Nida Təhlil
Azərbaycan son 15 ildə böyük inkişaf yolu keçib - Media kapitanlarının DƏYƏRLƏNDİRMƏSİ
Bu gün İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsindən 15 il ötür. Bu 15 il ərzində ölkəmiz bir çox sahələrdə inkişaf etdi və bu inkişafın gətirdiyi imkanlar göz önündədir. 15 il Azərbaycan dövlətçilik tarixində ən uğurlu dövrlərdən biri hesab edilə bilər. İlham Əliyevin ən böyük uğuru isə prezident seçiləndən sonra, ulu öndər Heydər Əliyevin siyasi kursunu davam etdirməsi oldu. O, bu kursu layiqincə inkişaf etdirə bildi.
Publika.az media kapitanlarının İlham Əliyevin 15 illik prezident fəaliyyəti ilə bağlı fikirlərini öyrənib.
"İki Sahil" qəzetinin baş redaktoru, Mətbuat Şurasının İdrarə Heyətinin üzvü Vüqar Rəhimzadə son 15 ilin Azərbaycan tarixində yüksək quruculuq, abadlıq və inkişaf dövrü olduğunu deyib:
“Prezident İlham Əliyevin 15 illik fəaliyyətini yüksək qiymətləndirirəm. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən dövlət proqramları ölkəmizin simasını dəyişib. Bu proqramlar çərçivəsində regionlarımızda kifayət qədər uğurlu işlər görülüb. 1200 kilometrdən artıq yeni avtomobil yolu çəkilib, ölkənin təbii qazla təminatı 94 faizə çatıb, yeni hava limanları, idman kompleksləri, yeni müasir tipli orta məktəblər inşa edilib və Azərbaycan regionda ən iri layihələrə imza atıb. Ötən il Bakı-Tbilisi-Qars dəmir yol xəttinin işə düşməsi tarixi hadisədir. Asiya ilə Avropanı birləşdirəcək dəmir yolunun çəkilməsi iqtisadi dislokasiyaya böyük dəstək göstərəcək və ölkəmizin iqtisadi imkanlarını genişləndirəcək. Bundan başqa, ötən il 14 sentyabrda Əsrin müqaviləsinin müddətinin 2050-ci ilə qədər uzadılması Azərbaycanın kifayət qədər iqtisadi dividendlər əldə edəcəyinə, iqtisadi imkanlarını daha da inkişaf etdirəcəyinə əminlik yaradır. TAP, TANAP, Türkiyədə inşa edilən STAR neft zavodu kimi layihələr ölkənin iqtisadi imkanlarının genişlənməsinə, habelə vətəndaşların sosial rifahının yaxşılaşmasına xidmət edir. 2011-ci ildə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməyimiz və müəyyən müddət sədrlik etməyimiz tarixi hadisədir. Azərbaycanın siyasi çəkisi, iqtisadi gücü dünyanın ən aparıcı ölkələri ilə müqayisə ediləcək dərəcədədir”.
V.Rəhimzadə bildirib ki, son 15 illik tarix Azərbaycan mediası üçün də uğurlu illərdən olub:
“Jurnalistlərin mənzil şəraitinin yaxşılaşması ilə bağlı Cənab Prezidentin verdiyi qərar nəticəsində yüzlərlə jurnalistin evlə təmin edilməsi çox mühüm addım idi. Dünyada ilk dəfə olaraq məhz Azərbaycanda jurnalistlər üçün belə imkan yaradılıb. Redaksiyaların maddi-texniki bazasının yaxşılaşdırılması, Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fonunun yaradılması, Əməkdar jurnalist adının bərpa edilməsi, redaksiyalara birdəfəlik maddi yardımın ayrılması kimi addımlar oldu. Jurnalistikamızın inkişafına və fəaliyyət göstərməsinə təkan verən onlarla belə fakt sadalamaq mümkündür. Cənab Prezidentə can sağlığı, uğurlar, Azərbaycanın taleyüklü məsələlərində daha böyük nailiyyətlər əldə etməsini arzulayıram. Biz vətəndaşlar da hansı vəzifədə olmağımızdan asılı olmayaraq Prezidentin həyata keçirdiyi siyasətin uğurla davamı üçün əlimizdən gələni edəcəyik”.
“Yeni Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu son 15 ilin səciyyəvi keyfiyyətləri ilə fərqlənən dövr olduğunu deyib:
“Son 15 il Azərbaycanda quruculuq, inkişaf və sabitlik, həmçinin dövlətçiliyimizin daha da möhkəmləndiyi dövrdür. Bu sözlərin hər birinin altında xüsusi məzmun var. Son 15 ildə dünyada baş verən qlobal və regional proseslərə baxsaq, bu kontekstdə Azərbaycanın sabitliyini qiymətləndirməyə çalışsaq, nə qədər çətin bir proseslərin yaşandığını görəcəyik. 2003-cü ildə müsəlman coğrafiyasında sabitlik pozulub və İraqda başlayan müharibə bir çox müsəlman ölkəsində davam edir. Hazırda dünya siyasi xəritəsində sabitlik və inkişafın müşahidə edildiyi az sayda ölkə tapmaq olar. Bu da qlobal miqyasda həyata keçirilən siyasi tendensiyalarla bağlıdır. Azərbaycanda isə sabitlik müşahidə edilir. Danılmaz faktdır ki, sabitlik digər sahələrdəki inkişafın əsasını təşkil edən amildir. Regional rakursdan xarakterizə etsək həmin ölkələrdə də sabitliyin olmadığını görəcəyik. Ermənistanın Azərbaycanı işğal etməsi ilə regional təhlükəsizliyi təhdid edən risklər artıb. Regionun iqtisadi, mədəni bütövlüyü pozulub, regional inteqrasiya iflic olub. Buna baxmayaraq Azərbaycan bu şərtlər içərisində inkişaf etməyi bacarıb, ölkəmizdə ordu quruculuğu, iqtisadi inkişaf müşahidə edilir. Bu inkişafı təmin etmək olduqca çətin məsələdir və ölkəmiz buna nail olub. Daxili sabitlik də ölkəmizdə yüksək səviyyədə təmin edilib. Bunun başlıca şərti isə sosial ədalət prinsipinin qorunmasıdır. Bu üç faktorun həll edilməsi çox mühüm hadisədir. Azərbaycan son 15 ildə böyük inkişaf yolu keçib və bu inkişaf yolunda əldə olunan nailiyyətlər bundan sonrakı inkişaf üçün də şərtlər formalaşdırıb”.
“Bakı xəbər”qəzetinin baş redaktoru Aydın Quliyev deyir ki, son 15 ildə Azərbaycanın iqtisadi, siyasi, sosial, mədəniyyət sahələrində, xarici siyasət sferasında böyük uğurlara imza atılıb:
“Azəbaycan regionlarının 15 il əvvəlki vəziyyəti ilə bügünkü günü müqayisə edəndə çox böyük inkişafın olduğunu anlamaq çətin deyil. Regionun digər ölkələri Gürcüstan və Ermənistan, eləcə də Mərkəzi Asiya dövlətlərinin müxtəlif sferalar - iqtisadiyyat, mədəniyyəti və sosial sahələrdəki nəticələri ilə Azərbaycanı müqayisə edəndə ölkəmizin çox unikal bir yol keçdiyinin şahidi olmaq mümkündür. Həmin ölkələrin regionlarının inkişafına nəzər salmaq ölkəmizin nə qədər irəlidə olduğunu sübut etmək üçün yetərlidir. Ermənistanla Azərbaycanın regionları müqayisəedilməz dərəcədədir. Orta Asiya ölkələri - Türkmənistan, Özbəkistan, Qırğzıstanın da regionlarının inkişafı ilə Azərbaycandakı inkişaf çox fərqli yerlərdədir. Təbii ki, Azərbaycan daha öndədir”.
A.Quliyev son 15 il ərzində media sahəsində də Azərbaycanın sürətli inkişaf yolu keçdiyini bildirib:
“Azərbaycanda mediaya dövlət dəstəyi nəinki region, dünyanın bir çox ölkələri ilə müqayisəedilməz dərəcədədir. Jurnalistlərin pulsuz mənzillə təminatı, redaksiyalara qrant layihələri çərçivəsində maliyyə yardımının göstərilməsi, sosial ehtiyaclarının fərdi qaydada ödənilməsi sahəsində biz dünya ölkələrinin heç birində mövcud olmayan modelə sahibik. 15 ildə ölkəmizin əldə etdikləri ilə gələcək inkişafımızın bazasını yaratmışıq deyə bilərik”.
“Ədalət” qəzetinin rəhbəri, millət vəkili Aqil Abbas isə bildirib ki, son 15 ildə ulu öndərin əsasını qoyduğu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir:
“Bu gün dünyada böyük dövlətlər kiçikləri “yeməklə” məşğuldur. Biz bunu Suriya, Livan, Liviya, Yəmən, Əfqanıstanın timsalında görə bilirik. Hətta Türkiyə də bu gün Suriya məsələsində zərbə altındadır. Lakin möhtərəm prezidentin balanslaşmış siyasəti nəticəsində Azərbaycan bu cür problemlər yaşamır. Bu gün Azərbaycan Rusiya, İran, Amerikanın qarşısında əyilmədən öz mübarizəsini aparır. Azərbaycan dünyanın ən əminaman ölkəsi kimi qəbul edilir. Dünya enerji bazasının mərkəzində dayanmışıq və bunlar 15 illik siyasətin nəticəsidir. Bakı-Tbilisi-Qars dəmir yoluna heç kim maliyyə dəstəyi ayırmaq istəmirdi. Eləcə də, TANAP layihəsinə eyni münasibət var idi. Lakin möhtərəm prezidentin uğurlu siyasəti nəticəsində bu layihələrin hamısı gerçəkləşdi. İndi əsas məsələ Qarabağ münaqişəsinin həllidir və bu yöndə də işlər aparılır. Bunun nəticəsini tezliklə görəcəyik”.
-
İdman14:08
Ronaldonun Corcinası fanatlarını yenə ovsunladı: Çılpaq və heyranedici FOTOLARLA
-
Sosial13:23
Zakir Qaralovun qohumuna yüksək vəzifə verildi
-
Cənubi Qafqaz12:15
Bakı İrəvanda bu küçənin adının ləğvini tələb edə bilər
-
Yaxın Şərq11:51
Atan 100 min, tutan milyon dollar: İrana qarşı ən bahalı müdafiə
-
Region11:38
İran bəyan etdi: İsrail üçün bunu edəcək ölkələri düşmən sayacağıq
-
Yaxın Şərq11:12
İsrail Beyrutun mərkəzini də vurdu: ölənlər var
-
Magazin210:06
Bakıdan qayıdan Uspenskayanın oğurlanan qızı haqda YENİ DETALLAR - Videoya çəkiblər
-
Cənubi Qafqaz09:30
Paşinyan Makronun qəbuluna gedir: Ona nəyin hesabatını verəcək, hansı təlimatlar alacaq?