Nida Təhlil
Səudiyyəni Qaşıqçı cinayətini etiraf etməyə nə məcbur etdi? – Türkiyənin SİYASİ GEDİŞİ
Səudiyyə Ərəbistanı jurnalist Camal Qaşıqçının
İstanbuldakı baş konsulluqda öldürüldüyünü etiraf edib. Oktyabrın
2-də Səudiyyənin İstanbuldakı baş konsulluğuna gələn Qaşıqçının
yoxa çıxması bütün diqqəti Ər-Riyadın üzərinə yönəltsə də, kral
ailəsi hadisə ilə əlaqəsinin olduğunu təkzib edirdi. Təxminən 18
gün sonra Ər-Riyaddan etiraf gəldi və hər kəs bu etirafın niyə
edildiyi sualı üzərinə düşünür.
Publika.az xəbər verir ki, “haber7” saytı Türkiyənin
atdığı addımların Səudiyyənin cinayəti etiraf etməyə məcbur
olmasına səbəb olduğunu yazıb.
“Türkiyə çox ağıllı yol izlədi. Əvvəlcə Səudiyyədən Qaşıqçının
ardınca gələn 15 nəfərlik qrupun bütün görüntüləri mediaya verildi.
Cinayəti törətməyə gələn qrupu İstanbula gətirən təyyarə, qrupun
hava limanından çıxışı, konsulluğa girişi və digər detalların
hamısı ictimaiyyətə açıqlandı. Sui-qəsd qrupunun bütün üzvlərinin
adları, görüntüləri bir-bir ortaya çıxarıldı. Gələnlərin turistlər
yox, Qaşıqçını öldürmək üçün xüsusi muzdlular olması bütün dünyada
səs-küyə səbəb oldu. Beləliklə, Ər-Riyad rejiminə cinayəti etiraf
etməsi üçün təzyiqlər edildi. Hadisə ilə bağlı aparılan cinayət
işində ciddi informasiyalar xarici, xüsusilə ABŞ mediası ilə
yayımlandı. Konsulluq və qrupun qaldığı oteldə aparılan
araşdırmalarda Qaşıqçının öldürüldüyünə dair ciddi dəlillər əldə
olundu. Dünya liderləri ard-arda hadisəyə sərt reaksiya verdilər.
Qlobal təzyiq Səudiyyəni küncə sıxışdırdı və 18 gün sonra Ər-Riyad
Qaşıqçının konsulluqda “dava nəticəsində” öldürüldüyünü etiraf
etdi”, - deyə sayt yazıb.
Sayt qeyd edir ki, indi əsas sual Qaşıqçının cəsədinin harada
olmasıdır.
“Röyters” Səudiyyədəki mənbələrinə istinadən yazır ki,
sui-qəsdçilər öldürülən jurnalistin cəsədini qətli sifariş edənlərə
təhvil vermiş ola bilərlər. Qaşıqçının cəsədinin hissələrə
parçalanaraq ölkədən çıxarıldığı ehtimalı da ön plandadır. Hazırda
cəsədin taleyi ilə bağlı araşdırma aparılır.
Asif
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?