Rus kəşfiyyatçı Qarabağla bağlı İNANILMAZ SİRRİ AÇDI: “Ərdoğan Putini inandırır ki...”
Bizi izləyin

Nida Təhlil

Rus kəşfiyyatçı Qarabağla bağlı İNANILMAZ SİRRİ AÇDI: “Ərdoğan Putini inandırır ki...”

Rusiya xüsusi xidmət orqanının Cənubi Qafqazla məşğul olan zabiti Dağlıq Qarabağla bağlı müəyyən sirləri açıb.

Publika.az
Ermənistan mediasına istinadən xəbər verir ki, adının açıqlanmadığı rus kəşfiyyatçı Qarabağda genişmiqyaslı müharibənin olmayacağını qeyd edib.

“Ermənistan rəsmi olaraq Rusiyanın müttəfiqidir. Bizim Gümrüdə hərbi bazamız var, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında birgə təmsil olunuruq. Rusiya müəyyən öhdəliklərini yerinə yetitrməyə məcburdur, bunlardan biri də Ermənistanın təhlükəsizliyidir. Əgər Qarabağda lokal münaqişə bitməyəcəksə və müharibə genişlənəcəksə, Rusiya prosesə müdaxilə etməyə məcbur olacaq. Lakin hesab edirəm ki, Qarabağda genişmiqyaslı müharibə olmayacaq”, - deyə o bildirib.

Rusiya kəşfiyyat zabiti iddia edir ki, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Qarabağ kartından istifadə etməyə çalışır: “Ərdoğan münaqişənin həllinə çalışır və Vladimir Putini buna inandırmaq istəyir”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm