQ MÜHARİBƏ, yeni döyüş meydanı VƏ AZƏRBAYCAN... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Azərbaycan Müdafiə Nazirliyi erməni təxribatı ilə bağlı bəyanat yayıb. Sentyabrın 28-dən oktyabrın 7-nə kimi Şərqi Aralıq dənizində Azərbaycanın iştirakıyla qayığa qarşı “Mavi Balina-2018” təlimləri keçiriləcək. İŞİD Mərkəzi Asiyada “xəlifə” yaratmaq istəyir. İsrailin hərbi-siyasi kabineti ordunu Suriyada İran güclərinə qarşı əməliyyatları davam etdirməyə göstəriş verib. İran ABŞ-ı Hörmüz boğazını bağlamaqla təhdid edib.

Azərbaycan Müdafiə Nazirliyi erməni təxribatı ilə bağlı bəyanat yayıb. "Ermənistan hərbi-siyasi rəhbərliyi qoşunların qarşıdurma xəttində vəziyyətin gərginləşdirilməsinə yönəlmiş növbəti təxribat xarakterli addım atır. İşğal olunmuş ərazilərimizdə hərbi aviasiyanın cəlb olunması ilə təlim uçuşlarının keçirilməsi barədə düşmən tərəfinin yaydığı məlumat bunun əyani sübutudur.

Müdafiə Nazirliyi bəyan edir ki, ön xətdə yerləşən bölmələrimizin mövqelərinə yaxınlaşmağa cəhd göstərən düşmənin istənilən uçuş vasitəsi tərəfimizdən dərhal neytrallaşdırılacaq və baş verə biləcək itkilərə görə məsuliyyət tamamilə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək", - bəyanatda deyilir.

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın işğal edilmiş ərazilərimizdə hərbi təlimlər keçirməsinə münasibət bildirib.

XİN-in bəyanatında deyilir: “Kütləvi informasiya vasitələrinin verdiyi məlumata əsasən, bu ilin 25-28 sentyabr tarixlərində Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərində hərbi aviasiyanın iştirakı ilə hərbi təlimlər keçiriləcək. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində növbəti təxribatçı addımı vəziyyətin daha da gərginləşməsinə və ağır fəsadlara yol aça bilər. Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə cari ilin 26 sentyabr tarixində Nyu-Yorkda planlaşdırılan görüşü ərəfəsində Ermənistanın atdığı bu addım həmsədrlərin fəaliyyətinə və ümumiyyətlə münaqişənin həlli üzrə danışıqlar prosesinə xələl gətirmək məqsədini güdür. Bir daha xatırladırıq ki, cəbhə bölgəsində vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyət tam şəkildə Ermənistan rəhbərliyinin üzərinə düşür”.

Sentyabrın 28-dən oktyabrın 7-nə kimi Şərqi Aralıq dənizində qayığa qarşı “Mavi Balina-2018” təlimləri keçiriləcək. Türkiyə Silahlı Qüvvələrinin Baş qərargahından verilən məlumata görə, təlimlərdə ABŞ, Azərbaycan, Bəhreyn, Əlcəzair, Qətər, Küveyt, Pakistan, Rumıniya və Səudiyyə Ərəbistanı iştirak edəcək.

Türkiyə tərəfindən təşkil edilən təlimlər müttəfiqlərinin iştirakı ilə son bir neçə ildir keçirilir.

İŞİD Mərkəzi Asiyada “xəlifə” yaratmaq istəyir. Bu haqda Müstəqil Dövlətlər Birliyinin (MDB) Terrorçuluğa qarşı mərkəzinin rəhbəri, general-polkovniki Andrey Novikov deyib.

O bu haqda “İssik-Kul - Antiterror-2018” təlimləri çərçivəsində keçirilən MDB ölkələrinin təhlükəsizlik orqanları və xüsusi xidmət orqanlarının terrorçuluğa qarşı bölmələrinin rəhbərlərinin müşavirəsində bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Bəzi optimistlərin ümidlərinin əksinə, Rusiya Amerika və İsrailə İranı Suriyadan çıxarmağa kömək etməyə hazırlaşmır”. Bu haqda ABŞ-ın “The Wall Street Journal” nəşri yazıb.

Nəşrin yazdığına görə, bunu Rusiyanın Suriyaya “S-300” zenit-raket komplekslərini göndərmək barədə qərarı da göstərir. Komplekslərin İsrailin Hərbi-Hava Qüvvələri üçün ciddi təhlükə yaradacağı bildirilir.

“Optimistlər düşünürlər ki, Vladimir Putin İranı Suriyadan çıxarmaq üçün İsrail və ABŞ-la əməkdaşlıq etməyə hazırlaşır. Amma yenə düşünmək lazımdır. Axı bir gün əvvəl Rusiya yüksək təsirli “S-300” zenit-raket komplekslərini Dəməşqdəki kukla rejiminə göndərmək barədə qərarını elan etdi”, - “The Wall Street Journal” yazıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

İsrailin hərbi-siyasi kabineti ordunu Suriyada İran güclərinə qarşı əməliyyatları davam etdirməyə göstəriş verib. Bu haqda əsas nazirlərin iclasının nəticəsinə görə yayılan bəyanatda deyilir.

Qeyd edilir ki, İsrail gücləri təhlükəsizlik sahəsində Rusiyayla koordinasiyanı saxlamalıdır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

İran və onun nəzarətində olan güclər Suriyada qaldığı müddətdə Amerika qoşunları bu ərəb ölkəsinin ərazisini tərk etməyəcək. Bu haqda ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Con Bolton bildirib.

Nəşrin yazdığına görə, Ağ Evin rəsmi beləliklə, siqnal verdi ki, Tramp administrasiyası Suriyadakı missiyasını yalnız İŞİD üzərində qələbəylə məhdudlaşdırmamağa qərar verib.

Daha əvvəl ABŞ-ın Müdafiə Nazirliyi (Pentaqon) dəfələrlə bildirib ki, Suriyada ABŞ-ın hərbi missiyası İŞİD üzərində tam qələbənin qazanılması ilə başa çatacaq. Suriyada İran güclərinə qarşı mübarizə indiyə kimi ABŞ-ın hərbi missiyasının bir hissəsi olaraq göstərilmirdi.

Boltonun bəyanatından sonra ABŞ-ın müdafiə naziri Ceyms Mettis Pentaqonda çıxış edərək vurğulayıb ki, İŞİD üzərində qələbə Vaşinqtonun hərbi missiyasının hədəfi olaraq qalır.

ABŞ prezidenti iranlı həmkarı Həsən Ruhani ilə görüşməyi planlaşdırmır. Bu haqda Trampın özü Tvitter səhifəsində yazıb.

“Sorğulara baxmayaraq, İran prezidenti Həsən Ruhaniylə görüşməyi planlaşdırmıram. Gələcəkdə ola bilər. Eşidirdim ki, o, tamamilə füsunkar insandır”, - prezident qeyd edib.

Daha əvvəl ABŞ-ın dövlət katibi Mayk Pompeo bildirib ki, BMT Baş Assambleyasının sessiyasında Tramp və Ruhaninin görüşü ola bilər.

Əgər ABŞ sanksiya siyasətini davam etdirsə, İran Hörmüz boğazını bağlayacaq. Bunu NBC televiziyasına müsahibəsində İran Prezidenti Həsən Ruhani deyib.

“Bu ABŞ Prezidenti Donald Trampa xəbərdarlıq deyil, reallıqdır. Əgər Fars körfəzindəki gəmi yolları açıq və təhlükəsiz olmalıdırsa, o zaman bu, hər kəsə şamil edilməlidir”, – deyə o bildirib.

ABŞ İran neftini dünya bazarlarından çıxarda bilməyəcək. Bunu jurnalistlərə açıqlamasında İranın Neft naziri Bijan Namdar Zəngənə deyib.

“Ortamüddətli perspektivdə bu mümkünsüzdür. ABŞ-ın hədəfi qısamüddətli perspektivdə İranın neft ixracını sıfıra çatdırmaqdır. Bu arzu heç vaxt reallaşmayacaq”, – deyə o bildirib.

Əhvaz şəhərində keçirilən hərbi parada hücumda rolu olan 22 nəfər həbs edilib. Bu barədə İranın Kəşfiyyat Nazirliyi (ETTELAAT) məlumat yayıb. Həbs edilənlərin separatçı təkfirçilər olduğu bildirilib.

Xatırladaq ki, sentyabrın 22-də İran-İraq müharibəsinin 38-ci ildönümü münasibətilə Əhvaz şəhərində keçirilən hərbi parada silahlı hücum olub. Silahlı hücum nəticəsində azı 29 nəfər həlak olub, 60-a yaxın insan yaralanıb.

Ukraynanın Hərbi-Dəniz Qüvvələri Azov dənizində Rusiya ilə münaqişə halında dəqiqələr ərzində məhv ola bilər. Bu haqda “The American Conservative” nəşrinin jurnalistləri iddia ediblər.

Məqalənin müəllifi əmindir ki, Azov dənizində münaqişə olarsa, Ukrayna gəmiləri tezliklə batırılacaq və Hərbi-Dəniz Qüvvələrinin bazası dərhal məhv ediləcək.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiya donanması texniki üstünlük və peşəkarlıq baxımından çox üstündür, buna görə də Ukrayna donanmasını və Azov dənizindəki hərbi dəniz bazasını qısa müddətdə məhv edə bilər. Bu barədə Rusiya Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin keçmiş rəhbəri general Leonid İvaşov danışıb.

“Ukraynanın Azov dənizində hərbi dəniz bazası tikməyi planlaşdırması faktdır. ABŞ bu məsələdə Kiyevə kömək edir, regiona idarəetmə və rabitə vasitələri göndərir. Rus gəmiləri bir neçə saat ərzində Ukrayna gəmilərini və onların Azovdakı hərbi bazasını məhv edə bilər. Burada söhbət hərbi texnika sahəsindəki üstünlük və dənizçilərin peşəkarlıq səviyyəsindən gedir. Bundan əlavə bizim donanmamız Suriyada birbaşa döyüş təcrübəsinə malikdir”, - general bildirib.

Qeyd edək ki, bir qədər əvvəl rəsmi Kiyev Azov dənizindəki hərbi varlığını genişləndirmək və burada hərbi dəniz bazası yaratmaq istəyini dilə gətirmişdi.

ABŞ prezidenti Donald Tramp bildirib ki, onun Şimali Koreya lideri Kim Çen Inla yeni görüşü Sinqapurda deyil, başqa yerdə baş tuta bilər. O, bu barədə o Cənubi Koreya lideri Mun Çje İnlə görüş öncəsi danışıb.

"ABŞ və Şimali Koreya arasında görüş, çox güman ki, başqa yerdə keçiriləcək, lakin bu, bənzər format olacaq", - deyə Amerika lideri bildirib.

Trampın sözlərinə görə, o, KXDR lideri ilə "kifayət qədər" tez görüşə bilər.

O, görüş barədə yaxın gələcəkdə məlumat veriləcəyini əlavə edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm