Türkiyəyə qarşı GİZLİ TOPLANTI, kəşfiyyat şefindən sensasiyalı İDDİA... – GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Türkiyəyə qarşı GİZLİ TOPLANTI, kəşfiyyat şefindən sensasiyalı İDDİA... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistanın XİN rəhbərlərinin mümkün görüşünü şərh edib. İrəvan məhkəməsi Ermənistanın eks-prezidenti Robert Köçəryanın girov qarşılığında azad olunmasıyla bağlı vəsadətə baxmayıb. Suriya hakimiyyəti Türkiyənin müdaxiləsinə qarşı PKK/YPG terror təşkilatı ilə təmasa keçib. Moskva yaxın zamanlarda ABŞ-la silahlanmaya nəzarətlə bağlı dialoqu yeniləmək istəyir. İranın ali dini lideri Ayətullah Əli Xamenei ABŞ-ı hədəfə alan çox sərt açıqlamalar verib.

Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistanın XİN rəhbərlərinin mümkün görüşünü şərh edib. XİN-in mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri və ATƏT-in Minsk Qrupunun həmsədrləri arasında əldə edilmiş razılığa əsasən növbəti görüşün tarixi və yeri barədə məlumat zamanı gəldikdə açıqlanacaq.

Xatırladaq ki, ötən ay Milanda keçirilmiş ATƏT XİN Şurasının iclası zamanı tərəflər arasında 2019-cu ilin əvvəlində görüşün keçirilməsi barədə razılığın əldə olunduğu bildirilmişdi.

“Moskvada Nikol Paşinyanın etbarsız tərəfdaş obrazı yaranıb və ondan istənilən əməl gözlənilir”. Bu, “Kommersant” qəzetinin yanvarın 9-u tarixli sayındakı məqalədə yazılıb.

“Kommersant” yazıb ki, Rusiya 2018-ci ildə Ermənistanda baş verən hadisələri ehtiyatla izləyib.

Qəzet Nikol Paşinyanın ziddiyyətli bəyanatlarından, Qərbin Yerevanda baş verənləri alqışlamasından da bəhs edib.

“Kreml üçün yad olmayan, Rusiya Prezidenti Vladimir Putinin dostu, Ermənistanın keçmiş prezidenti Robert Koçaryan və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının keçmiş baş katibi Yuri Xaçaturova qarşı ittihamlar irəli sürüldü. Bu istintaq Rusiya ilə ciddi qarşıdurmaya səbəb olub. Moskva bunu KTMT-nin nüfuzuna böyük zərbə hesab edib...

... Cənab Vladimir Putinin Nikol Paşinyanın ən qatı siyasi düşməni Robert Koçaryana Yeni il təbriki göndərməsi münasibətlərdə yaranmış gərginliyi təsdiqləyir”, - deyə qəzetdə vurğulanıb.

İrəvan məhkəməsi Ermənistanın eks-prezidenti Robert Köçəryanın girov qarşılığında azad olunmasıyla bağlı vəsatətə baxmayıb. Bunu jurnalistlərə açıqlamasında Köçəryanın vəkili Ayk Alumyan deyib. O, məhkəmənin yanvarın 10-na təxirə salındığını deyib.

Qeyd edək ki, Köçəryan konstitusion nizamı dəyişməkdə ittiham edilir.

ABŞ-da müxtəlif qurumlardan müxtəlif səslər var. ABŞ-ın Suryadan çəkilməsində çətinliklərin olduğunu görürük. Terror təşkilatı ilə bu qədər iç-içə olduqdan sonra ayrılmaq çətindir. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə Böyük Millət Məclisinin (TBMM) xarici siyasət komitəsində ölkənin xarici siyasətindəki son hadisələrlə bağlı məlumat verərkən deyib.

Rusiya ilə imzalanan İdlib memorandumunun Suriyada siyasi həll üçün vacib olduğunu deyən nazir müəyyən çətinliklərin olduğunu, ancaq öhdəsindən gəldiklərini bildirib. Çavuşoğlu İranın Suriyada aktyorlardan biri olduğunu, onunla müzakirələr apardıqlarını qeyd edib.

“Suriyanın ərazi bütövlüyünü dəstəkləyirik. Ən mühüm proses siyasi prosesdir”, - o əlavə edib.

Türkiyənin xarici siyasət idarəsinin başçısı prezident Rəcəb Tayyib Ərdoğanın qarşıdakı günlərdə Rusiyaya səfər edəcəyini söyləyib.

ABŞ-ın “Suriyadan çəkilirik” qərarından sonra PKK terror təşkilatı Dəməşq ilə görüşləri intensivləşdirib. Təşkilat Bəşər Əsədin nümayəndələri ilə son görüşünü yanvarın 6-da Rakka şəhərində keçirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Suriya hakimiyyəti Türkiyənin müdaxiləsinə qarşı PKK/YPG terror təşkilatı ilə təmasa keçib. Bu haqda Suriya xarici işlər nazirinin müavini Faysal Mekdad bildirib.

İrana qarşı təzyiqləri ikiqat artıracağıq. Bunu İordaniyada jurnalistlərə açıqlamasında ABŞ Dövlət katibi Mayk Pompeo deyib.

“Siz yaxın həftələrdə bizim İrana qarşı real təzyiqlər üçün diplomatik və kommersiya səylərimizi ikiqat artıracağımızı görəcəksiniz. Biz bununla qarşımıza qoyduğumuz hədəfə çatmağı planlayırıq”, - deyə o bildirib.

İranın ali dini lideri Ayətullah Əli Xamenei Tehranda ABŞ-ı hədəfə alan çox sərt açıqlamalar verib. Dini lider bəzi amerikalı səlahiyyətliləri “birinci sinif axmaqlar” adlandırıb.

Tehran Avropa Birliyinin İran vətəndaşlarına qarşı sanksiyalarına cavab verəcək. Bunu Teleqram səhifəsində İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Bəhram Qasımi paylaşıb. O, İrana qarşı iddiaların əsassız olduğunu deyib.

Qeyd edək ki, AB bundan öncə iki İran vətəndaşı və İran Kəşfiyyat Nazirliyinin strukturunu terrorçular siyahısına daxil edib. Onlar Avropa ərazisində terrora cəhddə ittiham edilib.

Moskva yaxın zamanlarda ABŞ-la silahlanmaya nəzarətlə bağlı dialoqu yenilmək istəyir. Bunu jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov deyib.

“Yaxın zamanlarda ABŞ-la silahlanmaya nəzarətlə bağlı dialoqu yenilmək istəyərdik. Biz bunun üzərində çalışırıq. Biz hələlik hansısa qrafik və ya razılaşdırılmış tədbir barədə məlumat verə bilmərik”, – deyə o bildirib.

Məhz Rusiya prezidenti Vladimir Putin “soyuq müharibə” bitdikdən sonra NATO-nun yaşamasına “yeni səbəb” verdi. Bu haqda Mərkəzi Kəşfiyyat idarəsinin sabiq başçısı, İstefaya çıxmış general Devid Petreus bildirib.

MKİ-nin keçmiş rəhbəri hesab edir ki, əslində Vladimir Putin “soyuq müharibə”dən sonra NATO üçün “ən böyük hədiyyədir”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm