Vaşinqtonun 18 il sonra Qarabağ gedişi - Nələr gözlənilir?
Bizi izləyin

Nida Təhlil

Vaşinqtonun 18 il sonra Qarabağ gedişi - Nələr gözlənilir?

“Vaşinqton Azərbaycan və Ermənistan liderlərini öz ərazisində görüşdürmək istəyir. Bu baş tutsa 18 illik uzun fasilədən sonra ABŞ ərazisində ilk bu növ görüş olacaq. Sonuncu dəfə Azərbaycan və Ermənistan liderləri 2001-ci ildə ABŞ-ın Ki-Uest şəhərciyində görüşmüşdülər. Masa üzərinə sazişin mətni qoyulsa da, imzalanmadı. Çünki Azərbaycanın təhlükəsizlik maraqlarına cavab vermirdi”.

Publika.az
xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu deyib.



Onun sözlərinə görə, budəfəki görüşdən iki səbəbə görə real nəticə gözləmək çətindir.

“Birinci səbəb odur ki, Ermənistanın baş naziri Nikol Paşinyan münaqişənin köklü həllinə hazır deyil, o sadəcə bu mövzuları müzakirə etməyə hazırdır: Atəşkəsi necə qoruyaq, inam atmosferini necə yaradaq, gediş-gəlişi bərpa edək. Bu mövzular isə münaqişə həll olunmadan bizi maraqlandırmır, maraqlandırmamalıdır da. Çünki bu detallar münaqişənin uzanmasına xidmət edir ki, bu da Ermənistanın maraqlarına uyğundur. Vaşinqton görüşünün nəticəsiz qalmasına dəlalət edəcək ikinci səbəb Ermənistan hakimiyyətinin əvvəlki kimi Moskvadan asılı olmasıdır. ABŞ hazırda Rusiyanın rəqibidir, demək olar ki, bütün məsələlərdə fərqli mövqelərə malikdirlər, üstəgəl Amerikanın Rusiyaya qarşı sanksiyaları mövcuddur. Belə şəraitdə Moskva Vaşinqtonda Azərbaycan və Ermənistan liderlərinin görüşündə uğur qazanılmasını istəməz. Görüşün Vaşinqtonda görüşü həm də o deməkdir ki, Amerika da Cənubi Qafqazda söz sahibi olduğuna eyham vurur. Kreml isə bu cür eyhamları rədd edir və ABŞ-ın Cənubi Qafqazdakı varlığına qısqanc yanaşır. Ona görə də Kreml İrəvanın əli ilə Amerikanın Dağlıq Qarabağ münaqişəsinin həllindəki mümkün fəallığıan mane olmağa çalışacaq”, - deyə politoloq qeyd edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm