"Bu, Prezidentin iş prinsipinin ana xəttini təşkil edir" - Millət vəkili
Bizi izləyin

Nida Təhlil

"Bu, Prezidentin iş prinsipinin ana xəttini təşkil edir" - Millət vəkili

“Son 15 ildə - prezidentliyi dövründə də İlham Əliyevin vətəndaşlara olan münasibəti dəyişməyib. Onlarla daim təmasda olur, söhbət edir, problemlərini dinləyir. Dünən Beyləqana təşkil edilən səfər də onun sosial siyasətinin bir parçası oldu”.

Bu sözləri Publika.az-a açıqlamasında millət vəkili Aydın Hüseynov səsləndirib.

Millət vəkili bildirib ki, cənab prezident regionlara səfərini nəzərindən qaçırmır və mütəmadi təşkil olunmasına diqqət edir:

“Ümumilikdə, Regionların Sosial-iqtisadi İnkişafı Dövlət Proqramının tərtib olunması, regionların inkişafı üçün tez-tez səfərlər gerçəkləşdirməsi, reallaşdırılmış hər bir layihənin həm həyata keçirilməsində, həm açılışında iştirak etməsi prezidentin diqqət yetirdiyi ən əsas məsələlərdəndir. Paytaxta geri qayıtdıqdan sonra sadə vətəndaşlardan dinlədiyi problemlərin dərindən araşdırılıb həlli üçün tapşırıqlar verməsi prezidentin iş prinsipinin ana xəttini təşkil edir. Biz görürük ki, prezidentimiz regionlara səfəri zamanı ən çox sakinlərlə görüşməyə üstünlük verir. Bu, İlham Əliyevin həyat fəaliyyətinin bir hissəsidir. Çünki o, daim bu addımları atıb. Hələ 1995-ci ildə Qaradağın millət vəkili olarkən belə təşəbbüslər irəli sürürdü. Mütəmadi olaraq Qaradağa gəlirdi, sakinlərlə ünsiyyətdə olurdu. Səmimi mehriban atmosfer yaradılırdı. Bu da cənab prezidentin şəxsi xarakterindən irəli gələn məsələlər idi. O, dövlət idarəçiliyi, prezident vəzifəsini icra etməklə yanaşı, öz xarakterik keyfiyyətlərini də ortaya qoymağı unutmur. Biz həm də onu gördük ki, sadə vətəndaşlar öz prezidentlərinə necə isti münasibət bəsləyirlər. Doğma, mehriban münasibətlə qarşılayırlar. Beləliklə, prezidentlə vətəndaşlar arasında səmimi ünsiyyət, qarşılıqlı ehtiram yaranıb”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm