Ermənistanın yeni hakimiyyəti bundan nəticə çıxarmalıdır - DEPUTAT
Bizi izləyin

Nida Təhlil

Ermənistanın yeni hakimiyyəti bundan nəticə çıxarmalıdır - DEPUTAT

“Hakimiyyətində cinayətkar-korrupsioner bir komandanın olması Ermənistanı ağır siyasi-iqtisadi böhrana gətirib çıxardı”.

Bu sözləri Publika.az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci ilin idman yekunlarına dair mərasimdə etdiyi çıxışı zamanı vurğuladığı Azərbaycanın ardıcıl, məqsədyönlü siyasətinin Ermənistanda kriminal xunta rejiminin çökməsində rol oynaması nüansını dəyərləndirən millət vəkili prezidentin fikirlərinə şərik olduğunu deyib:

“Cənab prezident tamamilə düzgün vurğulayır: Ermənistan Azərbaycanla dövlətçilik yarışında uduzdu. Azərbaycan beynəlxalq hüquq normaları, xalqın milli maraqlarını nəzərə alaraq öz daxili resurslarına söykənərək güclü, demokratik dövlət qurub. Azərbaycandan fərqli olaraq, Ermənistan ancaq başqa dövlətlərin yardımına söykənib. Qonşu dövlətlərlə münasibətləri birləşdirib. Azərbaycanın təşəbbüskarı olduğu regional-iqtisadi layihələrdən kənarda qalıb. Ən əsası isə hakimiyyətində cinayətkar-korrupsioner bir komandanın olması Ermənistanı ağır siyasi-iqtisadi böhrana gətirib çıxardı. Əlbəttə ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünə hörmət etsəydi, mehriban qonşuluq siyasəti yürütsəydi, bugünkündən qat-qat yüksək səviyyədə ola bilərdi. Hər bir halda, yeni hakimiyyət köhnə hakimiyyətin buraxdığı səhvlərdən nəticə çıxarmalıdır”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm