2 ay öncə mat olan Paşinyanı Əliyevlə çətin şam yeməyi gözləyir
Bizi izləyin

Nida Təhlil

2 ay öncə mat olan Paşinyanı Əliyevlə çətin şam yeməyi gözləyir

Bu gün Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-rəsmi sammiti keçiriləcək.

Publika.az
xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinin dəvəti ilə sammitdə iştirak edəcək.

Mümkündür ki, sammit çərçivəsində Azərbaycan liderinin Ermənistanın baş naziri Nikol Paşinyanla hansısa təmasları olsun, lakin rəsmi olaraq, iki ölkənin rəhbərinin görüşü gözlənilmir.

Ermənistanın baş nazirinin mətbuat xidmətinin rəhbəri Vladimir Karapetyan da bildirib ki, Prezident İlham Əliyevlə baş nazir Nikol Paşinyanın görüşü planlaşdırılmayıb.

“Lakin hər iki liderin iştirakı ilə rəsmi şam yeməyi olacaq”, - Karapetyan qeyd edib.

Qeyd edək ki, Azərbaycan və Ermənistan rəhbərlərinin sonuncu təması oktyabrda Aşqabadda keçirilən MDB dövlət başçılarının zirvə görüşündə olmuşdu. Həmin görüşdə Prezident İlham Əliyev Ermənistanın Qaregin Njdenin timsalında faşizmi qəhrəmanlaşdırmasına diqqət çəkmiş və masa arxasında əyləşən Paşinyanı “mat vəziyyətinə” salmışdı. Azərbaycan liderinin bu çıxışından sonra MDB-də, xüsusilə Rusiyada Njdenin qəhrəmanlaşdırılmasına qarşı ictimai etiraz dalğası başlandı. Bu hadisələr kontekstində bu gün Paşinyanı çətin şam yeməyi gözlədiyini deyə bilərik. Mararaqlıdır, Azərbaycan lideri Ermənistan rəhbərliyinə bu dəfə hansı zərbəni vuracaq? Ermənistan mediasında bu istiqamətdə müzakirələr aparılır.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm