Nida Təhlil
Koçaryanla Sarkisyanın Qarabağda ŞOK ƏMƏLLƏRİ: 11 yaşlı qızlar, nartkotik, insan alveri...
Britaniyalı araşdırmaçı müəllif Harrold Keyn şok cinayət
faktlarının yer aldığı “Dağlıq Qarabağ” kitabını yayımlayıb.
Publika.az xəbər verir ki, kitabda Ermənistanın
Koçaryan-Sarkisyan qruplaşmasının Azərbaycanın işğal edilmiş
ərazilərində həyata keçirdikləri narkotik ticarəti, insan alveri və
qadınların əxlaqsızlığa məcbur edilməsi kimi faktlar yer alır.
Kitabdakı faktlar – qaçaqmalçılıq, qanunsuz silah alveri, təbii
sərvətlərin talanması, insan alveri və s. http://www.narcokarabakh.net/en/
saytında ətraflı şəkildə yayımlanıb.
Qafqazda bir neçə həftə vaxt keçirən müəllif yazır ki, o,
Ermənistana və işğal altındakı Dağlıq Qarabağa turist adı altında
səfər edib.
“Dağlıq Qarabağ mövcud statusuna görə havadan asılı qalıb. Bu fakt
bölgənin mütəşəkkil cinayətkarlıq məkanı kimi istismar edilməsinə
imkan yaradır. Erməni mafiyası. İran İnqilab Qvardiyası, əfqan
qaçaqmalçıları, narkobaronlar və dünyanın ən görkəmli silah
tacirləri üçün bu bölgə poliqon rolunu oynayır”, - deyə müəllif
yazır.
Keyn tədqiqatları zamanı İrəvanda Daxili İşlər Nazirliyinin
əməkdaşları tərəfindən təzyiqlərlə üzləşib. Polislər onun qaldığı
mehmanxanaya gecə vaxtı hücum ediblər. Bununla yanaşı, o,
Xankəndində erməni polislər tərəfindən döyülüb.
“Biz ortaya çıxardıq ki, Dağlıq Qarabağ ərazisində lokal cinayətlər
baş verir, burada baş verənlərin böyük hissəsi keçmiş prezidentlər
Robert Koçaryan və Serj Sarkisyanla bağlıdır. Onlar dəhşətli insan
əzabları üzərində milyardlarla dollar pul qazanıblar”, - deyə
müəllif qeyd edir.
Kitabda Qarabağın seks alverçiləri üçün də potensial yer olduğu
deyilir. Ailələrin yoxsulluğundan istifadə edərək, onları aldadır
və gənc qızlarını əllərindən alırlar. Qızlar sonra Qərbi Avropanın
Madrid, London və Berlin kimi böyük şəhərlərindəki fahişəxanalarda,
eləcə də İrəvanın gecə klublarında işləməyə məcbur edilirlər.
Kitabda bu dəhşətli cinayətin qurbanı olan bir neçə qızın hekayəsi
də yer alıb. Qarabağdan olan Aliyə Madriddə seks işçisi kimi
fəaliyyət göstərir. Bununla yanaşı, Keynin özünə İrəvanda hökumətin
lisenziyası kimi fəaliyyət göstərən “Omeqa” və “Şarlotta Kabare”
klublarda 11 yaşlı qız təklif ediblər.
“Üç qız atası kimi bundan dəhşətə düşdüm. Koçaryan və Sarkisyanın
qızları, anaları və bacıları var. Necə ola bilər ki,
eks-prezidentlər və onların ətrafındakı qadınlar belə dəhşətli
sənayeyə imkan veriblər, inanılmazdır”, - deyə Keyn yazır.
Bir müddət öncə “Wikileaks” saytı də yazırdı ki, nəzarətsiz qalan
Dağlıq Qarabağ ərazisində aparılan narkoticarətdə Ermənistan
hökumətinin, siyasi liderlərinin və keçmiş prezidenti Robert
Koçaryanın da payı var. Hər il oradan daşınan narkotikdən əldə
edilən gəlirin bir hissəsi Koçaryana verilir. Bununla yanaşı,
İrandan Avropaya daşınan narkotikin böyük hissəsi də məhz
Qarabağdan və Ermənistandan aparılır. Sayt qeyd edirdi ki, hazırkı
prezident Serj Sarkisyanın qardaşı İrandan və Qarabağdan gətirilən
narkotik maddələri Rusiya bazarlarına çıxarır, oradan isə erməni
lobbisi vasitəsilə Avropaya daşınır.
“Armenia Today” portalı narkoticarətin başında Ermənistanın keçmiş
baş prokuroru Aqvin Ovsepyanın dayandığını yazırdı. “Joxovurd”
qəzeti isə qeyd edirdi ki, İranla sərhəddə yerləşən Sünik
vilayətinin keçmiş qubernatoru Suren Xaçatryan da narkotik
alverçisidir. Vaxtilə Rusiyada bu işlə məşğul olduğu üçün ona qarşı
cinayət işi açılıb, daha sonra o, fəaliyyətini Ermənistanda davam
etdirib. Ermənistan KİV-i narkotrafikdə diqqəti “Ermənistan və
Dağlıq Qarabağ Ticarət Palatası”na çəkir. Bu palata cinayətlərin
ört-basdır edilməsi üçün pərdə rolunu oynayır. Hətta İranın iş
adamlarının Dağlıq Qarabağ ərazisinə investisiya qoymaq
istəklərinin əslində narkotik maddələrin becərilməsi və istehsalına
hesablandığı haqqında məlumatlar var.
Asif
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu