"Qarabağı qaytarın" TƏLƏBİNƏ CAVAB, Sarkisyandan ŞOK ETİRAF... – HƏFTƏNİN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

"Qarabağı qaytarın" TƏLƏBİNƏ CAVAB, Sarkisyandan ŞOK ETİRAF... – HƏFTƏNİN SİYASİ XÜLASƏSİ

Türkiyənin İzmir şəhərində Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə “Star” neft emalı zavodunun açılış mərasimi keçirilib. ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Con Bolton oktyabrın 24-də Azərbaycana səfər edəcək. ABŞ-ın Ermənistandakı səfəri Riçard Mills Dağlıq Qarabağ münaqişəsinin həlli yolunu göstərib. Ermənistan prezidenti Armen Sarkisyan işğal altındakı Azərbaycan torpaqlarına gəlib. Ermənistanın baş naziri Nikol Paşinyan istefa verib. ABŞ Maliyyə Nazirliyi Milada qədər Rusiya oliqarxlarına qarşı sanksiyalar siyahısını genişləndirmək niyyətindədir. Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunda yoxa çıxan səudiyyəli jurnalist ətrafında qalmaqal davam edir.

Azərbaycan, Dağlıq Qarabağ

Oktyabrın 19-da Türkiyənin İzmir şəhərində “Star” neft emalı zavodunun açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mərasimdə iştirak ediblər.

“Moskva MDB və digər rusiyayönümlü bloklar vasitəsilə Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına qayıtmağı planlaşdırır”. Bu barədə erməni şərhçi Naira Ayrumyan deyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ermənistanın prezidenti Armen Sarkisyan işğal altındakı Azərbaycan torpaqlarına gəlib. Sarkisyan oktyabrın 14-də işğal altındakı Xankəndində keçirilən “məhsul bayramı”na qatılıb.

Erməni prezident Xankəndi küçələrini gəzib, işğal altındakı Azərbaycan torpaqlarında hazırda yaşayan ermənilərlə görüşüb, həmçinin, yarmarkaya baş çəkib, meyvələrdən yeyib.

Qeyd edək ki, son dövrlər erməni rəhbərliyi tez-tez işğal altındakı Qarabağa gəlir. Onların bu səfəri həm Azərbaycan qanunvericiliyinə, həm də beynəlxalq hüquqa zidd addımlardır.

Ermənistan Prezidenti Armen Sarkisyan Azərbaycanın işğal altında olan Şuşa şəhərinə gəlib. Ermənistan KİV-i məlumat yayıb ki, o, Şuşada seperatçı rejimin başçıları ilə görüşüb və Şuşanı gəzib.

Ermənistan prezidenti Armen Sarkisyan ötən həftə gizli şəkildə Moskva səfərindən sonra oktyabrın 14-də Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə gəldi. Sarkisyanın Qarabağa gələnə qədərki səfər trafiki diqqət çəkir. Erməni prezident əvvəlcə Nyu-Yorka (ABŞ), sonra Parisə (Fransa), daha sonra Moskvaya (Rusiya) səfər etdi, ardında işğal altındakı Qarabağ bölgəsinə gəldi. Onun getdiyi ölkələrin Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədrləri olduğunu nəzərə alsaq, Ermənistanın münaqişə ilə bağlı nələrsə hazırladığı ehtimalı önə çıxır.

Ekspertlər Ermənistan prezidentinin Minsk qrupunun həmsədr ölkələrinin paytaxtlarında Qarabağ münaqişə ətrafında gizli “qayıq diplomatiyası” apardığını hesab edirlər.

Rusiyalı politoloq Aleksey Martınov hesab edir ki, erməni prezident münaqişənin həlli ilə bağlı aktivləşir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Dağlıq Qarabağ münaqişəsinin istənilən variantda nizama salınması işğal edilmiş ərazilərin müəyyən hissəsinin qaytarılmasını tələb edəcək”. Bu barədə ABŞ-ın Ermənistandakı səfəri Riçard Mills deyib.

Amerikalı diplomat bildirib ki, o ilk dəfə Ermənistana gələndə ermənilərin böyük qisminin işğal edilmiş ərazilərin qaytarılması ilə nəticələnəcək bütün danışıqlara qarşı çıxırdı: “O fakt məni təəccübləndirir ki, Ermənistanda mümkün qərarlar və mümkün güzəştlər haqqında müzakirə praktiki olaraq yoxdur. İllər boyunca mənim hökumətim belə anlayırdı ki, bu ərazilər gələcəkdə “sülhə əvəz olaraq” zəbt edilib. Mən bu variantın heç kim tərəfindən dəstəklənmədiyini görəndə həqiqətən çox təəccüblənmişdim”.

R.Mills əlavə edib ki, istənilən nizamasalma variantında işğalı edilmiş ərazilərin müəyyən hissəsinin qaytarılması amansız reallıqdır.

“ABŞ səfirinin Dağlıq Qarabağla bağlı bəyanatını mesaj hesab etmək olar”. Bu barədə baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan ABŞ-ın Ermənistandakı səfiri Riçard Millsin bəyanatını şərh edərkən deyib.

Paşinyan həmişə olduğu kimi danışıqların ruhuna zidd mövqe sərgiləyərək bildirib ki, “Ermənistan tərəfi münaqişənin nizama salınmasında öz mövqeyini dəfələrlə aydın şəkildə elan edib”.

Ermənistan kütləvi informasiya vasitələrində Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunda Sidney adlı qəsəbənin salınması, həmçinin Araz çayı boyunca işğal olunmuş rayonlarla Ermənistanı birləşdirən yeni yolun çəkilməsi barəsində məlumat verilir.

Bu barədə XİN-dən verilən açıqlamada bildirilir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Con Bolton oktyabrın 24-də Azərbaycana səfər edəcək. Bu haqda “RİA-Novosti” agentliyinə diplomatik mənbə bildirib.

Mənbənin sözlərinə görə, Bolton ölkənin rəsmi şəxsləri ilə bir sıra görüşlər keçirəcək və regional məsələlər müzakirə ediləcək.

“Ermənistanın yeni hökuməti əraziləri Azərbaycana qaytarmağa hazırdır”. Bu iddia ilə Ermənistanın Demokrat Partiyasının sədri Aram Sarkisyan ABŞ-ın İrəvandakı səfiri Riçard Millsin “münaqişənin istənilən həll variantı ərazilərin müəyyən qisminin qaytarılması ilə nəticələnəcək” açıqlamasını şərh edərkən çıxış edib.

A. Sarkisyan hesab edir ki, ABŞ səfirinin işğal altındakı ərazilərin qaytarılması ilə bağlı fikirlərini təkcə öz missiyasını başa çatdıran diplomatın son sözləri olaraq qiymətləndirmək olmaz.

“Çünki Mills təkcə postunu tərk edən səfir yox, ATƏT-in Minsk qrupunun həmsədr ölkəsinin nümayəndəsidir. Bu baxımdan, onun fikirləri bütün həmsədr ölkələrin birgə mövqeyi ola bilər”, - deyə o bildirib.

Ermənistan

Oktybarın 16-da Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı istefa verdiyini açıqlayıb. Prezident Armen Sərkisyan Nikol Paşinyanın istefasını qəbul edib.

Ermənistanın sabiq prezidenti Robert Koçaryan öz partiyasını yaratmağa və müxalifətə getməyə hazırlaşır. Koçaryan bu haqda “RİA-Novosti” agentliyinə müsahibəsində bildirib.

“Əgər siyasətə qayıdırsansa, onda bu haqda düşünmək lazımdır. İndi müxalifət düşərgəsində çox ciddi boşluğu görürəm və hesab edirəm ki, ölkənin xeyrinə bu boşluğu doldurmaq lazımdır”, - Koçaryan əlavə edib.

Sabiq prezident qeyd edib ki, hər hansı yüksək vəzifəni tutmağa cəhd göstərmir:

“Əgər belə bir cəhd olsaydı, mən 10 il öz şəxsi həyatımı yaşamazdım. Vəziyyət elə inkişaf edir ki, səni prosesə cəlb edir”.

Bu ilin sonunda keçirilməsi gözlənilən növbədənkənar parlament seçkilərində iştirakına gəlincə, Koçaryan sadəcə vaxt çatmadığını vurğulayıb.

Türkiyə, İran, Yaxın Şərq

ABŞ prezidenti Donald Tramp avqustun sonunda amerikalı rahib Endrü Bransonun ev həbsi ilə bağlı vəziyyətlə əlaqədar bütün diplomatik personalı Türkiyədən geri çağırmağı planlaşdırırdı. Bu haqda Dövlət Departamenti və Ağ Evdəki mənbələrə istinadən “ABC News” telekanalı bildirib.

“Biz hansısa bir vaxtda Türkiyə ilə münasibətlərdə apokalipsisdən qorxurduq”, - Dövlət Departamentindəki yüksək vəzifəli mənbə bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ Türkiyənin amerikalı rahib Endryu Bransonu azad etməsinin qarşılığında Ankaraya yönəlik bir sıra müsbət addımlar ata bilər. Bu haqda “Milliyyət” nəşrində türkiyəli yazar Özay Şəndir qələmə aldığı “ABŞ-Türkiyə münasibətlərinin gələcəyi” başlıqlı yazısında bildirib.

Onun sözlərinə görə, Ankara rahibin azad olunmasının qarşılığında aşağıdakı "mükafatlar"ı ala bilər:

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Türkiyə ordusu və Azad Suriya Ordusu (ASO) Münbiçi PKK/PYD terrorçularından təmizləmək üçün hazır vəziyyətdə gözləyir. Bu barədə ASO-nun Münbiç Hərbi Məclisinin rəhbəri Adnan Ebu Faysal deyib.

Onun sözlərinə görə, 20 min döyüşçü terrorçuları məhv etməyə hazırdır.

“PKK-nın yeganə ümidi bölgədəki ABŞ əsgərləri və zirehli texnikasıdır. Münbiçdə 5 min terrorçu var və onlara qarşı yeddi cəbhədən hücuma keçiləcək. Türk ordusu və ASO Münbiçlə başlayacaq təmizlik hərəkatını İraq sərhədinə qədər davam etdirə bilmək gücündədir”, - deyə o vurğulayıb.

Oktyabrın 17-də Ankaraya səfər edən ABŞ-ın dövlət katibi Mayk Pompeo ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Esenboğa Hava Limanında görüş keçirilib. Dövlət katibinin səfərinin əsas məqsədi səudiyyəli jurnalist Camal Qaçıqçının yoxa çıxması ətrafında yaranan vəziyyəti müzakirə etmək idi.

Görüşə Türkiyənin Milli İstihbarat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan, xarici işlər naziri Mövlud Çavuşoğlu və prezident sözçüsü İbrahim Kalın qatılıb. Görüş təxminən 40 dəqiqə davam edib.

Qeyd edək ki, Pompeo dünən Səudiyyə Ərəbistanının kralı Salman ibn Əbdüləzizlə görüşüb.

Rusiya Prezidenti Vladimir Putin yaxın günlərdə Türkiyəyə səfər edəcək. Məlumata görə, Putin İstanbulda dördtərəfli zirvə toplantısında iştirak edəcək. Həmin zirvə toplantısına Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Angela Merkelin də qatılması gözlənilir.

Zirvənin əsas gündəm mövzusu Suriyadakı siyasi keçid prosesi, terrorla mübarizə və Fəratın şərqində YPG/PKK terror qruplaşmalarının varlığı olacaq.

Tehran həqiqətən öz davranışını dəyişdirmək istəyirsə, ABŞ prezidenti Donald Tramp əvvəlki kimi İranla danışıqlara hazırdır. Bu haqda ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brayan Huk bildirib.

“Prezident problemləri həll etmək istəyir və əgər İran rejimi öz davranışını dəyişdirmək niyyətini ciddi nümayiş etdirərsə, onda prezident problemləri həll etmək üçün diplomatik dialoqa hazırdır”, - brifinqin gedişatında Huk dedi.

Qeyd edək ki, Donald Tramp aprelin 8-i ABŞ-ın İran və 6 beynəlxalq vasitəçi ilə (Rusiya, ABŞ, Britaniya, Çin, Fransa, Almaniya) 2015-ci ildə nüvə probleminin həlli barədə imzalanan sazişdən çıxmasını bəyan edib. ABŞ prezidenti həmçinin İrana qarşı bütün sanksiyaların bərpa olunacağını bildirib.

Türkiyə ilə Ərəb dünyasını qarşı-qarşıya gətirməyə yönəlik bir plan həyata keçirilir. Ərəb küçələrində “Türkiyə düşmənliyi” tezisi işlənilir. Bu plan bizim coğrafiyamız üçün böyük bir yıxılma layihəsidir. Bunu Türkiyənin “Yeni Şəfəq” nəşrinin yazarı İbrahim Karagül jurnalist Camal Qaşıqçının Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunda yox çıxması və bundan sonra baş verən hadisələri şərh edərkən deyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Vaşinqton Suriya Prezidenti Bəşər Əsədin vəzifədə saxlanılması imkanlarını nəzərdən keçirir. Bu barədə məlumatı NBC yayıb. Vaşinqtonun ərəb dövləti üçün xüsusi keçid planı hazırladığı iddia edilib.

“Vaşinqton İranı Suriya ərazisindən siyasi və diplomatik rıçaqlar vasitəsilə çıxarmaqda maraqlıdır. Amerikalı analitiklərin fikrincə, bu, gələcəkdə ABŞ-la İran arasında açıq hərbi toqquşma riskini azaldacaq”.

İstanbulda oktyabrın 27-də Türkiyə, Rusiya, Fransa və Almaniyanın liderlərinin iştirakı ilə Suriya üzrə dördtərəfli görüş keçiriləcək. Bu haqda Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın bildirib.

Görüşdə Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan, Rusiya prezidenti Vladimir Putin, Fransa prezidenti Emmanuel Makron və Almaniyanın federal kansleri Angela Merkel Suriyadakı vəziyyəti ətraflı müzakirə edəcək, İdlib üzrə razılaşmaların icrası da daxil olmaqla, münaqişənin siyasi nizama salınması prosesini müzakirə edəcəklər.

İran yeni gəmi əleyhinə ballistik raket yaratmağı bacarıb. Bu haqda İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Hava Qüvvələrinin komandanı, general Əmir Əli Hacızadə bildirib.

Generalın sözlərinə görə, raket sahildən 700 kilometr məsafədə olan gəmiləri qadirdir. Ancaq general raketin adını və başqa təfərrüatları açıqlamayıb.

ABŞ İran və Rusiyadan olan şirkətlər barəsində yeni sanksiyalar tətbiq edə bilər. Bu haqda mənbələrə istinadən ABŞ-ın NBC telekanalı bildirib.

“Planda maliyyə təzyiqinin göstərilməsi yolu ilə İran Silahlı qüvvələrinin Suriyadan sıxışdırılması üzrə siyasi və diplomatik səylərin əsasları hazırlanır”, - kanalın xəbərində deyilir.

Planla tanış olan üç mənbənin sözlərinə görə, ABŞ İran və Rusiyanın hərbi kontingentlərinin olduğu rayonların bərpasına mane olmaq niyyətindədir.

İsrail Qəzzadan hücumlara son qoymaq üçün “böyük güclə” hərəkət edəcək. Bu haqda oktyabrın 17-də İsrailin baş naziri Benyamin Netanyahu bildirib.

Baş nazir bu barədə Qəzza ərazisindən həyata keçirilən raket atəşindən sonra sərhədyanı yaşayış məntəqələrinin başçıları və güc strukturlarının rəhbərliyi ilə müşavirəsində deyib.

Xatırladaq ki, daha əvvəl “The Jerusalem Post" nəşrinin məlumata görə, raket zərbələri oktyabrın 17-də Qəzza tərəfdən endirilib. Raketlərdən biri Beer Şeva şəhərindəki evlərdən birinə düşüb, yaralıların olduğu bildirilir.

Raketlərdən biri isə paytaxt Təl-Əvivin yaxınlığında Araılq dənizinə düşüb. İsrail aviasiyası xavab olaraq Qəzzada döyüşçülərin 20 obyektinə zərbələr endirib.

Səudiyyə Ərəbistanı jurnalist Camal Qaşıqçının qətli (Səudiyyə Ərəbistanının İstanbul Baş konsulluğunda yoxa çıxan jurnalistlə bağlı bütün versiyalar onun öldürülməsi ilə bağlıdır – red.) üzrə məsuliyyəti vəliəhd şahzadə Məhəmməd ibn Salmanın yüksək vəzifəli məsləhətçilərindən biri, kəşfiyyat səlahiyyətlisi general Əhməd əl-Assirinin üzərinə atmağa hazırlaşır. Bu iddia ilə ABŞ-ın “Nyu-York Tayms” nəşri çıxış edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Belə görünür ki, Camal Qaşıqçı öldürülüb. Bunun nəticələri ağır olacaq. Bu sözləri ABŞ Prezident Donald Tramp deyib. Yaranmış situasiyanın pis olduğunu vurğulayan ABŞ prezidenti istintaqın nəticələrini gözlədiyini bildirib.

Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğunda yoxa çıxan jurnalist Camal Qaşıqçı Tvitter üzərindən bu ölkənin vəliəhd şahzadəsi Məhəmməd ibn Salmanın əleyhinə əməliyyat keçirməyi planlaşdırırdı. Bu plan İsrail tərəfindən ifşa edilərək Məhəmməd ibn Salmana bildirilib. Bundan sonra isə Qaşıqçının təhdid prosesi başlayıb.

Bu haqda Türkiyənin “Haber7” saytının yazarı Taha Dağlı bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ, Rusiya, Rusiya-Qərb münasibətləri

Oktyabrın 17-də Krımın Kerç şəhərində Texnologiya Texnikumunda partlayış baş verib. Hadisə nəticəsində 18 insan həlak olub, 50 nəfər yaralanıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Çin “seçkilərə müdaxilə” nöqteyi-nəzərindən Rusiyadan daha təhlükəlidir. Bu haqda ABŞ prezidenti Donald Tramp CBS telekanalına müsahibəsində bildirib.

“Rusiya 2016-cı ildə seçkilərə qarışırdı, amma, düşünürəm ki, Çin də həmçinin qarışırdı. Düşünürəm ki, Çin daha böyük problemdir”, - o deyib.

Tramp seçkilərin gedişatında Rusiya ilə sözləşdiyinə dair iddiaları yenidən təkzib edib. Onun sözlərinə görə, seçkilərlə bağlı kömək istəsəydi belə, Rusiya ona kömək edə bilməzdi.

“Rusiyaya zəng vurmaq! Sadəcə gülməlidir", - Tramp bildirib.

Rusiya “S-600” və “S-700” hava hücumuna qarşı müdafiə komplekslərinə malikdir. Bu haqda Rusiyanın Liberal Demokrat Partiyasının lideri, Dövlət Dumasının deputatı Vladimir Jirinovski oktyabrın 11-də “Vladimir Solovyevlə axşam” tok-şousunun efirində bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

İtaliyada yeni hökumət koalisiyası dövlət borcunun yenidən strukturlaşdırılması məsələsində Almaniya, Fransa və Avropa Komissiyasını sıxmaq niyyətindədir. Bu haqda Avstriyanın “Contra Magazin” qəzeti yazıb.

Nəşr qeyd edir ki, bu, nəticədə Avropa İttifaqının dağılmasına gətirib çıxara bilər. Avstriya nəşrinin müşahidəçisi bildirir ki, Roma faktiki olaraq, Almaniya kansleri Angela Merkel və Avropa İttifaqına müharibə elan edib.

“Contra Magazin”in müşahidəçisi vurğulayır ki, Avropa İttifaqının vəziyyəti olduqca pisdir və baş verən proseslər birləşmənin dağılmasına, yeni ittifaqın yaranmasına gətirib çıxara bilər.

Moskva İŞİD terror qruplaşmasının döyüşçülərinin amerikalılar tərəfindən İraq və Əfqanıstana daşınması haqqında məlumatları tez-tez əldə edir. Bu haqda Rusiyanın xarici işlər naziri Sergey Lavrov “RT France”, “Paris Match” və “Figaro”ya verdiyi müsahibəsində bildirib.

“Bizdə tez-tez faktlar meydana çıxır ki, amerikalılar İŞİD döyüşçülərini İraq və Əfqanıstana daşıyırlar. Bu, həyəcanlı faktlardır”, - Lavrov qeyd edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ukrayna Azov dənizində NATO ilə birgə təlimlər keçirə bilməyəcək, çünki, bunun üçün Rusiyanın razılığı tələb olunur. Bunu Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov “RT France”, “Paris Match” və “Figaro”ya verdiyi müsahibəsində bildirib.

“İndi Ukrayna Azov dənizinə NATO təlimlərini çağırmaq istəyir, amma orada birgə təlimlər keçirilə bilməz. Çünki, Ukrayna ilə müqaviləmiz Azov dənizinə hərbi gəmilərin keçidi üçün ikitərəfli razılıq tələb edir”, - Rusiyanın xarici siyasət idarəsinin başçısı deyib.

Rusiya diplomatiyasının başçısının sözlərinə görə, NATO Rusiyanın sərhədlərində silah yığmağa davam edir:

“Avropada nəqliyyat infrastrukturunun müasirləşdirilməsinə kökləniblər ki, Amerikanın və yəqin ki, NATO-nun başqa ölkələrinin ağır silahlarını sərhədlərimizə çatdırmaq daha asan olsun”, - Lavrov deyib.

Praktik olaraq Amerika hərbi qulluqçularının yarısı əmindir ki, ABŞ növbəti ildə genişmiqyaslı müharibəyə cəlb ediləcək. Bunu “Military Times” portalı tərəfindən dərc edilmiş sorğunun nəticələri göstərir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiyanın ABŞ sanksiyalarına cavabı fərqli ola, burada assimetrik qərarlar da yer ala bilər. Bunu “Avronyus” televiziyasına müsahibəsində Rusiya Baş naziri Dmitri Medvedyev deyib. Onun sözlərinə görə, ABŞ-ın sanksiyalarına cavab hərbi xarakterli olmayacaq:

“Sanksiyalar pis yoldur. Biz bunun haqqında hər zaman deyirik. Bunu biz başlatmamışıq və biz də bitirməyəcəyik”.

ABŞ Maliyyə Nazirliyi Milada qədər Rusiya oliqarxlarına qarşı sanksiyalar siyahısını genişləndirmək niyyətindədir. Bu haqda siyası “Nezıqar” Teleqram-kanal yazıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

10-a yaxın ölkə Rusiya ilə S-300 və S-400 sistemlərinin alınması üçün danışıqlar aparır. Bunu “RİA Novosti”yə açıqlamasında Dünya Silah Ticarəti Analizi Mərkəzinin rəhbəri İqor Korotçenko deyib.

“Rusiya artıq Yaxın Şərq və Şimali Afrika ölkələriylə silah tədarüküylə bağlı müqavilələr paketi imzalayıb. Bu barədə rəsmi şəkildə silah tədarükü bitdikdən sonra açıqlama veriləcək. Yaxın Şərq və Şimali Afrika ölkələrinin Rusiyanın silah tədarükündəki payı hər il artır. Eyni strategiyanı Suriyaya S-300 tədarükü zamanı istifadə etmişik. S-300-lərin Əsədə verilməsindən sonra bunu elan etdik”, – deyə o bildirib.

Koreya böhranı

Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In 1950-1953-cü illər Koreya müharibəsinin dayandırılması haqqında rəsmi bəyannamə imzalanmadan yoxlamaların keçirilməsi üçün nüvə obyektlərinin siyahısını ABŞ-ın dövlət katibi Mayk Pompeoya verməkdən imtina edib. Bu haqda adsız mənbələrə istinadən Yaponiyanın “Yomiuri” qəzeti bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ukrayna

ABŞ prezidenti Donald Tramp ölkəsinin Ukraynaya hücum silahları çatdırdığını etiraf edərək Donbasda münaqişənin yeni mərhələsinə hazırlığı ağzından qaçırıb. Prezident bu haqda “CBS News” telekanalına müsahibəsində bildirib.

Tramp Rusiya prezidenti Vladimir Putinə qarşı sərt olmadığı barədə iddiaya etiraz edib.

“Məhz mən Ukraynaya hücum silahları, tank əleyhinə sistemləri (“Javelin” tank əleyhinə sistemləri nəzərdə tutur –red.) çatdırdım. Mənim sələfim belə addıma getmədi”, - Amerika lideri deyib.

Daha əvvəl ABŞ və Ukraynada iddia edirdilər ki, Kiyev Qərbdən xüsusi müdafiə xarakterli silahlar alır. Trampın bugünkü bəyanatı isə bu iddianın əksini iddia edən birinci rəsmi bəyanat oldu.

Rusiyanın Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski Ukrayna Zaporojye vilayətinin sərhədlərinə qaytarmaqla hədələyib. Siyasətçi bu haqda Konstantinopol Patriarxlığının 1686-cı ildə verdiyi Moskva Patriarxlığının Ukraynaya mitropolit təyin etməsi haqqında qərarını ləğv etməsini şərh edərkən deyib.

“Rusiya Avropanın ən qədim dövlətlərindən biridir. Tarixlə oyunlar pisdir. Biz cavab olaraq Aleksey Mixayloviçin 1654-cü ildə Zaporojye kazaklarının rəhbəri Boqdan Xmelnitskinin xahişi ilə Rusiya təbəliyini qəbul etmə haqqında qərarını ləğv edə bilərik. Bu halda, Ukrayna Zaporojye kazaklarının məskən saldığı ərazilərin sərhədlərinə qayıtmalı olacaq. Bütün qalan ərazi Ukraynaya Rusiyanın tərkibində olduğu vaxt birləşdirilib və quberniyaların toplusunu təşkil edirdi və ümumiyyətlə, hətta Ukrayna adlanmırdı. Bu ərazilər Rusiyaya birləşməlidir”, - Jirinovski yekunlaşdırıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm