Bu, Prezidentimizin vətəndaşlara olan qayğısının təzahürüdür - ŞƏRH
Bizi izləyin

Nida Təhlil

Bu, Prezidentimizin vətəndaşlara olan qayğısının təzahürüdür - ŞƏRH

"Dövlətimiz çox diqqətli və sistemli hərəkət edərək, koronavirus pandemiyasının təsirlərinin azaldılması və bu mübarizədən xalqımızın stabil şəkildə ayrılması üçün əlindən gələni edir".

Bunu Publika.az-a açıqlamasında jurnalist Yadigar Məmmədli deyib.

O, Azərbaycanın koronavirusla mübarizədə dünyaya bir örənək olduğunu qeyd edib: "Koronavirus pandemiyası dünyanı öz cənginə almaqda davam edir. İlk vaxtlar koronavirusu ciddiyə almayan ölkələr var idi. Ancaq Azərbaycan məsələnin ciddiyətini əvvəldən duymağa başladı və qabaqlayıcı tədbirlər gördü. Ölkəmiz hazırda Ümumumdünya Səhiyyə Təşkilatı tərəfindən nümunəvi ölkə olaraq qiymətləndirilir. Pandemiya ilə mübarizə çərçivəsində bəzi tədbirlər ilk dəfə Azərbaycanda keçirildi. Yəni digər ölkələr örnək kimi istifadə etdilər. Məsələn, sms xidməti vasitəsilə müəyyən müddət ərzində evdən çıxmağı nümunə deyə bilərik. Maska istehsalı üçün nəzərdə tutulan zavodun inşası, "Yeni Klinika"nın açılışını da mübarizənin təməl dayaqlarından biri hesab etmək olar".

Jurnalist dövlətin və onun başçısının daim vətəndaşının yanında olduğunu vurğulayıb: "Cənab Prezidentin vətəndaşlarımıza olan humanist münasibətini görməzdən gələ bilmərik. İlk günlərdən ölkəmizdə vətəndaşların sosial ehtiyaclarını ödəmək və təmin etmək üçün çox sayda işlər görüldü, müvafiq qurumlara tapşırıqlar verildi. Bununla bağlı yardımlar edildi. Dünən ölkə başçısı bunun az olduğunu qeyd edərək, 200 min insanı əhatə edəcək birdəfəlik 190 manat ödəməni 600 min nəfərə qaldırdı. Bu da Prezidentimizin vətəndaşlara olan qayğısının təzahürü, vətəndaşlıq mövqeyindən irəli gələn duyğularının təcəssümüdür".

Y.Məmmədli koronavirusun dünya iqtisadiyyatına ağır zərbə vurduğunu, Azərbaycanın isə məsələnin həlli istiqamətində mühüm addımlar atdığını bildirib: "Digər məsələ isə iqtisadiyyatla bağlıdır. Ümumən dünya iqtisadiyyatı çətin günlər keçirir. Bu, tək bizə xas deyil. Koronavirus dünyadakı iqtisadi əlaqələri ciddi şəkildə parçaladı. İş yerləri, biznes strukturları fəaliyyətini dayandırdı. Ona görə də ölkə başçısı 1 milyard vəsait ayırdı. Prezidentimiz iqtisadiyyatın stabil saxlanılması üçün mütəmadi addımlar həyata keçirir və sahibkarlara dəstəyini əsirgəmir.

Bundan əlavə, dünyada neftin qiymətinin kəskin aşağı düşməsi ilə əlaqədar olaraq cənab Prezident neftin dayaqlarının sarsılmaması üçün müəyyən maliyyə vəsaitləri ayırdı. Ümumiyyətlə, bu, postkoronavirusdan sonrakı dövrdə daha çevik işlər həyata keçirdi. Həmçinin qeyd edim ki, Azərbaycan insani davranış sərgiləyərək Çinə, İrana, Türkiyəyə müəyyən yardımlar etdi. Bunun hamısı onu göstərir ki, dövlətimiz çox diqqətli və sistemli hərəkət edərək, koronavirus pandemiyasının təsirlərinin azaldılması və bu mübarizədən xalqımızın stabil şəkildə ayrılması üçün əlindən gələni edir".

Məhərrəm Əliyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm