Nida Təhlil
Qarabağla bağlı ŞOK ADDIM, ərazilər QAYTARILARSA... – GÜNÜN SİYASİ XÜLASƏSİ
Azərbaycanın işğal olunmuş torpaqlarında yaradılan separatçı rejimdən sərsəm açıqlama gəlib. ABŞ Müdafiə Nazirliyi (Pentaqon) 100 ədəd “F-35” tipli qırıcı təyyarələrin Türkiyəyə təhvil verilməsi ilə bağlı hesabatını Konqresə təqdim edib. ABŞ Qaşıqçı cinayəti ilə əlaqədar olaraq Səudiyyə Ərəbistanının 17 vətəndaşına sanksiya tətbiq edib. İraqın mərkəzi hökuməti və ölkənin şimalındakı kürd muxtariyyətinin rəhbərliyi Kərkük əyalətdə yerləşən yataqlardan neft ixracının yenilənməsi haqqında razılaşma əldə olunub. İsrailin iki gün öncə istefa verən müdafiə naziri Aviqdor Liberman baş nazir Benyamin Netanyahunun HƏMAS-la qeyri-rəsmi atəşkəsi qəbul etməsini terrorizm qarşısında kapitulyasiya adlandırıb.
Ermənistan Azərbaycanın işğal etdiyi ərazilərində yaratdığı qondarma rejimlə “müstəqil respublika” kimi hərbi ittifaq yarada bilər. Bu barədə separatçı rejimin “təhlükəsizlik şurasının katibi” Vitali Balasanyan “aravot” qəzetinə müsahibəsində bildirib.
Balanyan bildirib ki, “Ermənistanla Qarabağ arasında hərbi ittifaqın bağlanması məsələsi gündəmdədir”.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Ermənistanın baş nazir əvəzi Nikol Paşinyan və müdafiə naziri David Tonoyan bu gün hərbi hissələrdən birində başlanmış taktik hücum təlimlərini müşahidə ediblər. Bu haqda Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovanisyan bildirib.
Məlumata görə, təlimdə, xüsusilə çətin coğrafi və iqlim şəraitində qoşunların yeni taktika və xüsusi texniki vasitələr tətbiq edərək yeni yüksəklikləri ələ keçirmək fəaliyyətləri məşq edilib.
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) 100 ədəd “F-35” tipli qırıcı təyyarələrin Türkiyəyə təhvil verilməsi ilə bağlı hesabatını Konqresə təqdim edib. “F-35”lərin Türkiyəyə göndərilməsi bu hesabatın Konqresə təqdim edilməsinə qədər təxirə salınmışdı. Pentaqon hesabatının Konqresə təqdim olunması “F-35”-lərin Türkiyəyə təslimatı üçün irəliyə doğru atılmış bir addım anlamına gəlir.
ABŞ Maliyyə Nazirliyi Camal Qaşıqçı cinayəti ilə əlaqədar olaraq Səudiyyə Ərəbistanının 17 vətəndaşına sanksiya tətbiq edib. Sanksiya siyahısının tərkibi tam açıqlanmır. Amma siyahıda vəliəhdin keçmiş müşaviri Səud Kahtani və Səudiyyənin İstanbuldakı konsulu Məhəmməd Uteybinin olduğu bildirilir
ABŞ Senatı ərəbistanlı jurnalist Camal Qaşıqçının qətlə yetirilməsinə görə Səudiyyə Ərəbistanına silah satışının dayandırılması da daxil olmaqla, bir neçə sanksiya tətbiq etmək üçün qanun layihəsi hazırlayır. Qanun layihəsi Nyu Cersi ştatının senatoru Bob Menendez ilə İndiana senatoru Todd Yunqun başçılığı ilə hazırlanır.
Layihə ilə bağlı açıqlama verən B.Menendez ABŞ hökumətinin Qaşıqçı cinayəti ilə bağlı 17 səudiyyəli şəxsə tətbiq etdiyi sanksiyanın kifayət etmədiyini bildirib: “Qaşıqçı cinayəti il bağlı şəffaf və qəbul edilə biləcək bir istintaq aparılmalıdır. Bu layihə ilə Konqres insan haqlarına olan hörmətini və dəyərini ortaya qoyacaq”.
Adıçəkilən qanun layihəsi ABŞ-ın Səudiyyə Ərəbistanına satdığı hücum məqsədli bütün silahların satışını dayandıracaq. Bu silahlara bombalar, raketlər, qırıcılar, tanklar və silahlı avtomobillər daxildir.
Suriyada “Er-Rukban” düşərgəsinin administrasiyası qaçqınların təhlükəsizliyini təmin etmək iqtidarında deyil, orada fahişəlik, oğurluq, azyaşlıların seksual istismarı və insan alveri çiçəklənir. Bu haqda Cenevrədə atəşin dayandırılması və humanitar kömək üzrə qruplarda Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Yuri Tarasov qaçqınların qayıdışı üzrə Rusiya və Suriya qərargahlarının iclasında bildirib.
O qeyd edib ki, düşərgədə insan alveri geniş yayılıb. Tarasovun sözlərinə görə, düşərgədə nikahlar, ölüm və doğumların qeydiyyatı aparılmır.
İclasda həmçinin qeyd edilib ki, "Er-Rukban"da humanitar vəziyyət kritik səviyyəyə çatıb.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
İraqın mərkəzi hökuməti və ölkənin şimalındakı kürd muxtariyyətinin rəhbərliyi Kərkük əyalətdə yerləşən yataqlardan neft ixracının yenilənməsi haqqında razılaşma əldə edib. Bu haqda İraqın Neft Nazirliyinin nümayəndəsi Asem Cihad bildirib.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Netanyahunun HƏMAS-la qeyri-rəsmi atəşkəsi qəbul etməsi terrorizm qarşısında kapitulyasiyadır. Bunu jurnalistlərə açıqlamasında İsrailin iki gün öncə istefa verən müdafiə naziri Aviqdor Liberman deyib. O, atəşkəsin yerinə Qəzza sektoruna aviazərbələr endirilməsi gərəkdiyini bildirib.
Qeyd edək ki, Liberman 14 noyabrda istefa verib.
Kosmik güclərin yaradılması ABŞ-a 5-10 milyard dollara başa gələ bilər. Bu haqda ABŞ-ın müdafiə nazirinin müavini Patrik Şenaxan bildirib.
Qeyd edək ki, iyunda ABŞ prezidenti Donald Tramp silahlı qüvvələrin yeni növü kimi kosmik güclərin yaradılması barədə sərəncam verib.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Yaponiyanın baş naziri Sindzo Abe Rusiya prezidenti Vladimir Putinə Kuril adalarının cənub hissəsinin Tokioya qaytarılması halında, bu ərazidə ABŞ-ın hərbi bazalarının yerləşdirilməyəcəyinə dair söz verib. Bu haqda yapon hökumətindəki mənbələrə istinadən “Asahi” nəşri bildirib.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Ukraynanın Donbas bölgəsində Ukrayna ordusu ilə separatçılar arasında qanlı döyüşlər gedir. Ukrayna Silahlı qüvvələrinin birləşmiş güclərin əməliyyat mərkəzindən verilən məlumata görə, noyabrın 15-də gedən döyüşlərdə üç Rusiya muzdlusu məhv edilib, daha 5-i yaralanıb.
İki Ukrayna hərbçisinin isə yaralandığı bildirilir. Məlumata görə, qarşı tərəf müxtəlif silah sistemlərindən, o cümlədən böyuk kalibrli pulemyotlar və qumbaraatanlardan istifadə edirlər.
Kremldə müəyyən ümidlər var ki, Ukraynada prezident seçkilərindən (2019-cu ilin may ayında keçirilməsi –red.) sonra ciddi siyasi dəyişikliklər olacaq və buna görə də Rusiya ən yaxın yarım ildə heç bir hərbi hərəkətə təşəbbüs etməyəcək. Bu fikri Rusiya hərbi müşahidəçisi Pavel Felqenqauer “Apostrof” nəşrinə müsahibəsində söyləyib.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Ömər Dağlı
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?