Ermənistanda acınacaqlı vəziyyət: əsgərlər postları NİYƏ TƏRK EDİR? - ŞƏRH
Bizi izləyin

Nida Təhlil

Ermənistanda acınacaqlı vəziyyət: əsgərlər postları NİYƏ TƏRK EDİR? - ŞƏRH

“Bir əsgərin xidmət etdiyi ordudan qaçmasının müxtəlif səbəbləri ola bilər. Əgər söhbət Ermənistan ordusundan gedirsə, bunu ölkədəki iqtisadi problemlərə bağlamaq olar”.

Bu sözləri Publika.az-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərli deyib.

O, Ermənistan ordusunun beşinci dağ atıcı alayının hərbi qulluqçusu Mesrop Vartanyanın döyüş postunda növbədə olarkən silahını ataraq xidmət yerini özbaşına tərk etməsinə münasibətini bildirib.

“Ermənistanın baş naziri vəzifələrini icra edən Nikol Paşinyan da etiraf edir ki, Ermənistan ordusunda vəziyyət ağırdır. Buna görə orduya ayrılmış büdcənin həcmi artırılmalıdır. Bu problemlər həm də əsgərlərin gündəlik həyat və fəaliyyətinə təsir edir, xidmət səviyyələrini aşağı salır. Orduda əsgərlər ya incidilir, ya nizamnamədən kənar hərəkətlərə məruz qalır. Bir də son zamanlar erməni əsgərlər başa düşürlər ki, onlar faktiki olaraq, Qarabağda öz iradələrinə zidd olan ağır işlərə cəlb olunurlar. Ağır xidmət şəraitinə cəlb olunan, paytaxt şəhərdən gəlmiş əsgər isə çətin relyefi olan ərazilərdə dözə bilmirlər və məcbur qalırlar ki, özbaşına hərbi hissəni tərk etsinlər. Bu səbəblər konkret bilinməsə də, təxmin etmək olar ki, iqtisadi problemlər buna səbəb olur.

Ermənistan rəhbərliyində də bununla bağlı narazılıq yaranıb. Bu yaxınlarda işğalçı ordunun müdafiə naziri Mnasakanyan da vəzifəsindən uzaqlaşıb. Onun yerinə gələn isə bəzi tələblər irəli sürməyə başlayıb. Siyasi rəhbərlər tez-tez orduya baş çəkir. Bu da əsgərlərdə ruh yüksəkliyinə nail olmaq üçün atılan addımdır. Amma neçə general, rəhbər şəxs gəlsə də, onlar əsgərlərin problemlərini həll etmək gücünə qadir deyillər. Çünki iqtisadi şərait buna imkan vermir. Bu yaxınlarda elan olunan hesabata görə, Ermənistanda qeyri-döyüş vəziyyətlərində ölən əsgərlərin sayı il keçdikcə artmaqdadır. Əsgər anaları isə tez-tez Prezident Administrasiyası qarşısında, Müdafiə Nazirliyi qarşısında tələblər irəli sürürlər. Onlar bildirir ki, heç bir məqsədi, məramı olmayan fikirlərə görə öz övladlarını itirmək istəmirlər”, - deyə ekspert bildirib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm