“Bu şəxslər cəmiyyət adından danışa və onun hörmətini qazana bilməzlər” - DEPUTAT
Bizi izləyin

Nida Təhlil

“Bu şəxslər cəmiyyət adından danışa və onun hörmətini qazana bilməzlər” - DEPUTAT

“Bu insanlar adi demokratiya qaydalarını, başqalarına hörmət etməyi bilmir və cəmiyyəti parçalamağa cəhd edirlər”.

Bunu Publika.az-a açıqlamasında Milli Şuranın “Zoom” üzərindən onlayn həyata keçirdiyi konfransı təhlil edən deputat Aydın Mirzəzadə bildirib.

Deputat qeyd edib ki, Milli Şuranın keçirdiyi onlayn konfrans barədə məlumat verməməsinin əsas səbəbi o görüntülərdən sonra məlum oldu:

“İlk dəfədir ki, Milli Şuranın iclası haqqında açıq, müfəssəl məlumat yayılır. Özlərini demokratik şəxslər hesab etsələr də, daxili mətbəxləri haqqında məlumat verməkdən çəkinirlər. Həmin konfransdan belə məlum olur ki, bunlar ölkə qarşısında duran ciddi problemlər, insanların hüquq və azadlıqlarının qorunması ilə bağlı öz təkliflərini vermək əvəzinə sadəcə olaraq bazar dedi-qodusu ilə məşğuldurlar. Söylədikləri fikirlər, ayrı-ayrı təşkilatlar və şəxslər haqqında işlətdikləri ifadələr insanda təəccüb oyadır. Onların fikirləri nə demokratiyaya, nə hüquqa, nə də adi insan anlayışlarına uyğun gəlir. Hakimiyyəti qoyaq bir kənara, öz opponentləri haqqında təhqiredici, aşağılayıcı fikirlər söylənilməsi, heçə sayılması onların siyasi mədəniyyətini göstərir.

Aydın məsələdir ki, belə bir yanaşma ilə onlar cəmiyyətdə heç vaxt nüfuz qazana bilməzlər. Bundan əlavə, bu düşüncə ilə tərəfdar toplamaları da mümkün deyil. Məlum görüntülərdən sonra onlar olan-qalan nüfuzlarını da itirdilər. İndi məlum olur ki, iclasları və müzakirələri haqqında niyə açıqlama vermirlər. Özləri də hiss edirdilər ki, onların dedi-qoduları artıq mənfi fikir formalaşdırmağa xidmət edir. Bu şəxslər cəmiyyət adından danışa və onun hörmətini qazana bilməzlər”.

Məhərrəm Əliyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm