Nida Təhlil
Qarabağda “Dördgünlük müharibə”də... - Paşinyan üçün BUMERANQ ŞOKU
“Ermənistanda son aylarda baş verən siyasi böhran və hakimiyyətdaxili gərginlik problemlər içərisində məhv olan erməni xalqı hər dəfə yeni bir formada təzahür edən etiraz nümayişləri keçirir. Uzun müddətdir baş nazir postu uğrunda gedən siyasi rəqabətə, bunun fonunda həbslərə, təqiblərə və hakimiyyətdaxili çəkişmələrə başı qarışan Ermənistan hökumətinin nümayəndələri faktiki olaraq ölkənin sosial-iqtisadi vəziyyəti ilə bağlı hansısa müsbət dəyişikliklərə nail ola bilməyiblər”.
Məsələ ilə bağlı Publika.az-a açıqlama verən analitik Ehtiram Aşırlı bildirib ki, mitinqlərdə etdiyi populist çıxışların hesabına baş nazir postuna qədər gələn Nikol Paşinyanın hökuməti xalqın sosial vəziyyətinin düzələcəyi ilə bağlı verdiyi boş vədlərin heç birini doğrulda bilməyib.
“Nümayişlər yolu ilə hakimiyyətə gələn Paşinyan ölkəni səfalətdən qurtarmaq üçün konkret həll yolları axtarmaq əvəzinə, xalqın problemlərini hələ də küçələrdə həll etməyə çalışır. Ermənistan hökuməti islahatlar aparmaq yerinə küçələrdə boş vədlərlə səfalət içində yaşayan xalqın səbrini kasasını daşırır.
Məhz buna görədir ki, vaxtaşırı Ermənistanın müxtəlif bölgələrində, o cümlədən İrəvanda ən müxtəlif motivli nümayişlər keçirilir. Aclıq və səfalətdən təngə gəlmiş erməni xalqı müxtəlif tələblərlə Paşinyan hökumətini verdiyi vədləri həyata keçirməyə çağırır. Polis qarşıdurması ilə müşayiət olunan belə nümayişlərdə səslənən şüarlarda Ermənistanda sosial-iqtisadi baxımdan vəziyyətin çox gərgin olduğu görülür.
“Armeniasputnik” saytında yer alan məlumata görə, 2016-cı ildə baş vermiş aprel müharibəsinin onlarla iştirakçısı İrəvanın mərkəzində Ermənistan hökumətinin binası qarşısında etiraz aksiyası keçirib. Nümayişçilər mövcud hakimiyyətə etiraz əlaməti olaraq Respublika meydanı ilə kəsişən küçələrdən birini blokadaya almağa çalışıblar, amma polislərin kəskin müqaviməti ilə qarşılaşıblar.
Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı müqəddəs savaşda Milli Ordumuza qarşı döyüşən işğalçı Ermənistan ordusunun əsgəri Tiqran polislərin küçəni bloklamamaq çağırışlarına cavab olaraq bildirib: ”Cənab baş nazir küçələri bağlayanda (Xatırladaq ki, burada “məxmər inqilab”ın zamanı Paşinyanın başçılığı ilə 2018-ci ilin aprelində keçirilən kütləvi etiraz nümayişləri nəzərdə tutulur), bütün bölgələrdən insanlar onu dəstəkləməyə gəlirdilər. İndi də tələb edirik ki, Paşinyan bizi dəstəkləsin və bizim problemlərimizi həll etsin”.
Etiraz aksiyasının iştirakçıları səsgücləndiricilər vasitəsilə aprel müharibəsində iştirak haqqında onların hərbi biletlərinə qeyd əlavə olunmasını, həmçinin əlverişli şərtlərlə lazımi tibbi yardımla təmin edilmələrini və təhsil haqlarının azaldılmasını tələb ediblər.
İşğalçı ordunun daha bir əsgəri Manuk Manukyan “armeniasputnik”ə bildirib ki, onun dostlarından biri döyüşlərdə yaralanmışdı, hələ indiyədək onun qəlpələri çıxarılmayıb, hətta aldığı təqaüdü də azaldılıb. Əsgər Ermənistan hökumətini verdiyi vədləri yerinə yetirməyə çağırıb, baş nazir vəzifəsini icra edən Paşinyanın nümayişçilərlə görüşməsini tələb edib.
Bu faktlar bir daha sübut edir ki, Ermənistan təkcə daxili və xarici siyasət kursunda deyil, ölkədəki fəaliyyətin bütün sahələrində tam bir uğursuzluq və iflas hökm sürür. Ermənistan hökumətinin təcavüzkarlıq siyasətini davam etdirdiyi müddətcə də bu uğursuzluqlardan xilas olması mümkünsüzdür”-, analitik bildirib.
Zümrüd
-
Nəqliyyat16:40
Bu yollarda tıxac var
-
Magazin216:10
Emrah dünya ulduzları ilə qonşu olacaq - Özünə lüks mənzil alır
-
Dünya13:30
4 nəfərin ölümünə səbəb olan helikopterin qəzadan əvvəlki son görüntüsü - VİDEO
-
İdman13:20
Taysondan qalmaqallı açıqlama: Bu, ona Milad hədiyyəsi idi
-
Hadisə12:30
“Çoban Xanış”ın oğlu vəfat etdi
-
Dünya12:10
Türkiyədə helikopter xəstəxana binasına ÇIRPILDI: 4 nəfər öldü - FOTO/VİDEO/YENİLƏNDİ
-
Magazin212:05
Seda Sayan əri ilə Dubaya köçür - Türkiyədəki villasını satışa çıxardı
-
MDB11:22
Peskov Putinin Yeni il tətili ilə bağlı planlarını açıqladı