Nida Təhlil
Ordumuz bu əraziləri AZAD ETDİ - İrəvanın sirlərini açan erməni kəşfiyyatçıdan SENSASİYALI SÖZLƏR
Ermənistan xüsusi təyinatlı kəşfiyyat-diversiya
dəstəsinin banisi Vova Vartanov Azərbaycan Ordusunun Naxçıvan
istiqamətində neytral ərazi üzrə irəlilədiyini açıqlayıb.
Publika.az xəbər verir ki, “İravunk” qəzetində
müsahibəsində erməni kəşfiyyatçı Azərbaycan Ordusunun cəbhədə
vəziyyətə nəzarət etdiyini, yavaş-yavaş irəlilədiyini etiraf
edib.
- Naxçıvan cəbhəsində baş verənlər cəmiyyət üçün anlaşılmaz
olaraq qaldı. İnsanları Naxçıvan cəbhəsinə apardılar, göstərdilər
ki, hər şey yaxşıdır. Amma ekspertlər Azərbaycanın irəlilədiyi
haqqında danışırlar.
- Naxçıvan cəbhəsinə nümayəndə heyəti aparanda məni dəvət
etmədilər. Çünki bilirdilər mən reallığı danışacam. Bəli, vəziyyət
həyəcanlıdır, 100 faiz narahatlıq var. Azərbaycan mövqelərini irəli
çəkdi, lakin bununla həm də İrəvan-Mehri yolunu nəzarətə
götürdülır. Hansı ki, bu yolu havaya pilotsuz təyyarələr
qaldırmadan artilleriya ilə vura bilərlər. Yəni Azərbaycan Ordusu
erməni qoşunlarının hərəkət etdiyi, silah-sursat daşındığı yolu
nəzarətə götürüb. Bütün bunlar narahatlıq yaratmırmı?
- Azərbaycan Ordusu Naxçıvan cəbhəsində təxminən nə qədər
ərazini nəzarət altına götürüb?
- Areni kəndini... Lakin mən bunu açıqlayıb narahatlıq yaratmaq
istəmirəm. Əgər vəziyyət sakitdirsə, hələ ki problem yoxdur. İndi
ara-sıra atəş səsləri eşidilir. Lakin gələcəkdə irihəcmli əməliyyat
başlayacaqsa, bu, ciddi problemlər yaradacaq. Çünki Azərbaycan
Ordusu Zəngəzura gedən yolları nəzarətə götürüb.
- “Aprel müharibəsi”ndə Azərbaycanın 800 hektar ərazini
(əslində 2 min hektar ərazi - red.) azad etdiyi deyilir. Bu fakt
sonradan açıqlandı. Mümkündür ki, bir müddət sonra Azərbaycanın
Naxçıvan istiqamətində yüzlərlə hektar ərazini azad etdiyi
açıqlanacaq?
- Orada nəsə qeyri-müəyyənlik var, biz tam dəqiq bilmirik. Lakin
onu dəqiq bilirəm ki, rəqibin mövqelərini məhv etməliyik, əks
təqdirdə Naxçıvan istiqamətində erməni ordusunun bütün hərəkəti
onun nəzarəti altında qalacaq.
- Naxçıvan cəbhəsində məğlubiyyətimizin səhvi
kimdədir?
- Birmənalı olaraq, Müdafiə Nazirliyində. Müdafiə Nazirliyi
Azərbaycanın istehkam-mühəndis işlərinə barmaqarası yanaşdı.
Nəticəsi də ortadadır.
Asif
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR