Nida Təhlil
Alovlanmanın qarşısını ala bilmirik: Sərt karantin uzadılır?
Yoluxmaların sayı azalmasa, sərt karantin rejimi növbəti dəfə uzadılmalıdır.
Bunu Axar.az-a infeksionist Vüqar Cavadzadə sərt karantin rejiminin koronavirusa yoluxma hallarına təsiri barədə danışarkən deyib. O bildirib ki, açıq havada da maskadan istifadə mütləqdir:
“Sərt karantin rejiminin tətbiq edilməsinə baxmayaraq, hələ də gündə 500-dən artıq şəxs koronavirusa yoluxur. Növbəti həftələrdə yenidən dinamikaya uyğun qərarların verilməsi vacibdir. Hesab edirəm ki, yoluxanların sayı azalmasa, karantin uzadılmalıdır. Ümid edirəm ki, sərt karantinlə əlaqədar yoluxma sayı yaxın həftələrdə aşağı düşəcək. Bundan başqa, əhalinin küçədə maskasız gəzməsinə qarşı nəzarəti gücləndirmək lazımdır. Nəinki qapalı məkanlarda, hətta küçədə belə maskadan istifadə etmək lazımdır. Maskasız insanların virus daşıyıcısı olub-olmamasını bilmirik. Bu səbəbdən açıq havada da virus insandan insana yoluxa bilir”.
İnfeksionist qeyd edib ki, hazırda xəstəxanaların, demək olar, hamısı dolub:
“Tibbi personal isə tam gücü ilə işləyir. Lakin əhali də bu işdə məsuliyyətli olmalıdır. Ölkədə artıq epidemik alovlanma var. Xəstələrin səhhəti ağırlaşır və ölüm halları artır”.
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO
-
Magazin125 Aprel 22:00
Firuzə İbadova həmin xəbəri TƏKZİB ETDİ: "Onun ruhu şad olsun deyə..."