Nida Təhlil
Sərhədlərimizdə yerləşən ABŞ-ın gizli mərkəzinin DƏHŞƏTLİ SİRLƏRİ ORTAYA ÇIXDI - ŞOK FOTOLAR
“Amerika imperiyası üçün yeganə dəyər onu idarə edən
maliyyə mafiyasının qazancıdır”.
Publika.az xəbər verir ki, bu barədə türkiyəli yazar
Hüseyn Vodinalı deyib.
Türkiyə yazar Pentaqonun Gürcüstandakı laboratoriyaları da daxil
olmaqla bir çox maraqlı fakta toxunub.
“Maliyyə mafiyasının qazancı üçün bütün silahlardan istifadə
olunur. Hollivud filmləri və xəbər kanalları da bura daxildir.
Lakin haqqında az danışılan başqa müharibə vasitələri də var. Misal
üçün, bioloji müharibə. Yeni doğan körpələri şikəst edən Zika,
yaxud Ebola viruslarının patenti Amerika hökumətindədir. Zika
virusunun patenti birbaşa Rokfeller Vəqfinə məxsusdur. Afrika və
Braziliyada yayılan zika və ebola virusları, Çin və Cənub-Şərqi
Asiyadakı donuz və quş qripləri, şarbon virusu (heyvandan insana
keçən öldürücü virus), vəba, hepatit kimi virus və mikroblar
Pentaqonun dünyanın müxtəlif yerlərində yaratdığı
laboratoriyalarında müharibə vasitəsi olaraq istehsal olunur. Bu
virusları istehsal edən laboratoriyalardan biri Gürcüstanda qurulan
Riçard Lugar Xalq Sağlamlığı Araşdırma Mərkəzidir. Bu mərkəz
2002-ci ildə ABŞ-ın adamı olan Saakaşvilinin dövründə yaradılıb.
Gürcüstanın keçmiş təhlükəsizlik naziri İqor Giorqadze bu
laboratoriyalarda üzərində təcrübə aparılan insanların hepatitə
yoluxaraq öldüyünü açıqladı”, - deyə müəllif yazır.
Türkiyəli yazar Gürcüstandakı Pentaqona məxsus laboratoriyanı
araşdıran bolqar əsilli jurnalist Dilyana Qaytandzievanın ortaya
çıxardığı faktlara toxunur.
Məlumata görə, amerikalı diplomatlar qan və virus nümunələrini
diplomatik toxunulmazlıqlarından istifadə edərək, bu laboratoriyaya
aparırlar. Laboratoriyada işləyən bütün mütəxəssislərin diplomatik
toxunulmazlığı var. Orada hepatit, şarbon və vəba kimi kütləvi
yayılan viruslar üzərində araşdırma aparılır. Laboratoriyanın
yaxınlığında yaşayan insanlar gecələr mərkəzdən havaya zəhərli
dumanların çıxdığını və buna görə bir çox insanın xəstəxanaya
yerləşdirildiyini deyirlər. Hətta laboratoriyada işləyən 4
filippinlidən ikisi bir gecə ağızlarından köpük gələrək ölüb.
Laboratoriyada üzərində təcrübə aparılan 100-dən çox gürcüstanlının
da öldüyü deyilir.
Məlumata görə, Gürcüstandakı laboratoriyada rusların qan nümunələri
də toplanır. Laboratoriyada araşdırmalardan biri də Rusiya üçün
xüsusi şarbon virusunun hazırlanmasıdır.
H.Vodinalı qeyd edir ki, ötən aylarda Türkiyədə də şarbon yoluxması
gündəmə gəldi: “Bu virus Gürcüstandakı laboratoriyadan yayılmış ola
bilərmi? Araşdırmalar göstərir ki, bütün bölgə ciddi bioloji
hücumla qarşı-qarşıyadır”.
Asif
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu
-
Hadisə10 May 21:25
Kürdəxanı təcridxanasında bit yayılıb? - RƏSMİ AÇIQLAMA