Bu dalğa Milli Məclisi də əhatə etməlidir - POLİTOLOQ
Bizi izləyin

Nida Təhlil

Bu dalğa Milli Məclisi də əhatə etməlidir - POLİTOLOQ

“Ölkədə iqtisadi və sosial sahələrdə islahatlar gedirsə, kadr dəyişikliyi aparılırsa, bu, Milli Məclisi də əhatə etməlidir”.

Bu fikirləri Publika.az-a açıqlamasında sabiq diplomat, Qərbi Kaspi Universitetinin professoru Fikrət Sadıqov Milli Məclisin buraxılması ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.

Politoloq bildirib ki, bizim qanunverici orqanımız daha müasir, günün tələblərinə uyğun cavab verən qurum olmalıdır: “Düşünürəm ki, bu istiqamətdə atılan addımlar da kadr dəyişikliyinə yönəlib. Əsas məqsəd də budur. Bəzi təfərrüatlar aydın olduqdan sonra bu barədə daha ətraflı müzakirə aparmaq olar. Dövlət başçımız bildirib ki, gənc kadrların təcrübəli kadrlarla yanaşı işləməyi əsl dinamikanın göstəricisidir. Təcrübə və gənclik sintez olunmalıdır. Bu çərçivədə əlbəttə ki, gənclər parlamentə seçilsə, bu, parlamentin işinə daha çox fayda verə bilər”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm