Paşinyandan Qarabağla bağlı SENSASİON ADDIM: ermənilər Bakıya üz tutur
Bizi izləyin

Nida Təhlil

Paşinyandan Qarabağla bağlı SENSASİON ADDIM: ermənilər Bakıya üz tutur

Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərində yaradılan separatçı “DQR”-in maliyyə xahişini rədd edib.

Publika.az
xəbər verir ki, bu barədə Ermənistanın “Politik” nəşri yazıb.

Nəşr qeyd edir ki, Paşinyan hökuməti separatçılara maliyyə dəstəyinin verilməsi üçün qondarma rejimin “təhlükəsizlik şurasının katibi” Vitali Balasanyanın istefası şərtini irəli sürüb.

Separatçıların maliyyə xahişləri artıq iki aydır İrəvan tərəfindən rədd edilir. Nəşrin mənbələri bildirir ki, bu, Ermənistan tərəfindən “DQR”-ə ilk sanksiya hadisəsidir. Separatçı rejimin rəhbəri daha əvvəl Vitali Balasanyanla görüşüb, Paşinyanın istefa tələbini ona çatdırıb.

Ermənistanda Paşinyan hakimiyyəti ilə separatçıların mübarizəsi qızışır. Nikol Paşinyan Balasanyan da daxil olmaqla separatçı rejimin hərbi rəhbərliyini Azərbaycan və Ermənistan arasında yeni müharibənin alovlandırılmasına görə ittiham edib. Bununla yanaşı, separatçı rejimin keçmiş rəhbəri Arkadi Qukasyanla indiki rəhbəri Bako Saakyan keçmiş prezident Robert Koçaryana azad olunması üçün zamin durublar.

Separatçıların maliyyə yardımının kəsilməsi isə böhranı daha da dərinləşdirib. Mümkündür ki, Paşinyanın komandasının separatçılara maliyyə yardımını verməməsi iki hədəfə hesablanıb: birincisi, Paşinyanın istəmədiyi şəxslər istefaya göndəriləcək, ikincisi, Qarabağdakı ermənilər iqtisadi çətinliyə görə rejimə qarşı etiraz edəcəklər. Əsas məqsəd keçmiş hakimiyyətə yaxın olan separatçı rejimin rəhbərliyinin təmizlənməsidir. Lakin bu situasiya Azərbaycanın da əlini gücləndirə bilər. Çünki Qarabağdakı ermənilər nə qədər iqtisadi çətinliklə qarşılaşsalar, bu, onlar üçün Azərbaycanı daha çox cəzbedici edəcək. Bu, rəsmi Bakının Qarabağa Azərbaycanın tərkibində muxtariyyətin verilməsi və oradakı ermənilərin Azərbaycan vətəndaşı olaraq daha yaxşı yaşaması təklifinin qəbul edilməsi ilə nəticələnə bilər.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm