Nida Təhlil
Azərbaycanda gimnastikanın inkişafı Mehriban Əliyevanın adı ilə bağlıdır
Birinci vitse-prezident Mehriban Əliyevanın Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilməsi ilə ölkədə bu idman növü inkişaf etməyə başladı.
Publika.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Azərbaycan Gimnastika Federasiyasının baş katibi Nurlana Məmmədzadə deyib.
N.Məmmədzadə qeyd edib: "Birinci vitse-prezident Mehriban Əliyeva 2002-ci ildə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçildi. Bu dövrdən etibarən ölkədə gimnastika inkişaf etməyə başladı. Bu gün federasiyamız Beynəlxalq Gimnastika Federasiyasının tanıdığı 6 gimnastika növünü uğurla inkişaf etdirir".
O bildirib ki, 2016-ci ildən başlayaraq Azərbaycan hər il gimnastikanın üç Olimpiya növü üzrə Dünya kubokları təşkil edir: "Hazırda Bakıda kişi və qadın idman gimnastikası üzrə Dünya Kuboku keçirilir. Turnir Tokio-2020 Yay Olimpiya Oyunlarına təsnifat xarakterli olması ilə fərqlənir. Bu yarışın əhəmiyyəti həm məşqçi və idmançılar, həm də təşkilatçılar üçün çox böyükdür".
Cari turnirin digər Dünya kuboklarından fərqindən danışan federasiyanın baş katibi deyib ki, adi Dünya kuboklarında Beynəlxalq Gimnastika Federasiyasından yalnız bir texniki nümayəndə dəvət olunur. Bu il texniki nümayəndələrdən başqa, alətlər üzrə supervayzer funksiyasını yerinə yetirən hakimlər, eləcə də hakim-referentlər dəvət edilib”.
N.Məmmədzadənin sözlərinə görə, yarışlar təsnifat xarakterli olduğu üçün iştirakçıların sayı çoxdur: “Ötənilki Dünya Kuboku ilə müqayisə etsək görərik ki, iştirakçı ölkələrin sayı iki dəfə artıb. Belə ki, bu il yarışda 41 ölkənin idmançıları iştirak edir”.
“May ayında Bakıda bədii gimnastika və aerobika gimnastikası üzrə Avropa çempionatları keçiriləcək. İyul ayında Bakıda Avropa Gənclər Olimpiya Festivalı keçiriləcək. Bu tədbirdə gimnastikanın iki növü – kişi və qadın idman gimnastikası yer alıb. Bundan başqa, sentyabrda bizi bədii gimnastika üzrə dünya çempionatı gözləyir. Burada 55-dən çox ölkənin iştirakı planlaşdırılır. Bu çempionat da Olimpiya Oyunları üçün təsnifat xarakteri daşıyacaq”.
Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kuboku çərçivəsində yarışların ikinci günü keçirilir.
Martın 17-nə qədər davam edəcək yarışların ilk günündə təmsilçilərimizdən Murad Ağarzayev (sərbəst hərəkətlər), Nikita Simonov (halqalar) və Marina Nekrasova (dayaqlı tullanma, gimnastika tiri) final mərhələsinə vəsiqə qazanıblar.
Dördgünlük turnir Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq istəyən gimnastlar üçün mühüm keçid rolunu oynayacaq. Belə ki, olimpiyadaya təsnifat xarakterli bu yarışda iştirak etmək üçün 41 ölkə qeydiyyatdan keçib. Medallar və lisenziya xalları uğrunda isə 121 kişi və 49 qadın idman gimnast mübarizə aparır.
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO