• USD 1,7000 0,00% EUR 1,8701 -0,13%
    • GBP 2,1822 -0,10% RUB 0,0264 -0,38%

Rusiya ilə ABŞ arasında MƏXFİ ANLAŞMA: Türkiyə... - "Dağıdıcı uğur"un ŞOK DETALLARI

Rusiya ilə ABŞ arasında MƏXFİ ANLAŞMA: Türkiyə... - "Dağıdıcı uğur"un ŞOK DETALLARI

ABŞ dövlət katibi Mayk Pompeonun Soçiyə gəlməsi və Rusiya prezidenti Vladimir Putinlə görüşü haqqında “Suriya məsələsində ciddi anlaşmalar əldə etdik, lakin bunu açıqlamayacağam” deməsi Vaşinqton-Moskva arasında gizli anlaşmaya dair ehtimalı önə çıxardı.

Publika.az
türkiyəli yazar Mehmet Acetin ABŞ-Rusiya arasındakı gizli anlaşmanın detallarından bəhs edən köşə yazısını təqdim edir:

2015-ci ilin sentyabr ayının ilk günlərində Əsəd rejimi müharibənin başlanmasından sonra ilk dəfə çətin vəziyyətə düşdü. Müxaliflər Suriya torpaqlarının 70 faizini ələ keçirmişdi, rejimin paytaxtı Şamın sərhədlərinə çatırdı. Bəşər Əsəd “artıq dayanacaq gücümüz qalmadı” açıqlamasını verdi.

Baş verənlərin fonunda 2015-ci ilin sentyabr ayının son həftəsində Türkiyə kəşfiyyatına Suriyadakı müharibənin gedişatını kökdən dəyişdirəcək bir informasiya gəldi: Ruslar qısa müddətdə Suriyaya müdaxilə edəcək, hava əməliyyatlarına başlayacaq.

Məlumat doğru çıxdı, 30 sentyabrdan etibarən Rusiya terrorla mübarizə adı altında İŞİD hədəflərini, əslində isə Türkiyənin dəstək verdiyi Azad Suriya Ordusunun mövqelərini bombalamağa başladı. Zaman keçdikcə müxaliflərin gücü zəiflədi.

Rusiyanı Suriyaya ABŞ gətirib

Keçmiş prezident Barak Obama dövründə müdafiə nazirinin müavini olan Endrü Ekzam 2015-ci ildə Bəşər Əsəd rejiminin qəfil devrilməsindən narahat olan ABŞ-ın Rusiya ilə müzakirələr apardığını açıqladı.

Ekzam həmin vaxt Obamanın “Əsəd rejiminin qəfil məğlubiyyətinin həm Suriyada tamamilə qarışıq vəziyyətin yaranmasına, həm də İsrailin təhlükəsizliyinin təhlükə altına düşməsinə səbəb olacağından narahatlıq keçirdiyini” bildirdi.

Bu açıqlamanın ardınca Obama təlimat verir, Rusiya ilə təmaslar qurulur. Nə üçün? Rusiyanın Suriyaya müdaxilə edib, müharibənin gedişatını dəyişdirərək, rejimi xilas etməsi üçün...

Suriyada ABŞ-Rusiya paslaşması “açıq sirr” idi

Ekzam bu planı “Dağıdıcı uğur” adının qoyduqlarını açıqladı. Niyə “Dağıdıcı uğur?”.

Suriyanın bütün enerjisini tükəndirmək, şəhərlərini dağıtmaq, bununla da İsrailin təhlükəsizliyini zəmanət altında almaq.

2015-ci ilin sentyabrından sonra Rusiyanın Suriyada Əsəd rejimi ilə birlikdə sivillərə hücumlarının səssiz və gülümsəyərək izlənilməsinin səbəbi də bu idi. Rusların Suriyaya ABŞ-la razılaşdırılmış şəkildə girdiyi sirr deyil. Əslində 2015-ci ilin sentyabr ayında ABŞ Rusiyanı Suriyaya girməyə təşviq etməsəydi, son 4 ildə Türkiyə üçün də hadisələr başqa cür olacaqdı.

Pompeo-Putin görüşü

Həmin tarxdən 4 il keçir, Soçidə Pompeo ilə Putin görüşdü. Görüş olduqca diqqətçəkən oldu.

“Soçidə Putinlə keçirdiyimiz görüşdə Suriya məsələsində çox gözəl razılaşmalar əldə etdik, lakin bunları açıqlamayacam”.

Pompeo Soçi görüşü haqqında bunları dedi. Onun “açıqlamayacam” dediyi razılaşmalar arasında Türkiyəni yaxından maraqlandıran “təhlükəsiz bölgə” məsələsi də varmı?

Asif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR