Rusiyadan Bakıya MESAJ: "Bizimlə sərt danışmayın"
Bizi izləyin

Nida Təhlil

Rusiyadan Bakıya MESAJ: "Bizimlə sərt danışmayın"

“Rusiya Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ separatçılarının Moskvaya səfərləri ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin notasına cavab verib. Rusiya XİN-nin bəyanatında həmişəki cümlələr təkrarlanıb - "separatçılarla heç bir rəsmi görüş keçirilməyib, özünü “Dağlıq Qarabağın Rusiyadakı daimi nümayəndəliyi” adlandıran qurum qeydiyyatdan keçməyib". Yəni guya "təmsilçilik" özbaşına fəaliyyət göstərir”

Publika.az xəbər verir ki, bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu qeyd edib.

Poltoloq bildirib ki, bu cümlələrdə yeni heç nə yoxdur. Fokusu başqa istiqamətə yönləndirmək lazımdır: “Bəyanatın bir başqa cümləsi diqqətimi çəkdi:“Rusiya tərəfinə olan etirazların əsası yoxdur, ümumi ton isə Rusiya-Azərbaycan münasibətlərinin səviyyəsinə uyğun deyil”. Bu cümlə Bakıya mesajdır ki, “bizimlə sərt tonda danışmayın”. Bəs necə danışaq? Separatçıların Moskvaya səfərlərinə və keçirdikləri görüşlərə göz yummalıyıq? Separatçıların Vaşinqtondakı görüşlərinə görə Amerikaya nota veririksə, separatçıların Moskvadakı görüşlərinə görə də Rusiyaya nota verməliyik. Aralarında heç bir fərq yoxdur. Əks halda, biz Azərbaycan XİN-ni günahlandırarıq ki, Amerikaya sözünü deyir, separatçıların Rusiyaya səfərlərini isə görməzlikdən gəlir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm