Nida Təhlil
"Ukraynada baş verən hadisələr Azərbaycan üçün nümunə ola bilməz"
“Deputatların toxunulmazlığı məsələsi dünyanın əksər dövlətlərində tətbiq olunur. Bu, Azərbaycanın icad etdiyi bir yenilik deyil”.
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
Millət vəkili bildirib ki, dünyanın bütün sivil ölkələrində deputatların toxunulmazlıq hüququna malik olma yanaşması var: “Yəni xalqın seçdiyi nümayəndələr toxunulmazlıq hüququna malikdirlər. Bu da onların xalqın mənafeyini müdafiə etmək işində mövqelərini möhkəmləndirən amil kimi qəbul olunub. Son zamanlar Ukraynada deputat toxunulmazlığının ləğvi gündəmə gəlib. Əvvəla, onu qeyd edim ki, bu Ukraynanın düşdüyü mövcud siyasi reallıqlardan qaynaqlanan məsələdir. Ukraynada artıq hakimiyyət dəyişikliyi baş tutub və Poroşenkonu Zelenski əvəzləyib. Onun fəaliyyətində diqqətdən yayınmayan cəhət odur ki, Zelenski köhnə hakimiyyəti korrupsiya, rüşvətxorluq kimi ağır cinayətlərdə ittiham edir. Nəzərə alsaq ki, yeni prezidentin ittiham etdiyi şəxslərin çoxu deputatdır, hətta Poroşenkonun özü də deputatdır, belə olan halda, onlara cinayət işi açmaq mümkün deyil. Zelenskinin fikrinə görə, bu insanlar cinayət törədiblər. Ukraynanın milli dövlətçiliyinin əleyhinə fəaliyyət göstəriblər. Lakin onların toxunulmazlığı olduğuna görə, cinayət məsuliyyətinə cəlb etmək olmur. Bu reallığın diktəsi altında Ukrayna prezidenti deputatların toxunulmazlığının ləğv edilməsi təklifini irəli sürüb. Bu istiqamətdə də ciddi işlər görülməkdədir. Lakin bu o demək deyil ki, bu vəziyyət başqa ölkələr üçün nümunə olmalıdır. Azərbaycana gəldikdə, bu məsələ ölkəmizdə müzakirə predmeti deyil. Çünki Azərbaycanın 90-cı illərin əvvəllərində keçdiyi mübarizə yolunu Ukrayna bu gün keçməkdədir. Biz bütün o məhrumiyyətləri həmin dövrdə yaşamışıq. Buna görə də bu gün Ukraynada baş verən hadisələr Azərbaycan üçün nümunə ola bilməz”.
-
Nida Xəbər 16:05İlham Əliyevdən Ərdoğana: Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir
-
Nida Xəbər 16:01Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər - CANLI
-
Nida Xəbər 15:21Prezidentin sosial media hesablarında Ərdoğanın səfəri ilə bağlı videoçarx paylaşıldı
-
Nida Xəbər 15:10Ərdoğan Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
-
Nida Təhlil 14:19Məhv edilən “şeytan yuvası”nda Zəfər Muzeyi – “Bakıda çay içmək” arzuları reallaşdı
-
Ekologiya12:51Leysan yağacaq, şimşək çaxacaq - Sabahın hava proqnozu
-
Nida Xəbər 12:32Azərbaycan Prezidenti: Ermənistanın etirafına görə, onların ordusunda 12 minə yaxın fərari oldu
-
Nida Xəbər 12:26Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - Video(Yeniləndi)



































.jpg)

