Paşinyan tezliklə... - SENSASİYALI SÖZLƏR
Bizi izləyin

Nida Təhlil

Paşinyan tezliklə... - SENSASİYALI SÖZLƏR

Azərbaycanın 20 faiz torpağını işğal altında saxlayan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün təklif edilən heç bir şərtlə razılaşmayan Ermənistan ölkəmizin apardığı xarici hərbi əməkdaşlıqdan xeyli narahatdır. Bunu Belarus prezidenti Aleksandr Lukaşenko da rusiyalı jurnalistlərə verdiyi mətbuat konfransında açıq şəkildə dilə gətirib. Belaruslu lider Ermənistan baş nazirinin vəzifələrini icra edən Nikol Paşinyanın Azərbaycana silahların satışı ilə bağlı narazılığına verdiyi cavab barədə danışıb: “Putinin yanında ona dedim: Nikol, gəl, hər şeyə nöqtə qoyaq. Azərbaycanla silah ticarətində birinci yeri kim tutur? Kim? Cavab Rusiyadır. Bəs niyə dilini bir yerində gizlətmişdin? Ona de, Vladimir Vladimiroviçi tənqid et. Nədir, qorxursan?”

Belarus prezidenti Paşinyana xatırladıb ki, Azərbaycana silah satışında ikinci yeri İsrail, üçüncü yeri isə Türkiyə tutur. “Polonez”lər də nəzərə alınarsa, yalnız dördüncü, ya da beşinci yeri Belarus tutur.

Məsələni Publika.az-a şərh edən hərbi ekspert Üzeyir Cəfərli bildirib ki, Lukaşenkonun Paşinyana dediyi sözlər Paşinyanın nə qədər qorxaq olmasının sübutudur:

“Bu qorxu onun hərəkət və əməllərində də açıq şəkildə nümayiş olunur. Bunu Ermənistanın nümayəndəsinə eyni təşkilata - Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olan digər ölkə tərəfindən deyilməsi ciddi məsələdir. Ermənistan üçün böyük başağrısı və fəlakətdir ki, Nikol Paşinyan kimi təsadüfi bir insan bu gün gəlib ölkənin hakimiyyətinə yiyələnmək istəyir.

Paşinyana lazımdır ki, 7 yanvarda parlamentdə baş nazirliyi təsdiq edilsin, öz tərəfdarlarının sayını artırsın. Lakin hansı yükün altına girdiyinin fərqində belə deyil. O, tezliklə başa düşəcək ki, bir dövlətə başçılıq etmək qlobal məsələdir və bu, onluq deyil. Nə qədər formal da olsa, Ermənistan Rusiyanın vassalı belə olsa, dövlət idarəçiliyi çətin məsələdir. Ermənistan ictimaiyyəti tezliklə anlayacaq ki, hakimiyyətdə Paşinyan kimi bir avantürist şəxs olduqca vassal statusundan çıxmaq, bölgədə öz hakimiyyətini möhkəmləndirmək alınmayacaq. Çünki Paşinyanın xarici dəstəyi olmasa, onun hakimiyyətinin ömrü o qədər də uzun olmayacaq”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm