Lavrovun Bakıya gəlməsi ondan xəbər verir ki... - AÇIQLAMA
Bizi izləyin

Nida Təhlil

Lavrovun Bakıya gəlməsi ondan xəbər verir ki... - AÇIQLAMA

“Sergey Lavrovun Bakıya gəlməsi bir sıra mühüm məsələlərin müzakirəsinə geniş imkan və şərait yaratdı”.

Publika.az xəbər verir ki, bu sözləri politoloq Fikrət Sadıqov Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun Bakı səfərindən danışarkən deyib.

Politoloq bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qonağı olan Sergey Lavrovun səfəri iki ölkə arasındakı əməkdaşlığın səviyyəsindən xəbər verir:

“Rusiya ilə Azərbaycanı birləşdirən məqamlar artıq sazişlərdə, müqavilələrdə öz əksini tapıb. Sergey Lavrovun Bakıya gəlməsi bir sıra mühüm məsələlərin müzakirəsinə geniş imkan və şərait yaratdı. Lavrovun Prezident İlham Əliyevlə görüşü zamanı qeyd olundu ki, 2018-ci il Azərbaycan-Rusiya münasibətləri tarixində məhsuldar il kimi yadda qalıb. Bu ildə münasibətlər daha da səmərəli şəkildə inkişaf edib. Bu il Rusiya-Azərbaycan münasibətləri öz məhsuldarlığı ilə xarakterizə olunur. Bir çox qarşılıqlı rəsmi səfərlər həyata keçdi. Dövlət başçımız Rusiyaya, Putin isə ölkəmizə səfər etdi. Bu formatda əməkdaşlıq aktiv şəkildə davam və inkişaf etməkdədir. Əlbəttə, burada Dağlıq Qarabağ problemi də həmişə ön planda olub. Düşünürük ki, Rusiya bizim strateji partnyorumuz, həmçinin, ATƏT-in Minsk qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin həlli çərçivəsində daha ciddi addımlar ata bilər. Çünki məsələnin həllində Rusiyadan çox şey asılıdır”.

Fikrət Sadıqov qeyd edib ki, İlham Əliyevlə Sergey Lavrov arasında, eyni zamanda, Şimal-Cənub dəhlizi layihəsi ilə bağlı müzakirələr aparılıb:

“Dövlət başçımız qeyd edib ki, hər iki tərəf bu layihədən faydalanmalıdır. Çünki biz bu istiqamətdə çox aktiv şəkildə əməkdaşlıq edirik. Burada həm də nəqliyyat strukturları səmərəli iş aparır. Artıq bir sıra nəticələr də qeydə alınır. Bundan sonra əməkdaşlığı daha da yüksək səviyyəyə qaldırmalıyıq. Məsələ bu formatda son nöqtəyə gəlib çatmalıdır.

Görüşdə İlham Əliyev humanitar əməkdaşlıq barədə də söhbət açdı. Bildirdi ki, qısa müddət əvvəl Bakı Humanitar Forumu keçirildi. Bu forum Azərbaycan və Rusiya prezidentlərinin rəhbərliyi altında təşkil edilib. Forum özü-özlüyündə bir sıra humanitar məsələnin müzakirəsi üçün çox mühüm beynəlxalq meydana çevrilib. Beləliklə, bu istiqamətdə də əməkdaşlıq sıx şəkildə davam etməlidir”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm