Türkiyə və Rusiya razılaşa bilməsə... - ŞOK DETALLAR AÇILDI
Bizi izləyin

Nida Təhlil

Türkiyə və Rusiya razılaşa bilməsə... - ŞOK DETALLAR AÇILDI

Rusiya və Türkiyə prezidentləri arasında baş tutacaq görüş çox böyük ümidlər doğurur.

Bu sözləri Publika.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

Politoloq qeyd edib ki, görüşdə böyük təsiri olacaq qərarlar qəbul ediləcək: “Hazırda vəziyyət mürəkkəbdir. Maraqlar kifayət qədər fərqlidir. İkitərəfli dialoq pozulsa, bunun fəsadlarını həm də regionda hiss etmək mümkün ola bilər. Artıq tərəflər başa düşür ki, gərginlik hansı fəsadlara gətirib çıxaracaq. Bundan sonra həmin ölkələrin maraqları zərbə altına düşə bilər. Ona görə də dialoq çox vacibdir. Ehtimal ki, atəşkəsin bərpa olunması ilə bağlı qərar qəbul ediləcək. Bu da böyük nailiyyət hesab oluna bilər. Atəşkəs növbəti mərhələyə hazırlıq görülməsi üçün tərəflərə müəyyən dərəcədə vaxt qazandıracaq. Aydın məsələdir ki, Rusiya tərəfi öz mövqeyindən çəkilmək istəmir. Eyni zamanda Türkiyə də bunu edə bilməz. Çünki ölkə əlavə olaraq 1 milyon qaçqınla üzləşə bilər. Bu da indiki şəraitdə Türkiyə üçün çox böyük fəsadlarla nəticələnə bilər. Ona görə də Türkiyənin öz mövqelərini tərk edəcəyini düşünmürəm. İdlib uğrunda döyüşlərdə 50-dən çox şəhid verən Türkiyə əlbəttə ki, nəticə gözləyəcək. Ölkə rəsmiləri və ictimai-siyasi xadimlər də deyirlər ki, şəhidlərin qanı yerdə qalmamalıdır. Görüşdə tərəflər arasında razılaşmadan söz gedərsə, bu razılaşma humanitar problemlərin həllinə yönəlməlidir. Türkiyə açıq şəkildə deyir ki, əsas istəyimiz ondan ibarətdir ki, Suriya elə bir siyasi ab-hava yaratsın ki, Türkiyədə qalan suriyalı qaçqın dəstəsi rahat şəkildə öz ölkələrinə qayıda bilsin. Bu hədəfə çatmadan inanmıram ki, öz mövqeyində ciddi dəyişiklik etsin”.

Tağı Həsənov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm