Nida Təhlil
Qanunu pozmaq cəhdləri ictimai rəy tərəfindən şiddətlə qınanır - ŞƏRH
İstənilən halda icazəsiz aksiya keçirmək qanun pozuntusudur. Bunu seçki kimi mühüm siyasi-hüquqi hadisədən sonra seçkini keçirməklə vəzifələndirilmiş Mərkəzi Seçki Komissiyası qarşısında keçirmək isə həm də məsul və müstəqil quruma təzyiq kimi qiymətləndirilməlidir.
Bunu Publika.az-a Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Deputat bildirib ki, 9 fevral milli demokratiya tariximizdə mühüm əhəmiyyətli günlərdən biri kimi yadda qaldı: “Azərbaycan vətəndaşları öz seçki hüquqlarını realizə edərək, yeni parlamenti formalaşdıracaq namizədləri seçdilər. Bu mühüm proses əvvəldən axıradək şəffaf şəkildə keçirilib və bunu da məhz MSK təmin edib. Ölkəmizə seçkini qiymətləndirmək üçün ən müxtəlif dövlətlərdən, beynəlxalq və regional təşkilatlardan çoxsaylı müşahidə missiyaları gəlib, onlar seçkini müşahidə edərək onu müsbət qiymətləndiriblər.
Hətta ən tənqidi mövqedə olanlar belə MSK-nın fəaliyyətinin şəffaf və obyektiv olduğu ilə bağlı fikirlər səsləndiriblər. Belə olan halda ali qanunverici orqanda təmsil olunmaqda iddia irəli sürmüş keçmiş namizədlərin və onların tərəfdarlarının qanunu pozmaq cəhdləri heç cür başa düşülən deyil və ictimai rəy tərəfindən şiddətlə qınanır.
Ona görə də belə halların qarşısı hüquq-mühafizə orqanları tərəfindən qətiyyətlə alınmalı, bütün narazılıq və anlaşılmazlıqlar isə seçki hüququna uyğun şəkildə müvafiq hüquqi prosedurlara riayət edilməklə həyata keçirilməlidir. Əks təqdirdə, heç bir halda hüququn aliliyini təmin etmək mümkün olmaz”.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR