Paşinyan erməni xalqı ilə belə məzələndi: "Əhalini..."
Bizi izləyin

Nida Təhlil

Paşinyan erməni xalqı ilə belə məzələndi: "Əhalini..."

“Əlbəttə, Nikol Paşinyanın Dağlıq Qarabağa gəlişi və Xankəndidə söylədiyi “Qarabağ Ermənistandır” açıqlaması əsəblərimizə toxunur”.

Publika.az xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu qeyd edib.

Politoloq bildirib ki, Paşinyanın çıxışının tam mətni ilə tanış olduqdan sonra onun ermənilərlə məzələndiyi görünür. “Görün Xankəndidə nələr deyib: “2050-ci il üçün Ermənistanın əhalisini 5 milyon çatdırmalıyıq. Ermənistanda 1,5 milyon iş yeri yaratmalıyıq. Ermənistanın ümumdaxili məhsulunu 15 dəfə artırmalıyıq. Ermənistanda 5 texnoloji şirkət yaratmaqla 10 milyard dollar gəlir əldə etməliyik. Ermənistanda orta aylıq əmək haqqını 7 dəfə, səhiyyənin maliyyələşdirməsini 20 dəfə artırmalıyıq. Ermənistana hər il 15 milyon turistin gəlişini təmin etməliyik. Ermənistan futbol üzrə dünya çempionu olmalıdır". Sonuncu istəyi ilə lap gül vurub. Bütün bunları o şəxs deyir ki, bir gün əvvəl statusunda bunları yazmışdı: “Ermənistanda heç bir problemi həll etmək mümkün deyil. Dövlət strukturları paralic vəziyyətdədir və bunda keçmiş hakimiyyət günahkardır. Dövlətimiz uğursuzluğa düçar olub”. Bugünkü çıxışında ermənilərlə məzələnən Nikol Paşinyan bir gün əvvəlki statusunda daha ciddi idi. Yeganə uğurları torpaqlarımızı 25 ildir işğal altında saxlamalarıdır ki, bu yeganə uğurlarını uğursuzluğa çevirməyi sürətləndirməliyik!”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm