Nida Təhlil
Azərbaycan bir günə Ermənistanı MƏHV EDƏCƏK VƏ... - Rusiyadan ŞOK PROQNOZ
Ermənistanda demoqrafik böhran getdikcə sürətlənir.
İşğalçı ölkə həm miqrasiya, həm də doğuş sayının azalması
nəticəsində ciddi təhlükə ilə üz-üzədir. Ekspertlər Ermənistanla
müqayisədə Azərbaycanın demoqrafik və hərbi sahədə sürətlə
gücləndiyinə diqqət çəkir.
Publika.az xəbər verir ki, rusiyalı ekspert Dmitri
Verxoturov Ermənistanda əhalinin azalmasının sürətlə gedəcəyini
hesab edir.
“Erməni demoqrafiyası diasporla maskalanır. Yəni gedənlər erməni
diasporu olur və lazım olanda onlar geri qayıdacaq. Bu, böhranı
ört-basdır etmək üçün yaradılan maskadır. Ümumiyyətlə Qarabağda
müharibə zamanı Azərbaycan və Ermənistan arasında demoqrafik
müqayisə aparmağın mənasız olduğunu düşünürəm. Birincisi, əhalinin
sayına görə Azərbaycan aşkardır, ikincisi, Azərbaycanın iqtisadi
göstəriciləri müqayisəedilməzdir. Lakin müharibələr təkcə
demoqrafiya ilə qazanılmır. Çağırışçı kontingent əhəmiyyətlidir,
amma bu qələbə üçün əsas deyil. Müasir müharibəni artilleriya
qazanır, daha dəqiq desək, topların və təyyarələrin üstünlüyü.
Azərbaycanın potensial artilleriya sistemi, ümumilikdə hərbi gücü
Ermənistanla müqayisə edilə bilməz. Qarabağda baş verə biləcək
müharibədə Ermənistan Azərbaycanı artilleriya sistemləri və
təyyarələrinin bombardmanı qarşısında duruş gətirə bilməyəcək,
sadəcə olaraq, məhv olacaq. Hesab edirəm ki, belə şərtlər altında
Qarabağda baş verə biləcək müharibə bir, ya da iki gün ərzində
Azərbaycanın qələbəsi ilə bitəcək”, - deyə o bildirib.
Asif
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO
-
Magazin125 Aprel 22:00
Firuzə İbadova həmin xəbəri TƏKZİB ETDİ: "Onun ruhu şad olsun deyə..."