Bəzi binalar niyə istiliklə təmin edilməyib? - RƏSMİ
Bizi izləyin

Nida Təhlil

Bəzi binalar niyə istiliklə təmin edilməyib? - RƏSMİ

Hər il olduğu kimi bu il də noyabrın 15-dən “Azəristiliktəchizat” ASC ölkədəki binaları istilik enerjisi ilə təmin edib. Lakin vətəndaşların bir qismi istilik enerjisi ilə təmin olunmadığından şikayətlənir.

Məsələ ilə bağlı Publika.az-a açıqlama verən qurumun Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev bildirib ki, bütün qazanxanalar və məntəqələr aktiv şəkildə fəaliyyət göstərir.

Qurum rəsmisi əlavə edib ki, əgər hansısa binada problem varsa, bunlar mütəmadi olaraq araşdırılır: “Bəzi binaların zirzəmilərində aşağı paylama istilik sistemində vintillər oğurlanır, belə hallarla da qarşılaşırıq. Onların istismarına, qorunmasına bina mülkiyyətçisi cavabdehdir. Bizə belə müraciətlər gəldikdə araşdırırıq, polisə veririk, ya da bina mülkiyyətçisinə müraciət edirik ki, tapın, bərpa edin”.

Məhərrəm Əliyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm