Kəşfiyyatdan Qarabağda MÜHARİBƏ XƏBƏRDARLIĞI, torpaqlar 2 həftə ƏRZİNDƏ... – HƏFTƏNİN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Kəşfiyyatdan Qarabağda MÜHARİBƏ XƏBƏRDARLIĞI, torpaqlar 2 həftə ƏRZİNDƏ... – HƏFTƏNİN SİYASİ XÜLASƏSİ

ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. Azərbaycan və Ermənistan xarici işlər nazirləri fevral ayında Münhen beynəlxalq təhlükəsizlik konfransında görüşə bilər. Ermənistanda “Daşnaksütyun” partiyası hakimiyyəti Dağlıq Qarabağda sülh nizamlanmasından imtina etməyə çağırıb. İran İsraili işğalla təhdid edib. Almaniya, Fransa və Böyük Britaniya Avropa şirkətlərinə ABŞ-ın sanksiyaları şəraitində İranla ticarət etməyə imkan verən mexanizm yaradıb. Vaşintonun Suriyanın şimalında bufer zona ilə bağlı tətbiq etmək istədiyi planı məlum olub. “Nüvə beşliyi” ölkələri Pekində yekun bəyanatı uyğunlaşdırmaqdan imtina ediblər. ABŞ Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında Müqavilədən çıxış proseduruna başlayır.

Azərbaycan, Dağlıq Qarabağ

Yanvarın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda “Rossiya 1” televiziya kanalına müsahibə verib. Həmin müsahibə yanvarın 28-də “Rossiya 24” kanalında yayımlanıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Yanvarın 29-da ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Məlumatda qeyd olunur ki, söhbət zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər, o cümlədən enerji təhlükəsizliyi, təhlükəsizlik sahəsində əməkdaşlıq və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesi müzakirə edilib.

Aprel döyüşləri bütün dünyaya göstərdi ki, Azərbaycan güclü dövlətdir, ölkəmizin güclü ordusu var və xalqımız heç vaxt işğalla barışmayacaq. Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Prezident Sarayında şəhid ailələri ilə görüşündə bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Azərbaycan Avropa İnsan Haqları Məhkəməsində Ermənistana qarşı Qarabağ münaqişəsi kontekstində 50 milyard dollarlıq dövlətlərarası iddia qaldırmağa hazırlaşır. Bu məlumatı Ermənistanın keçmiş baş prokuroru, Avropa İnsan Haqları Məhkəməsində bu ölkənin keçmiş nümayəndəsi Gevorq Kostanyan açıqlayıb.

Dağlıq Qarabağla bağlı məxfi razılaşma yoxdur. Bu barədə Ermənistanın xarici işlər naziri Zoqrab Mnatsakanyan deyib.

Onun sözlərinə görə, vacib məsələlər ətrafında dialoq aparılır: “Lakin heç bir məxfi razılaşma yoxdur, mövqeyimizdə güzəştə getmirik. Ermənistan hələ də əsas məsələ kimi status və təhlükəsizlik amilini prioritet olaraq saxlayır”.

Mnatsakanyan Azərbaycanın işğal edilmiş ərazilərində yaradılan separatçı rejimin danışıqlar masasında tərəf kimi iştirakı tələblərindən də geri çəkilmədiklərini bildirib.

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Paris razılaşması, ardınca Davosda Azərbaycan Prezidenti ilə erməni baş nazirin görüşü Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yeni situasiyanın yarandığını göstərir. Lakin Ermənistan daxilində bu məsələ qarşıdurma mövzusuna çevrilib. Ermənistan rəhbərliyi və bu ölkənin Azərbaycanın işğal edilmiş ərazilərində yaratdığı qondarma rejim arasında “ərazilərin qaytarılması məsələsi” ilə bağlı fikir ayrılığı yaranıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ermənistanda “Daşnaksütyun” partiyası hakimiyyəti Dağlıq Qarabağda sülh nizamlanmasından imtina etməyə çağırıb. Daşnakların yeni sədri Armen Rustamyan ərazilərin qaytarılmasına qarşı olduqlarını bəyan edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Azərbaycan və Ermənistan xarici işlər nazirləri – Elmar Məmmədyarov və Zoqrab Mnatsakanyan fevral aylnda Münhen beynəlxalq təhlükəsizlik konfransında görüşə bilər. Bu haqda Mnatsakanyan bildirib.

“Heç nəyi istisna etmək olmaz. Ənənəyə görə, görüş barədə razılıq əldə olunarsa, bu barədə əvvəlcədən məlumat verəcəyik", - o bildirib.

Xatırladaq ki, nazirlər arasında son görüş yanvarın 16-da Fransanın paytaxtı Parisə görüşüb. Azərbaycan Xarici İşlər Nazirliyindən verilən açıqlamaya görə, görüşdə növbəti ayda danışıqları davam etdirməklə bağlı razılıq əldə olunub.

Azərbaycan və Ermənistan liderlərinin görüşlərini alqışlayırıq, arzulayırıq ki, bu görüşlər davam etsin. Bu haqda Rusiyanın xarici işlər nazirinin müavini Qriqori Karasin İrəvanda mətbuat konfransında bildirib.

“Görüşlər yaxşı hazırlanmalıdır ki, onlar substantiv olsun, real nəticələr və irəliləyiş gətirsinlər”, - , - Q.Karasin bu gün Yerevanda jurnalistlərə bildirib.

O, Dağlıq Qarabağ ətrafındakı beynəlxalq vəziyyətin sabit olmasının mühüm əhəmiyyət daşıdığını söyləyib.

“Bütün həmsədr ölkələr bu fikirdə həmrəydirlər ki, güc ssenariləri qəti şəkildə istisna edilməlidir. Hamı istəyərdi ki, irəliləyiş sürətli olsun. Amma realist olmaq, sağlam düşüncəyə, Azərbaycanla Ermənistan rəhbərləri arasında beynəlxalq birliyin köməyi ilə danışıqlara ümid etmək lazımdır”, - Karasin bildirib.

Dağlıq Qarabağ konflikti genişlənə bilər. Bunu ABŞ Milli Kəşfiyyatının rəhbəri Deniel Kouts Konqresdə çıxışı zamanı deyib. Qlobal təhdidlərlə bağlı hesabatını təqdim edən Kouts bu konfliktə Rusiyanın cəlb edilə biləcəyini bildirib:

“Ermənistan və Azərbaycan arasında gərginlik genişmiqyaslı hərbi konflikt üçün potensial mənbə olaraq qalır. Bu konflikt özünə Rusiyanı cəlb edə bilər”.

“Çiçəklənən Ermənistan” Partiyasının nümayəndə heyəti yanvarın 29-da Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə gəlib. “Jamanak” qəzetinin yazdığına görə, səfərin məqsədi qondarma quruma öz dəstəyini növbəti dəfə ifadə etməkdir.

“Lakin, mümkündür ki, partiya elə vəziyyətə düşüb ki, onun özü Qarabağ hakimiyyətinin köməyini gözləyir. Amma bu, indiki anda çox real deyil”, - nəşr yazıb.

Qeyd edək ki, “Çiçəklənən Ermənistan” Partiyasına milyarder Qagik Çarukyan rəhbərlik edir.

“Artsax”la (Dağlıq Qarabağ – red.) Ermənistan arasında hərbi-siyasi ittifaqın bağlanması “Artsax”ın tanınmasını bildirir. Bu, Azərbaycan tərəfindən kəskin addımlara gətirib çıxaracaq”. Bu haqda “Tert.am”la söhbətində erməni hərbi ekspert, ehtiyatda olan polkovnik Qayk Naqapetyan bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Qarabağ separatçıları arasında yaxın gələcəkdə istefa dalğası davam edəcək. “Qraparak” qəzetinin məlumatına görə, qondarma rejimin “müdafiə naziri” Levon Mnatsakanyandan sonra onun müavini Samvel Karapetyan da istefaya göndərilə bilər.

ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Azərbaycan Prezidenti İlham Əliyevə telefon zəngi Vaşinqtonun Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu nizamlanmasında maraqlı olduğunu göstərir.

Bunu Transatlantik münasibətlər üzrə amerikalı ekspert Piter Teys deyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Azərbaycan bizim atalarımızın vətənidir, hamımızın vətənimizdir. Əziz vətən torpaqlarının erməni işğalı altında olması bizim üçün qəbuledilməz haldır. Torpaqların işğaldan azad edilməsi üçün Vətən Partiyasının lazımi hazırlıqları vardır. Bununla bağlı Rusiya dövləti ilə də lazımi danışıqlar aparırlır və məncə, artıq Rusiya da bu məsələdə həqiqətləri görməyə başlayır. Bunu Türkiyənin Vətən Partiyasının lideri Doğu Perinçek deyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ermənistan

Qarabağ müharibəsində iştirak edən və böyük praktik təcrübəyə malik erməni kadr zabitləri ordudan uzaqlaşdırılır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ermənistan mediasında Türkiyənin Naxçıvana hərbi baza yerləşdirə biləcəyi haqqında iddialar səsləndirilir. Bu iddialar fonunda Ermənistanda ciddi narahatlıqlar yaranıb. “Verelq” saytı yazır ki, Türkiyə bu addımı atarsa, Ermənistan üçün ciddi problemlər yaranacaq.

“Azərbaycan fəal şəkildə silahlanır, Qarabağ münaqişənin hərbi yolla həlli variantı daim masanın bir kənarında gözləyir. Əgər problem sülh yolu ilə həll olunmasa və ərazilər qaytarılmasa, o zaman döyüş başlanacaq. Naxçıvan müharibədə Ermənistana zərbə endirmək üçün əla cəbhə ola bilər”, - deyə sayt yazıb.

Saytın analitikləri qorxularını açıqlayır və qeyd edirlər ki, Qarabağda müharibə başlasa, Naxçıvan cəbhəsi Ermənistanın arxasındakı “Troya atı” ola bilər: “Azərbaycan bütün strateji yolları nəzarətdə saxlayır və döyüş zamanı erməni hərbi birləşmələrini bir-birindən asanlıqla ayıra bilər. Digər tərəfdən, İrəvan da Azərbaycanın Naxçıvanda yerləşdirdiyi ağır artilleriyanın hədəf mənzilindədir”.

Türkiyə, İran, Yaxın Şərq

Türkiyə yaxın vaxtlarda həm İŞİD-in bilərəkdən sağ buraxılan artıqlarını, həm də ölkəmizə qarşı təlim keçən üzvlərini təmizləyəcək. Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

ABŞ-ın “Wall Street Journal” nəşri Vaşintonun Suriyanın şimalında bufer zona ilə bağlı tətbiq etmək istədiyi planı dərc edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) rəsmisi Petrik Şenaxen Suriyada İŞİD terror təşkilatının nəzarətində olan torpaqların 99,5 faiz alındığını, gələcək 2 həftə ərzində isə terror təşkilatının işğalında olan bütün torpaqların geri qaytarılacağını deyib. Şenaxen bu barədə Müdafiə Nazirliyinə təyin edildikdən sonra keçirdiyi mətbuat konfransında danışıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

İsrail bizə qarşı bir müharibəyə başlasa, bu, onun ərazisinin işğalına yol açar. Bu haqda İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) komandirlərindən olan Hüseyn Səlami bildirib.

Tehranın strategiyasının “sionist rejim”i xəritədən silmək olduğunu deyən Səlami İsraili işğal edə biləcəklərini deyib.

Xatırladaq ki, ötən həftə İsrail Suriyada Bəşər Əsəd rejimini dəstəkləyən İran güclərini hədəf aldı. Rusiya hücumda 4 suriyalı əsgərin, İsrail mətbuatı isə 12 iranlı əsgərin öldürüldüyünü açıqlayıb.

İranı Suriyadan yalnız diplomatik yolla çıxara bilərsiniz. Bunu İsrail Hərbi Hava Qüvvələrinin keçmiş komandanı Amir Eşel mətbuat konfransında bildirib. Onun sözlərinə görə, bunu edə biləcək diplomatik cəhdin tək ünvanı var.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ-ın Quru Qüvvələri Komandanlığı İraqın işğalına dair 1300 səhifəlik hesabat hazırlayıb. 2003-2018-ci illərdə İraqda ABŞ-ın hərbi fəaliyyətini əks etdirən hesabatda İrana dair şok ifadələr işlədilib. İraq savaşından ABŞ-ın deyil, İranın qalib çıxdığı bildirilib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ və Taliban fevralın 25-də sülh danışıqlarına başlamaq üçün müvəqqəti razılığa gəlib. Altıgünlük danışıqlardan sonra əldə edilən razılaşmada müqavilənin imzalanmasından 18 ay ərzində ABŞ qoşunlarının ölkədən çıxması məsələsi daxildir. “Röyters” agentliyə danışan bir Amerika rəsmisi söyləyib ki, ABŞ Əfqanıstanda daimi hərbi güc saxlamaq istəmir.

Xatırladaq ki, ötən ilin dekabrında ABŞ prezidenti Donald Tramp Amerika qoşunlarının Suriyadan çəkiləcəyini açıqlayıb.

Rusiya fevral ayında baş tutacaq Fələstin probleminin həllinə dair toplantıya Həmas qruplaşmasını da dəvət edib. Bu barədə hərəkat tərəfindən yazılı açıqlama yayılıb.

Açıqlamada dəvətin Rusiya Şərq Araşdırmaları İnstitutundan gəldiyi də qeyd olunub. Hərəkat bildirib ki, Fələstinin parçalanması probleminin sona çatması üçün bu fürsət dəyərləndiriləcək.

Qeyd edək ki, Fələstinin Moskvadakı səfiri Əbdülhafiz Nofəl şənbə günü verdiyi informasiyada 11 fevral tarixində Moskvada Fələstin qruplarının iştirakı ilə toplantı keçiriləcəyini demişdi.

Toplantıda Fəth, Fələstin Xalq Qurtuluş cəbhəsi, Fələstin Demokratik Xalq Qurtuluş Cəbhəsi, Fələstin Demokratik Birliyi, Fələstin Xalq Mübarizəsi Cəbhəsi və Fələstin Milli Təşəbbüs Hərəkatı iştirak edəcək.

ABŞ-dan Fələstinə göstərilən yardımlarla bağlı açıqlama verilib. Rəsmi Vaşinqton Qəzza zolağı və İordan çayının qərb sahilinə göstərdiyi bütün yardımları dayandırdığını açıqlayıb.

Rusiya, ABŞ, Qərb-Rusiya münasibətləri

ABŞ üç Rusiya şirkəti barəsində 6 aprel 2018-ci il tarixində qəbul edilmiş sanksiyaları ləğv edib. Bu hqda Birləşmiş Ştatların Maliyyə Nazirliyinin nümayəndəsi bildirib.

Bunlar “En+ Group”, “Evrosibenergo” və “Rusal” şirkətləridir.

Xatırladaq ki, ABŞ keçən ilin aprel ayında dövlət hərbi ixracat şirkəti “Rosoboronexport, “GAZ” qrupu, “Russkiye Maşinı”, “Bazoviy Element”, “B-Finance”, “En+ Group”, “Evrosibenergo”, “Rusal”, “Kuban Argo”, “Gazprom Burenie”, “NPV Engineering”, “Ladoga Management” və “Genova” kimi, müxtəlif sahələrdə fəaliyyət göstərən Rusiya şirkətlərinə qarşı sanksiya elan etmişdi.

Rusiya ABŞ-ın kosmik sirrini ifşa edib. Rusiyanın avtomatik xəbərdarlıq kosmik sistemləri ABŞ-a aid bir peykin 2018-ci ildən bəri kosmosda manevrlər etdiyini təsbit edib.

Bu barədə Rusiya Astoronomiya-Kosmos Mərkəzindən informasiya verilib. Xəbərə görə, 23 aprel 2018-ci il tarixində ABŞ-a aid EAGLE daşıyıcı hərbi raketi vasitəsilə USA-285 və USA-286 ikinci dərəcəli peyki kosmosa buraxılıb.

Peyklərin hərəkəti üzərində aparılan araşdırmalarda orbit trayektoriyasında gözlənilməz dəyişikliklər müşahidə edilib. Belə ki, peyklərdən biri daim müxtəlif manevrlər həyata keçirib.

Peyklərin hansı məqsədlə kosmosa göndərildiyi açıqlanmır.

Qərb kəşfiyyat cəmiyyəti Rusiyanın müxtəlif regionlarında mümkün hərbi münaqişələrin ssenarilərini araşdırır. Bu haqda Rusiyanın daxili işlər nazirinin müavini İqor Zubov bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiyaya hücumun istənilən ssenarisi halında, təcavüzkar tamamilə məhv ediləcək. Belə fikirlə “Ulduz” həftəliyində “Vətənin arsenalı” jurnalının hərbi eksperti Aleksey Leonkov çıxış edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında Müqavilədən çıxış proseduruna başlayır. Bu haqda ABŞ prezidenti Donald Tramp bildirib.

“Rusiya çox uzun müddətdir ki, qadağan edilmiş raket sistemini gizli hazırlayaraq müqaviləni pozurdu. ABŞ sabah müqavilə üzrə öz öhdəliklərini dayandıracaq və müqavilədən çıxış prosesinə başlayacaq. Əgər Rusiya müqaviləni pozan bütün raketləri və onlarla bağlı avadanlıqları məhv edərək müqavilənin yerinə yetirilməsinə qayıtmasa, prosedur 6 ay sonra başa çatacaq”, - Trampın bəyanatında deyilir.

ABŞ-ın Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında Müqavilədən çıxışı Avropanın təhlükəsizliyini təhlükə altına qoyacaq. Bu haqda Avropa Parlamentinin böyüklüyünə görə ikinci fraksiyası olan “Sosialistlərin və demokratların proqressiv ittifaqı”nın lideri Udo Bulman bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

2016-cı ildə ABŞ-da prezident seçkilərinə Rusiyanın müdaxiləsi üzrə araşdırma sürətlə tamamlanır. Bu haqda ABŞ-ın Baş prokuroru vəzifəsini icra edən Metyu Uitaker bildirib.

Məmurun sözlərinə görə, araşdırma tezliklə başa çatacaq. Seçkilərə Rusiya müdaxiləsi üzrə araşdırmanı xüsusi prokuror Robert Müller aparır.

“Nüvə beşliyi” ölkələri Pekində yekun bəyanatı uyğunlaşdırmaqdan imtina ediblər. Bu haqda Rusiyanın Xarici İşlər Nazirliyinin başçının müavini Sergey Ryabkov Pekində “nüvə beşliyi”nin görüşündə çıxışı zamanı deyib.

O, vəziyyəti çox ciddi adlandırıb. Sergey Ryabkov qeyd edib ki, dünyada konflikt potensialının səviyyəsi təhlükəli həddə çatıb.

Qeyd edək ki, “nüvə beşliyi” nüvə silahına malik ölkələrin qeyri-formal birləşməsidir. Onun tərkibinə Rusiya, Çin, Böyük Britaniya, ABŞ və Fransa daxildir.

ABŞ Prezidenti Donald Trampın nüvə zərbəsinin endirilməsi ilə bağlı hüququnun məhdudlaşdırılması yönündə bu həftə ABŞ Konqresində iki təklif irəli sürülüb. Bu barədə qanun layihəsinin müəllifləri məlumat yayıb.

Almaniya, Fransa və Böyük Britaniya Avropa şirkətlərinə ABŞ-ın sanksiyaları şəraitində İranla ticarət etməyə imkan verən mexanizm yaradıb. Bu haqda NDR teleradio şirkəti bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Koreya böhranı

ABŞ Prezidenti Donald Tramp və Koreya Xalq Demopkratik Respublikasının (KXDR) Kim Çen In fevralın sonunda Vyetnamın Dananq şəhərinə görüşəcək. Tərəflər fevralın sonunda ikinci Amerika-KXDR sammitinin keçirilməsi üzrə razılığa gəliblər.

Nəşrə bu haqda sammitə hazırlığın gedişi ilə tanış olan mənbələr bildiriblər.

Qeyd edək ki, dövlət liderlərinin birinci görüşü ötən ilin iyunda Sinqapurda keçirilib. Tərəflər Koreya yarımadasının denuklearizasiyası və qərb koalisiyası tərəfindən Pxenyana təzyiqin azaldılması barədə razılaşıblar.

ABŞ Prezidenti Donald Trampın KXDR lideri Kim Çen Inla yeni görüşünün vaxtı və yeri gələn həftə açıqlana bilər. Amerika lideri bu barədə cümə axşamı günü Ağ evdə jurnalistlərə bildirib. Görüşün fevralın sonlarında keçirilməli olduğunu xatırladan Tramp deyib: “Biz bunu çox tezliklə, ola bilsin ki, gələn həftə elan edəcəyik”.

ABŞ Prezidenti, həmçinin qeyd edib ki, Şimali Koreya ilə böyük irəliləyişə nail olunub.

Ukrayna

2019-cu ildə Rusiya ilə Ukrayna arasında gərginlik arta bilər, amma Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi inandırıcı görünmür. Bunu ABŞ Milli Kəşfiyyatının rəhbəri Deniel Kouts Konqresdə çıxışı zamanı deyib. O, həmçinin Azov və Qara dəniz regionlarında da gərginliyin güclənə biləcəyini vurğulayıb.

Kouts həmçinin Rusiyanın Ukraynanın hərbi-siyasi və iqtisadi destabilizasiyasını davam etdirəcəyini, Kiyevin AB və NATO-ya inteqrasiyasına qarşı çıxacağını bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm