Dünyanı gözləyən TƏHLÜKƏ, Qarabağda İLK DƏFƏ... – GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Dünyanı gözləyən TƏHLÜKƏ, Qarabağda İLK DƏFƏ... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Martın 11-də Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb. Ermənistanın baş naziri Nikol Paşinyan işğal altında olan Dağlıq Qarabağ bölgəsinə gəlib. Stokholm Beynəlxalq Sülh Problemləri İnstitutu (SİPRİ) illik hesabatını yayıb. Pakistan və Hindistan arasında gərginliyi artıracaq növbəti hadisə baş verib. Ukrayna Ali Radasının deputatı Sergey Leşenko seçkiləri uduzacağı halda, Ukrayna prezidenti Pyotr Poroşenkonun qaça biləcəyi ölkələri açıqlayıb.

Martın 11-də Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb. Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimlərə 10.000 nəfərədək şəxsi heyət, 500-dək tank, zirehli texnika, eləcə də avtomobil və xüsusi texnika, 300-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 20-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunub.

Təlimlər martın 15-dək davam edəcək.

Ermənistanın baş naziri Nikol Paşinyan işğal altında olan Dağlıq Qarabağ bölgəsinə gəlib. Paşinyanı Xankəndi aeroportunda “DQR”in rəhbəri Bako Saakyan və arvadı Anait Saakyan qarşılayıb.

Martın 12-də isə Xankəndidə Ermənistan Milli Təhlükəsizlik Şurasının iclası keçiriləcək. Bu, ilk belə hadisədir.

Stokholm Beynəlxalq Sülh Problemləri İnstitutu (SİPRİ) illik hesabatını yayıb. Təşkilat öz hesabatında dünyanın ən böyük silah satışının siyahısını tərtib edib. Hesabata əsasən, 2014-2018-ci illərdə dünyada silah ixracı 2009-2013-cü ildəki göstəricidən 7,8%, 2004-2008-ci ildəkindən isə 23% artıq olub.

2014-2018-ci illərdə dünyanın ən böyük silah satıcıları ABŞ, Rusiya, Çin, Fransa və Almaniya olub. Ümumdünya silah ixracının 75%-i bu ölkələrin payına düşüb. 2014-2018-ci illər arasında ən böyük silah idxalçıları Səudiyyə Ərəbistanı, Hindistan, Misir, Avstraliya və Əlcəzair olub.

Azərbaycan (23-cü yer) da SİPRİ-nin siyahısında yer alıb. Belə ki, ölkəmiz 2014-2018-ci illərdə silah idxalını 15% artırıb və dünyada silah idxalatının 1,3%-nə sahib olub. İdxal etdiyimiz silahların 51%-i Rusiyanın, 43%-i İsrailin, 2,8%-i isə Türkiyənin payına düşüb.

“ABŞ Türkiyəyə sanksiya tətbiq etsə, bunun cavabı çox ağır olacaq”. Bu sözləri təqaüddə olan türk admiral Əli Dəniz Qultuq deyib.

Admiralın sözlərinə görə, Türkiyənin ABŞ-ın sanksiyalarına qarşı çox fərqli cavab kartları var:

“Ən sadəsindən, məsələn, Türkiyənin hava sahəsi ABŞ təyyarələrinin üzünə bağlansa, ABŞ Yaxın Şərqin geniş bir bölgəsində ciddi zərər görər. İncirlik bazasının bağlanması da yenə ilk mərhələdə ABŞ-ı ciddi şəkildə çətinliyə sürükləyər. Təbii ki, proses daha da irəliləsə, Türkiyənin istifadə edə biləcəyi daha başqa yollar da olacaq”.

Qeyd edək ki, ABŞ Türkiyənin Rusiyadan aldığı S-400 zenit raket kompleksinin təhvil tarixi yaxınlaşdıqca Ankaranı müxtəlif sanksiyalarla təhdid edir.

Suriyaya qarşı müharibə indi iqtisadi sanksiyalar və blokadalar formasında aparılır. Bu sözləri Suriya lideri Bəşər Əsəd deyib.

“Beynəlxalq siyasətçilərin alətləri dəyişib: az əvvəl dialoq yolunu tutub, sonradan bu istiqaməti dəyişənlər var. Müxtəlif metodlar istifadə edilir: boykot, səfirlərin geri çağırılması, iqtisadi sanksiya, terrordan istifadə...” - Suriya dövlət başçısı bildirib.

Hazırda İŞİD üzvləri Suriya və İraqda pərən-pərən olsalar da, mövcudluqlarını qoruyub saxlaya bilirlər. Bu sözləri ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton deyib.

"Fakt budur ki, İŞİD hələ də real təhlükə olaraq qalır. ABŞ-ın İraq və Suriyada mövcudluğunun əsas səbəbi İŞİD-in yenidən qayıtma ehtimalıdır. Əgər İŞİD növbəti dəfə üzə çıxsa, dərhal müdaxilə edəcəyik", - Bolton bildirib.

O, İŞİD-in dirilişinin qarşısını almaq üçün ingilis və fransız həmkarları ilə danışıqlar apardığını qeyd edib.

Berlinin “Şimal axını-2” qaz kəmərinin tikintisi layihəsindən imtina etməsi üçün uzun illərdir səy göstərən Vaşinqton layihəyə qarşı sanksiyalar tətbiq etməyə hazırlaşır. Bu haqda mənbələrə istinadən “The Wall Street Journal” qəzeti yazıb.

Nəşr yazır ki, ABŞ-ın yeni sanksiyaları Almaniyada NATO üzvünə qarşı təcavüz kimi qəbul ediləcək.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Pakistan və Hindistan arasında gərginliyi artıracaq növbəti hadisə baş verib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ukrayna Ali Radasının deputatı Sergey Leşenko seçkiləri uduzacağı halda, Ukrayna prezidenti Pyotr Poroşenkonun qaça biləcəyi ölkələri açıqlayıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm